adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 May 2015 11:38
1790
GÜNDƏM
A- A+

Prezident nazirliklərə tapşırıq verdi

Prezident İlham Əliyev Azərbaycanın təhsil naziri ilə Fransanın milli təhsil, ali təhsil və tədqiqat naziri arasında imzalanmış Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


Niyyət Məktubu 2015-ci il aprelin 25-də Bakda imzalanıb.

Sərəncamda Təhsil Nazirliyinə Niyyət Məktubunun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Niyyət Məktubunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Hökumətinə bildiriş göndərmək barədə tapşırıq verilib.