adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 May 2015 17:14
6346
ŞOU-BİZNES
A- A+

Məşhur aktrisa boşandıqdan sonra xəstəxanalıq oldu

Türkiyənin məşhur serial aktrisası Naz Elmaz sürpriz şəkildə evləndiyi kimi, ani qərarla da boşandı. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, boşanmadan sonra dostları ilə təsəlli gəzintisinə çıxan aktrisanın səhhəti qəfil pisləşib. Bundan sonra isə bir anda huşunu itirib. Dostlarının köməyi ilə dərhal xəstəxanaya çatdırılıb, hazırda həkim nəzarətindədir. 
Həkimlər gərgin gündən sonra stress və təzyiqdən huşunu itirdiyini deyirlər. 

Xatırladaq ki, Naz Elmaz 2015-ci ilin ilk saatlarında Əmrə Kıramerlə evlənmişdi. Boşanmanın ardından verdiyi açıqlamada isə şiddətli keçimsizlik, fərqli həyatlara sahib olduğunu səbəb gətirdi.