adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 May 2015 13:55
3926
DÜNYA
A- A+

Güllələnən bələdiyyə başçısı öldü

Hücuma məruz qalan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından bələdiyyə başçısı olan Cüneyt Yıldız həyatını itirib.

Adalet.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Bursanın Gürsu mahalında iş otağında polis məmuru tərəfindən başından vurulan bələdiyyə başçısı Cüneyt Yıldızın  müalicə olunduğu xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə mayın 20-də saat 15 radələrində baş verib. Bələdiyyədə polis işçisi olduğu bildirilən, ancaq şəxsiyyəti açıqlanmayan təcavüzkar, bələdiyyə başçısının iş otağına girib silahından ard-arda atəş açıb. Bələdiyyə başçısı Cüneyt Yıldız və mühafizəçisi ağır yaralanıb, təcavüzkar qaçıb.