adalet.az header logo
  • Bakı 18°C
26 May 2015 16:49
8846
TEXNOLOGİYA
A- A+

Telefon nömrələrinin və aparatlarının sayı açıqlanıb

Azərbaycanda mobil telefon nömrələrinin sayı açıqlanıb. Belə ki, mobil telefon nömrələrinın sayı ötən il 10 101,9 min olub. 2013-cü ildə isə 9 720,6 min nömrə təşkil edib. Həmçinin Azərbaycanda əhalinin hər 100 nəfərinə düşən mobil telefon nömrələrinin sayı hazırda 107 ədəddir. Müvafiq göstərici 2013-cü ildə 105 olub. Bununla bağlı statistik rəqəmlər Dövlət Statistika Komitəsinin yeni nəşri olan "Azərbaycan rəqəmlərdə 2015” bülletenində yer alıb.
 
Mənzillərdə olan telefon aparatlarının sayı 1 369,3 min nömrə təşkil edib. Əhalinin hər 1000 nəfərinə düşən telefon aparatlarının sayı 2014-cü ildə 167 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 69 ədəd olub.