adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 May 2015 16:25
1778
GÜNDƏM
A- A+

Respublika günü münasibətiylə təbriklər davam edir

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevə təbrik məktubu göndərib. Adalet.az-ın president.az saytına istinadən məlumatına görə, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,


Milli bayramınız - Respublika Günü münasibətilə Belarus xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Biz qardaş Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə ürəkdən sevinirik. Azərbaycan dövlətinin sabit və dinamik inkişafı ictimai rifahın yüksəlməsinə, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına, dünya səviyyəli müasir layihələrin həyata keçirilməsinə xidmət edir.

Əminəm ki, Belarus ilə Azərbaycanın qarşılıqlı əlaqələrinin daha da inkişafı üçün əhəmiyyətli potensialımız vardır. Bizim birgə fəaliyyətimiz mehriban qonşuluq və dostluq ənənələri ruhunda əməkdaşlığa gözəl nümunədir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün arzularınızın həyata keçməsini, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

Həmçinin, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev və Çin Xalq Respublikasının Sədri Si Cinpin də dövlət başçısını 28 May - Respublika günü münasibəti ilə təbrik edib.