adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 May 2015 16:03
1514
SİYASƏT
A- A+

“İqtidar-müxalifət görüşünün perspektivi qalmaqdadır

KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında iqtidar-müxalifət görüşü və bu görüşlərin perspektivi ilə bağlı maraqlı fikirlər səsləndirib:

"Hesab edirəm ki, iqtidar-müxalifət görüşünün perspektivi var və əslində bu perspektiv hər zaman var olaraq qalmaqdadır. Dialoq, qarşılıqlı anlaşma bütün sivil dünyanın qəbul etdiyi, böyük önəm verdiyi məsələlərdən biridir. Bu baxımdan hesab edirəm ki, bu cür görüş və dialoqların keçirilməsinə ehtiyac var və bu, yalnız fayda verə bilər. Buna görə də iqtidar-müxalifət görüşlərinin davam etdirilməsinin lüzumsuz olması və bu görüşlərin keçirilməsinə ehtiyac olmadığı ilə bağlı səslənən fikirləri doğru hesab eləmirəm”.