adalet.az header logo
  • Bakı 13°C
23 May 2015 11:46
2905
DÜNYA
A- A+

Səudiyyə Ərəbistanı neftdən imtina edir

2040-cı ildə Səudiyyə Ərəbistanı neftdən imtina etməyə hazır olacaq.


Adalet.az The Financial Times”a istinadən xəbər verir ki, bu barədə Krallığın neft və təbii sərvətlər naziri Əli əl-Naimi bildirib. 

Əl-Naimi hesab edir ki, gələcəkdə onun ölkəsi günəş və külək enerjisi bazarında qlobal oyunçuya çevriləcək. Son nəticədə Krallıq xaricə karbohidrogen yox, elektrik enerjisi ixrac edəcək.

Eyni zamanda nazir vurğulayıb ki, hazırda dünyada bir milyarddan çox insan elektrik enerjisiz yaşayır. Ona görə də yanacağa olan ehtiyac hələ qüvvədə alacaq.

Ərəb nazirin fikrincə, neft qiymətlərinin aşağı düşməsi, günəş elektrik stansiyalarını qeyri-rentabelli etmir. Nazir inanır ki, günəş enerjisindən istifadə iqtisadi cəhətdən neft və qaz hasilatdan daha səmərlidir.