adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 May 2015 16:17
2142
MƏMLƏKƏT
A- A+

BDU-da Respublika Günü qeyd edilib

Bakı Dövlət Universitetində (BDU) 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Adalet.az-a verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib. Rektor müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin yaradılmasından, Xalq Cümhuriyyəti yaradıcılarının tarixi xidmətlərindən, bu əlamətdar hadisənin millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi qoyduğu izlərdən bəhs edib.

Rektor bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilmir, ölkədə baş alıb gedən xaos müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir məqamda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı real vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaqla ölkəni parçalanma, dağılma təhlükəsindən xilas etdi. Ulu öndərin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq səviyyədə çox böyük uğurlara imza atdı və həmin siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra BDU-nun professoru, millət vəkili Musa Qasımlı, akademik Vasim Məmmədəliyev, tələbələr adından isə hüquq fakültəsinin tələbəsi Nihad Səmidzadə çıxış ediblər.