adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 May 2015 13:25
1908
SİYASƏT
A- A+

Qubad İbadoğlunun təşkilatı qeydiyyata alınmadı – SƏBƏB

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyinin qeydiyyatla bağlı təqdim etdiyi sənədləri geri qaytarıb.

Adalet.az xəbər verir ki, bu barədə AzNews.az-aADR-in sədr müavini Ellada Məmmədlideyib.

Onun sözlərinə görə, Hərəkatın qeydiyyata alınmamasına səbəb kimi sənədlərdə texniki qüsurların olduğu göstərilir.

E.Məmmədli bildirib ki, ADR-in qeydiyyata alınması üçün iyun ayında yenidən Ədliyyə Nazirliyinə müraciət olunacaq:"Bununla bağlı müzakirələrimiz olub”.

Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı qeydiyyata alınması ilə əlaqədar mart ayında Ədliyyə Nazirliyinə müraciət etmişdi.