Yaxın dost-tanışlarımdan eşitdim ki, Şərqin böyük xanəndəsi və "Zabul-segah"ın təkrarsız ifaçısı, böyük xanəndə Ağabala Abdullayevin oğlu Nizami Abdullayevin 60 yaşı tamam olur. Heç Nizamiyə 60 yaş da vermək olmaz. Çünki yaşından çox böyük görünür. O, çox müdrik və kamil bir insan kimi yaddaşlarda iz qoyub...
Nizami Abdullayev təpədən-dırnağa qədər musiqidən yoğrulmuş və musiqinin içində böyümüş bir müğənnidir. Zarafat deyil, Ağabala Abdullayev kimi böyük bir xanəndənin ocağında böyüyəsən, ərsəyə çatasan və sonra da əlinə qaval alıb oxuyasan. Ən azından ona görə ki, Ağabala Abdullayev kimi böyük bir sənətkarın qarşısında oxumaq üçün musiqini bilməlisən, muğamı duymalısan, bəstəkar və xalq mahnılarının incəliklərinə yiyələnməlisən.
Hələ biz uşaq olanda böyük xanəndə, rəhmətlik Ağabala Abdullayev bizim kənddəki toylara gələrdi. Elə Nizamini də həmin toylarda görmüşdük. Dədəsinin yanında əyləşən və sakit təbiətli bir oğlan böyük xanəndənin ifasını diqqətlə izləyərdi və sonra da dədəsinin qavalını götürüb gözəl muğam, təsnif oxuyardı. Ağabala Abdullayev də Nizami oxuduqca onu başdan-ayağa süzər, diqqətlə dinləyər, yaxşı oxuduğunu görüb başını tərpədərdi. Bu o demək idi ki, Nizami dədəsinin qoyduğu yolu düz gedirdi. Yəni xaric səslər və xaric ifalar bu müğənniyə tamamilə yad idi. Beləcə, Bəhmənlinin toylarında Ağabala Abdullayevlə yanaşı, Nizaminin də ifasına ağsaqqallar və eləcə də biz balaca uşaqlar böyük maraqla qulaq asardıq...
İndi o illərdən bizi uzun zaman məsafəsi ayırır. Onda Ağabala Abdullayev var idi, Zöhrab var idi və Füzuli var idi. Amma indi nə Ağabala Abdullayev var, nə Zöhrab var, nə də Füzuli şəhəri var. Ancaq nə yaxşı ki, o ocaqda, o yurdda böyük xanəndənin yolunu davam etdirən və yaşadan Nizami Abdullayev var və balaca Ağabala var.
Nizaminin səsi o qədər şirin, o qədər məlahətli və o qədər gözəldir ki, bu səsdən bal damır. Onun ifa etdiyi "Başına dolanım, Füzulim mənim", "Ay Vətən oğlu", "Sorma məndə nəyin qaldı?!" mahnılarını heç vaxt həyəcansız dinləmək olmur. Bu musiqilər səslənəndə, Nizami oxuyanda o şirin və məlahətli səs səni götürüb aparır düz Füzuli şəhərinə, əlindən tutub qaldırır Çənlibelə, ordan Köndələnə düşürsən. Bir az da o gözəllikləri seyr edəndən sonra Ərgünəşin zirvəsinə qalxıb uca dağdan işğal altında olan Füzuliyə baxırsan və baxdıqca ürəyin para-para olur. Görürsən ki, yurdun-yuvan, ocağın, ormanların yağıların əlindədi...
... O səs səni Füzuli şəhərinin küçələri ilə gəzdirir. Arışa aparır, Cəmilliyə aparır, Qızılqaya yüksəkliyinə çəkir. Bir-birindən gözəl bulaqları, çayları, ormanları, meşələri gəzib "oxqay" deyirsən. Elə ki, Nizaminin ifası sona çatır, yenidən qayıdırsan əvvəlki qəribliyə və nisgilliyə. Nizaminin səsindəki şirinlik, məlahət və yanıqlı ifa adamı öldürür. Amma bu səs səni sonradan dirildib ayaqüstə qoyur, yeridir və yenidən iç dünyanda əbədi bir işıq yanır...
Nizami Abdullayev heç kimə bənzəməyən, heç kimə oxşamayan və heç kimi də yamsılamayan bir sənətkardı. Sənətkar sözünü təsadüfən demirik. Çünki o, həmişə sənətə, musiqiyə və ən nəhayət muğama müqəddəs bir varlıq kimi baxıb. Dədəsi rəhmətlik Ağabala Abdullayev milli musiqimizi, muğamımızı necə qoruyubsa, Nizami Abdullayev də bu gün xalq musiqisini elə bir sevgi ilə, elə bir ürəklə yaşadır. Nizami əlinə qaval götürəndə, mikrofon alanda sadəcə olaraq böyük bir musiqi dəryasına baş vurur. Oradan elə şeylər, elə qiymətli seçimlər edir ki, tamaşaçı həmin musiqinin sehrindən uzun müddət çıxa bilmir və bu şirinlikdən, bu məlahətdən doymur...
