adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 May 2015 15:53
2281
DÜNYA
A- A+

Senat prezidentin səlahiyyətlərini artırdı

ABŞ senatı beynəlxalq ticarət sazişləri sahəsində prezidentin səlahiyyətlərini artıran qanun layihəsini qəbul edib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, layihənin qəbuluna dair keçirilən səsvermə zamanı 62 senator qanunun lehinə, 37 senator isə əleyhinə çıxıb. Bundan sonra layihə Konqresin nümayəndələr palatasında da təsdiq olunmalıdır.
 
Qanun layihəsi ABŞ-ın hazırkı və gələcək prezidentinə beynəlxalq ticarət sazişlərini imzalayarkən xüsusi səlahiyyətlər verir.
 
Prezident Barak Obamanın Ağ ev tərəfindən yayılan bəyanatında layihə qanuni qüvvəyə mindikdən sonra orta sinfin imkanlarının genişlənəcəyi və amerikalı iş adamlarına yeni imkanlar yaranacağı qeyd edilir. Bundan başqa, dünya ticarətində Amerika biznesinin maraqlarına cavab verən qaydaların tətbiqi mümkün olacaq və ABŞ məhsullarının xaricə ixracı artacaq.