adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 May 2015 12:13
1437
GÜNDƏM
A- A+

Jurnalistlər üçün tikilmiş binanın üzlüyü sökülür

Bakının Səbail rayonunda Jurnalistlər Evinin üzlüyünün sökülməsinə başlanılıb. Adalet.az-ın "report”a istinadən məlumatına görə, binanın örtüyünün yanğına həssas material olduğu müəyyənləşdirilib.

Bundan sonra üzlüyün sökülməsinə qərar verilib.

Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb