adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 May 2015 16:01
1737
MƏMLƏKƏT
A- A+

QHT koalisiyası və DİN birgə seminar keçirdi

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası birgə 10 №li Symqayıt Peşə Liseyində (Sumqayıt şəhəri, Koroğlu küçəsi) "İnsan alveri probleminə dair maarifləndirmə və bu növ halların müəyyən edilməsi üçün monitorinq işlərinin aparılması” mözusunda tədbir keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən tədbirdə  Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik- leytenanantı  Orxan Səfərov, Liseyin direktoru  Filman İsmayılov və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, "XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri  Mahirə Əmirhüseynova tədbirdə iştirak edən liseyin müəlim və şagirdlərinə insan alverinə qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Sonda insan alverinə həsr olunmuş film   nümayiş olunub və iştirakçılara bukletlər paylanıb.