adalet.az header logo
  • Bakı 18°C
26 May 2015 16:08
1714
GÜNDƏM
A- A+

Nəcməddin Sadıkov Soçidədir

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak etmək üçün Soçi şəhərinə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün mayın 26-da Rusiya Federasiyasının Soçi şəhərinə yola düşüb.

Mayın 27-də keçiriləcək görüşdə nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.