adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 May 2015 15:02
1951
GÜNDƏM
A- A+

Ermənistan Avropa Oyunlarına 25 idmançı göndərəcək

Ermənistan 12-28 iyun tarixlərində Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 25 i9dmançı göndərəcək.


Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Qraçya Rostomyan bildirib. 

Baş katibin vurğulayıb ki, erməni idmançılar 6 idman növündə yarışlara qatılacaqlar. Baş katibin sözlərinə görə, Bakıdakı yarışa Olimpiya Oyunlarının gümüş medalçısı Arsen Culfalakyan və bürünc mükafatçı Artur Aleksanyan qatılmayacaq. Rostomyanın sözlərinə görə, bu qərarı idmançıların özləri veriblər. 

Baş katibinin sözlərinə görə, erməni idmançılarının Bakıda təhlükəsizliklə bağlı bütün məsələlər çoxdan həll edilib: "Hazırda təhlükəsizliklə bağlı heç bir əndişə və ya problem yoxdur”.