adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 May 2015 18:04
4815
MARAQLI
A- A+

Əmmamənin kəraməti

Hindistanın Siqhizm təriqətində kişinin başındakı əmmaməni açması günah sayılır. Belə ki, bu təriqətdən olan kişilər yalnız öləndə onun əmmaməsi açılır, çünki siqhin saçını onun ailə üzvlərindən savayı kimsə görməməlidir.

Lakin 22 yaşlı Harman Sinqh qəza keçirmiş kiçik oğlanı xilas etmək üçün bir an da düşünmədən dininin tələblərini pozub, əmmaməsini çıxararaq uşağın altına sərib.

The New Zealand Herald bildirir ki, indi medianın, sosial şəbəkələrin qəhrəmanıdır. O, 5 yaşlı Tecon Pahianın xilas olunmasında ən aktiv şəkildə iştirak edib. Uşaq məktəbdən qayıdanda onu yolda maşın vurmuşdu. Bunu görən Sinqh başındakı əmmaməni çıxararaq Teconun altına sərib.

Hindistan vətəndaşı olan, Oklenddə universitetdə oxuyan tələbənin hərəkəti milyonlarla insanı riqqətə gətirib. Onun Oklenddə kirayədə qaldığı mənzilə baş çəkən reportyorlar otağın çox kasıb olduğunu, Harmanın yerdə yatdığını görüblər. Bu reportaj nümayiş olunandan sonra Harmana yardımlar ünvanlanıb.
Oklenddəki "Big Save" mebel şirkəti isə bir yük maşını dolusu mebeli Harmana hədiyyə edib.