Ələkbər Məmmədov, Anatoli Banışevski, Kazbek Tuayev, İqor Ponomaryov, Nazim Süleymanov, İsgəndər Cavadov, Vəli Qasımov, Arif Əsədov... Azərbaycanın yetirdiyi bu futbolçular istedadları sayəsində böyük uğur qazanıblar. Sovet dönəmində beynəlxalq yarışlarda adından söz etdirən, xarici klubların diqqətini çəkən bu futbolçularımızın bəzilərinə legioner həyatı yaşamaq da qismət olub.
Bir neçə ay öncə 50 yaşını qeyd edən Nazim Süleymanov sözün əsl mənasında futbolumuzun əfsanə isimlərindən sayılır. Müstəqil Azərbaycanın milli komandasının ilk kapitanı olmaq və yığmanın ilk qoluna imza atmaq onun bəxtinə düşüb. "Alaniya" klubun heyətində Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov 1995-ci ildə Rusiya çempionatının ən məhsuldar legioneri olmağı bacarıb. Rusiyada adı iki dəfə ilin "33 ən yaxşı futbolçu" siyahısına daxil edilib. Şimali Osetiyanın "Şöhrət" ordeninə layiq görülən istedadlı futbolçu bu gün də həmin respublikanın "Fəxri Vətəndaşı" titulunu daşıyır.
Sumqayıtda böyüyən dağlar oğlu
Əslən Lerik rayonundan olan Hacıbaba kişinin oğlu Nazim tanınmış idmançılar yetirən Sumqayıtda doğulub. Lap kiçik yaşlarından top qovmaqla məşğul olan Nazim inadkarlığı və bacarığı ilə yaşıdlarından fərqlənməyi bacarıb. Məhəllələr və məktəblər arasında keçirilən yarışlarda özünü yaxşı tərəfdən göstərən gənc futbolçu tezliklə peşəkar məşqçilərin diqqət mərkəzinə düşür. Onuncu sinifdə oxuyanda Mingəçeviri təmsil edən "Avtomobilçi" komandasına dəvət olunur. 17 yaşında isə Nazim Süleymanov minlərlə azərbaycanlı gəncin arzusunda olduğu xoşbəxtliyə qovuşur- topla məharətlə davranan istedadlı futbolçunu "Neftçi"nin heyətinə götürürlər. O zamanlar "Neftçi"nin formasını geyinib stadiona çıxan hər bir oyunçuya azərbaycanlılar əfsanəvi insan kimi baxırdılar. Nazim Süleymanovun "Neftçi"nin heyətindəki Səməd Qurbanov, İqor Ponomaryov, Maşallah Əhmədov, İsgəndər Cavadov, Əsgər Abdullayev, Rəşid Özbəyov, Asim Xudiyev, Asif Əliyev, Şakir Qəribov, Yunis Hüseynov kimi futbolçuların arasında özünəməxsus yeri var idi. Nazim bu komandanın forması ilə çıxdığı oyunlarda rəqib qapıçıları 27 dəfə məyus edib.
"Real"ın diqqətini
çəkən sehrbaz
"Neftçi"dəki çıxışları ilə təkcə azarkeşlərin deyil, futbol mütəxəssislərinin də diqqətini çəkən istedadlı Nazim Süleymanov böyük perspektiv vəd edirdi. Valeri Lobanovski və Oleq Romantsev kimi dünya səviyyəsində tanınan məşqçilər bu azərbaycanlı futbolçunu öz komandalarında görmək istəyirdilər.
Lakin tale elə gətirir ki, Nazim Rusiya çempionatında mübarizə aparan "Alaniya" klubunu seçir. Futbolçu və məşqçi kimi populyar olan Valeri Qazzayevin komandası ilə Nazim Süleymanov böyük uğurlar qazanır. Özünün və Azərbaycanın adını yüksəklərə qaldırır. "Alaniya"nın Rusiya çempionatının qalibi və mükafatçısı olmasında əsas pay sahiblərindən biri olur, Şimali Osetiyanın "Şöhrət" ordeninə, respublikanın "Fəxri Vətəndaşı" adına layiq görülür.
"Alaniya"nın heyətində Avropa miqyaslı yarışlarda iştirak edərkən İspaniyanın dünya şöhrətli "Real" klubunun nümayəndələri azərbaycanlı futbolçunu bəyənirlər. Nazim Süleymanovun öz zəhməti hesabına əldə etdiyi bu uğurlar və qazandığı populyarlıq Valeri Qazzayevi qıcıqlandırır və o, çıxış yolunu Nazimi komandadan uzaqlaşdırmaqda görür. Baş məşqçi 1996-cı ildə Sankt-Peterburqda "Alaniya" ilə Moskva "Spartak"ı arasında baş tutan "Qızıl oyun"dakı bir epizoddan əsl fürsətçi kimi istifadə edir. Futbol azarkeşləri həmin oyunu yəqin ki, yaxşı xatırlayırlar- Nazim əlverişli vəziyyətdən yararlana bilmir. Futbolçu özü "Qızıl oyun"dakı epizodu hələ də unuda bilmir. Nazim Süleymanovun təbirincə desək, o matç hələ bitməyib...
Məşhur futbolçu və məşqçi Qazzayev illər sonra Nazim Süleymanov haqqında etirafda bulunur: "...Nazim çox əla futbolçu və əsl usta idi. Rusiya futbolunun və xüsusi ilə o dövrdə çempion olan "Alaniya"nın tarixində silinməz izlər qoyub. Oyun texnikasına görə öz dövrünün ən yaxşı futbolçularından biri idi..."
Nazim Süleymanova dəfələrlə Rusiya yığmasında oynamaq təklif edilsə də, o, əsl vətənpərvər kimi Azərbaycan millisinin formasında meydana çıxmağı üstün sayır. Millimizin ilk kapitanı və ilik qolunun müəllifi kimi tarixə düşür.
Dəyərli kitab
50 yaşlı Nazim Süleymanovun həyatında tarixə yazılan anlar çox olub. İstedadlı futbolçu məşqçi kimi də özünü sübut etməyi bacarıb. O, ölkədən xaricdə baş məşqçi işləmiş nadir mütəxəssislərimizdəndir. Rusiyada çalışarkən bir zamanlar Nazimi futbolçu kimi Soçinin "Jemçujina" klubuna dəvət edənlər az sonra baş məşqçi postunu ona tapşırırlar.
Nazim Süleymanovun adı 2004-cü ildə yaradılan "Xəzər Lənkəran" peşəkar futbol klubunun ilk baş məşqçisi kimi də tarixə düşüb. O, "AZAL" komandasına başçılıq edərkən klub birinci dəfə Avropa miqyaslı yarışlara vəsiqə qazanıb. Nazim qısa müddətdə "Neftçi"nin də baş məşqçisi olub. Uzun müddət futbol funksionerlərimizin diqqətindən kənarda qalan bacarıqlı mütəxəssis bu gün 19 yaşlı futbolçulardan ibarət Azərbaycan millisinə başçılıq edir.
Azərbaycan futbolunun canlı əfsanələrindən sayılan, ürəyində mənsub olduğu xalqa sonsuz sevgi gəzdirən, sadə və səmimi insan Nazim Süleymanovun həyatından kitab yazmaq, onu gənclərimizə olduğu kimi çatdırmaq lazım idi. Nə yaxşı ki, bu vacib işi görən tapıldı. İstedadlı jurnalist, yazdığı bədii əsərlərə görə son illər ölkədə və xaricdə müxtəlif ödüllər qazanan Varis bu işi ustalıqla görüb. Varisin yubilyar haqqında qələmə aldığı "Bitməyən matç" kitabı 50 yaşlı Nazim Süleymanovu tanıyıb sevənlər və tanıyıb sevmək istəyənlər üçün əla bir hədiyyədir.
İki dildə - Azərbaycan və rus dillərində nəşr edilən "Bitməyən matç"da görkəmli futbol mütəxəssisləri Nazim Süleymanov barədə fikirlərini bildiriblər. Onlardan bəzilərini bu yazıda xatırlatmağa ehtiyac var:
"O, elə bir oyunçu idi ki, onun ətrafında bütöv bir komanda qurmaq olardı"
(8 qat Rusiya çempionu, tanınmış məşqçi
Oleq Romantsev)
"Tamaşaçılar məxsusi olaraq Nazimin oyununa baxmaq üçün stadionlara gələrdilər"
(FİFA agenti Anatolo Sıçov)
"Nazimin oyunu doğma Azərbaycandakı şəbəkə naxışlarını xatırladan nadir bir tapıntı kimi qəbul olunurdu"
("Sovetskiy sport"
qəzetinin şərhçisi
Aleksandr Qulyayev)
"Stadiona girərkən Nazimin necə alqışlandığını görəndə onunla fəxr etdim. Mən belə şey görməmişdim"
(AFFA-nın ilk prezidenti Fuad Musayev)
Əfsanə yenidən
yaşıl meydana çıxır
Futbolda uğurlara imza atmağı bacaran Nazim Süleymanovun milyonların sevimlisi olan bu idman növü haqqında maraqlı deyimi var - "Futbol sadə bir oyundur. Ancaq futbolda sadə oynamaq çox çətindi".
Bu maraqlı fikrin müəllifi Nazim Süleymanovun 50 illik yubileyinə həsr edilən tədbirlər davam edir. Nazimə həmişə böyük sayğı ilə yanaşılan Vladiqafqazda sabah "Alaniya" və "Neftçi" komandalarının veteranları qarşılaşacaq. Əfsanə futbolçu "Şöhrət" ordeni aldığı, "Fəxri Vətəndaşı" olduğu bu respublikada yenidən yaşıl meydana çıxacaq.