İnanmıram ki, cəbhə bölgələrində Nizami Abdullayedən çox hərbçilərimiz qarşısında konsert verən müğənni olsun. Cəbhə bölgəsində yerləşən elə bir hərbi hissə yoxdur ki, orda əsgərlərimiz qarşısında o, ansamblı ilə çıxış eləməsin. Bir dəfə korpus komandirlərindən birinin Nizami Abdullayev haqqında söylədiyi fikirlərin şahidi oldum. O dedi ki, Nizaminin oxuduğu "Ay Vətən oğlu" mahnısı min əsgərin gücü qədərdi. Yəni min əsgər döyüşdə nə edə bilərsə, Nizaminin də oxuduğu mahnı həmin əsgərlərə bir o qədər ruh, ovqat və döyüşkənlik duyğuları gətirər. Müharibə başlasa, elə əsgərlərimiz qarşısında Nizami Abdullayevin o mahnısını səsləndirəcək və düşmənin üzərinə hücuma keçəcəyik.
Nizaminin çoxlu sayda albomları, diskləri və kasetləri işıq üzü görüb. Bir qayda olaraq, həmin albomlarda istedadlı müğənninin ifa etdiyi bəstəkar, xalq mahnıları və eləcə də muğamlar, təsniflər toplanıb. Nizami Abdullayev həmişə xalq musiqisinə sadiq olub. Ən imkanlı adamların toylarında ona təzyiq ediblər ki, hansısa bir ara mahnısını, məsələn, bugünkü "Can cana" kimi dəbdə olan mahnını səsləndirsin. Amma heç vaxt Nizami böyük sənətə xəyanət edib bu cür ara mahnıları ilə xal qazanmaq, musiqiçilərin dili ilə demiş olsaq, "toy tutmaq" istəməyib. Sadəcə olaraq, Nizami Abdullayev həmişə öz ürəyinin səsini, bir də böyük xanəndə Ağabala Abdullayevin ona verdiyi nəsihətləri yada salıb...
Nizami Abdullayevin 60 yaşı tamam olur. Bu 60 yaşda elini, obasını və yurdunu itirsə də, yenə sənətkar kimi öz sözünü və öz möhürünü vurub. Nizaminin yaratdığı bir məktəb var. Füzulidə o məkəbi çoxları keçib. Düzdür, bəziləri bu gün məşhur müğənni olsa da, bunu etiraf etmək istəmirlər. Amma fakt faktlığında qalır ki, onlar şərqin böyük xanəndəsi Ağabala Abdullayevdən və Nizami Abdullayevdən bəhrələniblər. Elə vurduqları zəngulələr də, elədikləri xırdalıqlar da hamısı rəhmətlik Ağabalanın və Nizaminin yoludur. Nizami yeganə sənətkarlardandır ki, həm zildə, həm pəsdə, həm də bəmdə gözəl oxuyur və xırdalıqlar edir. Düzdür, bu qədər böyük xidmətin sahəsində Nizami Abdullayev hələ də öz qiymətini, dəyərini ala bilməyib. Sənətdə izi olmayan və eləcə də yadda qalmayan bir çoxları əməkdar artist olsa da, bu ad Nizamiyə qismət olmayıb. Amma sadəcə olaraq, bu gün Nizami xalqın xanəndəsi, xalqın müğənnisidir. O həm tamaşaçını ağlatmağı, həm güldürməyi, həm də düşündürməyi bacaran müğənnidir. Bundan böyük nə ola bilər?!
Rəhmətlik Ağabala Abdullayev son nəfəsinə qədər və hətta ölüm ayağında olarkən belə səsinə xəyanət etməyib. Ürəyindən buz bulağın son anda suyunu içmək keçib. Bir dolça həmin sudan gətirib sənətkarın qarşısına qoyurlar. Hamı da diqqətlə baxır ki, indi böyük sənətkar dolçanı götürüb başına çəkəcək və buz bulağın suyunu içəcək. Amma o, tamamilə qeyri-adi bir hərəkət eləyir. İki əli ilə dolçanı möhkəm-möhkəm sıxır və "oxqay" deyir. Hamı da məəttəl qalır. Sonra da deyir ki, buz bulağın suyunu içdim. Beləcə, böyük sənətkar ölüm ayağında da səsinə xəyanət eləmir.
