adalet.az header logo
  • Bakı 18°C
26 May 2015 17:40
1640
GÜNDƏM
A- A+

Prezident ailəvi istirahət mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak ediblər. Ailəvi istirahət parkında yaradılan şəraitlə bağlı dövlət başçısına məlumat verilib.

Qeyd edilib ki, "Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, özünəməxsus üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda süni dalğalar vasitəsilə qonaqlar sörfinqlə məşğul ola biləcəklər. Hovuzlarda 7 su attraksionu quraşdırılıb.

 

Dövlət başçısı və xanımı dənizin içində inşa edilmiş "Mayak” restoranında da olublar.