adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 May 2015 09:16
2028
İDMAN
A- A+

Luiş Fiqo prezidentlik iddiasından əl çəkdi


Məlum olduğu kimi mayın 29-da FİFA-da yeni prezident seçkiləri keçiriləcək. Sportal.az xəbər verir ki, Beynəlxalq qurumunun prezident postu uğurunda 3 namizəd Yozef Blatter, Əli bin Əl-Hüseyn və Luiş Fiqo mübarizə aparırdı.
Bir müddət əvvəl iddialı açıqlamaları ilə gündəmə gələn Fiqo seçkilərə bir həftə qalmış namizədliyini geri götürüb.
Portuqaliya futbolunun əfsanələrindən biri sayılan Fiqonun prezidentlik iddiasından niyə geri çəkildiyi hələ açıqlanmır. Bununla da FİFA prezidentliyinə namizədlərin sayı 2-ə enib.