adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 May 2015 13:12
1971
SİYASƏT
A- A+

Millət vəkili bələdiyyələri sərt tənqid etdi

Azərbaycan Prezidenti İlham Əliyevin Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında bələdiyyələrlə bağlı iradı həqiqəti əks etdirir. Çünki, bələdiyyələr yaradılandan özlərini sübut edə bilməyiblər”. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bələdiyyələr təşəbbüslər irəli sürməli, ölkənin sosial-iqtisadi inkişaf tempinə öz işləri ilə cavab verməlidirlər: "Bələdiyyə institutlarında ciddi islahatlar gedib. Onlara qayğılar göstərilir. Bunun müqabilində yenə də bələdiyyələr öz yerində sayırlar. Bələdiyyələr özlərinə xidmət sahələri açmalıdır. İnsanlara daha yaxşı qulluq göstərməlidirlər. Təəssüf ki, bələdiyyələr buna təşəbbüs də göstərmirlər. Ona görə də Prezident İlham Əliyev haqlı vurğuladı ki, blədiyyələr ancaq möhür vurmaqla məşğuldur. Onlar əllərində olan torpaqları müəyyən qaydada icarəyə verib qutarıblar. Qanunvericiliyə uyğun olaraq bələdiyyələr inkişaf etməli, özlərinin maliyyə bazalarını yaratmalıdır. Lakin, ölkədə olan bələdiyyələr demək olar ki, öz vəzifələrinin öhdəsindən gələ bilmirlər”.

T. Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin haqlı iradından sonra hərəkətə gəlməlidir.