adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 May 2015 16:31
2262
MƏMLƏKƏT
A- A+

İsmayıllıda torpaq sürüşməsi

İsmayıllı rayonunun Xankəndi ərazisində torpaq sürüşməsi baş verib.


Bu barədə mətbuata Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Onun sözlərinə görə, ötən gün baş verən sürüşmədə insan təlafatı qeydə alınmayıb.

Ə.Piriyev qeyd edib ki, hazırda nazirlik işçiləri hadisə baş verən ərazidə tədqiqat aparırlar.

"Torpaq sürüşməsi nəticəsində bir neçə evə ziyan dəyib. Evlərinə ziyan dəyənlər oradan çıxarılaraq qohumlarının evlərinə yerləşdiriliblər”.