Bu hadisəni ona görə xatırladım ki, Nizami Abdullayev də yaşadığı bu 60 ildə nə sənətə xəyanət edib, nə də səsinə. 60 ili böyük müğənni çox şərəflə və namusla yaşayıb. Sənətdə və musiqi aləmində öz möhürünü vurub. Kasıb-kusubun, yetim-yesirin toyuna təmənnasız gedib.
Qardaşımız Nizamiyə həmişə uca zirvələrdə durmağı arzulayırıq. Qoy günlərin birində Allah onun arzularını çin eləsin, gedib Füzulidə dədəsi Ağabalanın, qardaşı Zöhrabın və əzizlərinin məzarını ziyarət eləsin. Sonra da Köndələn çayına baxsın, Çənlibelə baş çəksin və Ərgünəşə qalxıb bir "Zabul- segah"ı oxusun ki, rəhmətlik Ağbala Abdullayevin, qardaşı Zöhrabın ruhları şad olsun...
***
Dünyada elə adamlar var ki, onlar dərdlərini, qəmlərini heç kimə demirlər. Sadəcə onlar öz dünyasına çəkilir və dərdin içində zaman-zaman çabalayırlar. Adam var ki, bir balaca qayğısı artanda, dərdi çoxalanda o dəqiqə həmin dərdi başqası ilə bölüşür və yüngülləşir. Böyük yazıçı Seyran Səxavətin bir fikri yadıma düşür: "Adamın ürəyi təkcə dərddən partlamır. Adamın ürəyi həm də sevincdən partlayır. Gərək sevincini böləsən ki, ürəyin partlamasın".
Amma nə etmək olar ki, sevincini paylaşan, dərdini paylaşmayan şair Xaqani Ayxan Allahdan ümidini heç vaxt üzmur. Deyir ki, Allah-Təala bəndəsini yaradanda onun ruzisini də verir. Düzdür, mənim ruzim kitab satmaqdan çıxır. İndi də kitab oxuyan çox azdır. Kitab almaq istəyənin pulu yoxdu, pulu olan isə kitab almaq istəmir. Bəzən 5-6 saat Gənclikdəki parkı gəzirəm bir kitab sata bilmirəm. Fikirləşirəm ki, yəqin camaat istirahətə gedib ona görə bir az çətinlikdi. Allah qoysa, üzü payıza yəqin hər şey yaxşı olar. Uşaqları kəndə aparmaq istəyirəm, yol pulu tapıb düzəldə bilmirəm. Mənim də dostlarım ziyalı, imkansız və kasıb adamlardı. Üzüm gəlmir ki, kimdənsə borc alam. Özü də borc saxlayan deyiləm ha. Bundan qətiyyən narahtlığım yoxdur. Çünki hər işi yoluna qoyan Ulu Yaradandı. Bir də görürsən ki, gözləmədiyin yerdən qapı açıldı, sənə ruzi gəldi. Onda da işin düzəldi...
Xaqani Ayxanın da iyulun 16-da ad günüdür. Allah bu adama çox şey verib: nurlu çöhrə verib, istedad verib və ən nəhayət zəhmətkeşlik verib. Özü ziyalı ailəsində dünyaya göz açan Xaqani həmişə ziyalılığı üstün tutub. Ac-susuz qalıb, heç kimə əyiləmyib və sınmayıb. Halal zəhməti, əməyi ilə balalarını, ailəsini dolandırıb. Yaxın dostumuz və gözəl ziyalı Kərbəlayı Müzəffərə Xaqani Ayxan bir şeir ithaf edib. Şeir belə adlanır: "Dərdimi". Şeirdə deyilir:
Bir varlı dərdim də yoxdur basdıra,
Öləndə bu qədər kasıb dərdimi,
Hörümçək özünə tor qura-qura,
Qapımın ağzından asıb dərdimi!..
Yollara baxmaqdan solan gözlərim,
Ümidsiz vaxtlarda dolan gözlərim,
Gecələr yuxusuz qalan gözlərim,
Yarama duz kimi basıb dərdimi!..
Müzəffər, deyirlər kasıb mərd olur,
Belini əyən də kasıb dərd olur,
Nakəsin, namərdin gözü dörd olur,
Xəlvəti izləyib pusub dərdimi!..
Dərd hamıda var və dərdsiz bu dünyada insan yoxdur. Belə baxanda nəinki insanların, elə digər canlıların da böyük dərdi var. Deyirlər ki, Allah dərdi çəkənə versin. Dərdi çəkənlər bir təhər yaşayır. Dərdi çəkməyənlər isə ya ürəyi partlayır, ya da fikir dəryasında hər gün ölüb dirilirlər...
Biz şair dostumuz Xaqani Ayxana dərdsiz dünya arzulayır və ona bütün ümidlərinin göyərməsini diləyirik. Deyirik ki, yaman günün ömrü az olar. Bir azca da döz, hər şey yaxşı olacaq...