adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 May 2015 11:17
3008
DÜNYA
A- A+

ABŞ-da ara qarışdı

Amerika Birləşmiş Ştatlarının əsas problemi olan irqi məsələ aktuallığını itirmir. Ferqyuson və Baltimor hadisələrinin ardınca bu dəfə də narazılıq Klivlend şəhərində yaşanıb. Silahsız iki qaradərili Timoti Rassel və Melissa Uilyamsın ölümündə şübhəli bilinən ağdərili polis zabitinin bəraət almasından sonra baş qaldırmış etiraz aksiyaları zamanı 71 nəfər saxlanıb. Nümayişçilər diqqətə çatdırıblar ki, afroamerikalılara qarşı polis özbaşınalığı kifayət qədər kəskinləşib, ona görə də dövlət bu işə ciddi müdaxilə etməlidir. Aksiyalar zamanı amerikalılar "Polislərə öldürməyi qadağan edin!”, "Polis qətllərini dayandırın!” şüarları səsləndirib. Dünən gecə baş verən etirazlardan sonra küçələrdə sakitlik hökm sürür.