adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 May 2015 16:48
1513
GÜNDƏM
A- A+

Qənirə Paşayeva Tunisi Xocalı soyqırımını tanımağa çağırdı

Millət vəkili Qənirə Paşayeva Tunisin sabiq baş naziri, tanınmış Nahda hərəkatının lideri Raşid Gannuşi ilə görüşüb. Adalet.az-ın məlumatına görə, görüş zamanı Azərbaycan-Tunis münasibətləri ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən yerinə yetirilməməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi barədə də söhbət edilib.

Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin, insanlığın yanında olan bütün insanlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar.

Q. Paşayeva Azərbaycan həqiqətlərinin Tunisdə daha da geniş yayılmasına ehtiyac olduğunu bildiribvə dost Tunisdən Xocalı Soyqırımının tanınmasını, Qarabağ həqiqətlərinin daha geniş yayılmasında daha çox dəstək gözlədiyimizideyib. Görüş zamanıTunisin sabiq baş naziri, Nahda həkəkatının lideri Raşid Gannuşiyə Azərbaycan mədəniyyəti ilə bərabər Qarabağ həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib. Azərbaycanla Tunis arasında əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını deyən Raşid Gannuşibunun üçün yaxşı potensial olduğunu da bildirib.

Görüşün sonunda R. Gannuşi millət vəkili Qənirə Paşayevaya özünün müəllifi olduğu kitabları hədiyyə edib və onu Tunis dəvət edib.