adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 May 2015 11:35
1590
SİYASƏT
A- A+

Çingiz Abdullayev Fond sədri oldu

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fonduna rəhbərlik Azərbaycana keçdi.


Fondun yeni prezidenti Çingiz Abdullayev olub.

Strukturda rəhbər dəyişikliyi bu gün Fondun Baş Assambleyası və Direktorlar Şurasının 14-cü iclasında baş tutub. Fondun rəhbərliyi rotasiya üzrə Türkiyədən Azərbaycana keçib.

Fond 2009-cu il martın 4-də Buxarestdə Azərbaycan və Rumıniya prezidentləri İlham Əliyev və Trayan Beseskunun təşəbbüsü ilə yaradılmış qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır.