adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 May 2015 13:31
2051
MƏMLƏKƏT
A- A+

Yanğında xəsarət alan ana və qızı evə buraxıldı

Binəqədi rayonunda baş verən yanğın zamanı xəsarət alanlardan 10 nəfərin müalicəsi hazırda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. 

Bu məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova verib.

Onun sözlərinə görə, müalicə edilənlərdən 3-ü uşaq, 6-sı qadın, 1-i isə kişidir. 

"Bu gün xəstələrdən biri, 1960-ci il təvəllüdlü Elvira Manafova, dünən isə onun qızı Səbinə Manafova evə buraxılıb”, - deyə Səhiyyə Nazirliyinin rəsmisi bildirib.

Liya Bayramova bütün xəstələrin vəziyyətinin stabil olduğunu vurğulayıb:"Onlarla psixoloqlar işləyir. Sağlamlıq durumları da daimi həkimlərin nəzarətindədir”.