adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 May 2015 17:30
4525
ELM VƏ TƏHSİL
A- A+

Memarlıq Universitetində Multikulturalizm Mərkəzi açılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdimatı keçirilib. Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə, Layihələr şöbəsinin müdiri Hikmət Babayev və mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin İsmayılov, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.

 

N. Qasımzadə iştirakçılara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti barədə məlumat verərək Azərbaycanın multikulturalizm ənənələrindən danışıb. Mərkəzin mətbuat xidmətinin rəhbəri Y. Məmmədli ölkədə multikulturalizm sahəsində dövlət siyasətindən, görülən işlərin əhəmiyyəti haqqında söz açıb və maarifçilik sahəsində kitabların, elmi nəşrlərin, jurnalların hazırlanmasından bəhs edib.

 

Digər çıxışçılar da çağdaş dönəmdə Azərbaycan multikulturalizminin önəmindən və ali təhsil ocaqlarında multikulturalizmin tədrisinin əhəmiyyətindən danışıblar.