adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 May 2015 11:30
4679
MƏDƏNİYYƏT
A- A+

Depardye Kannın yeni filmi

Dünya şöhrətli məşhur fransız aktyor Jerar Depardyedən Putinə sevgi etirafı. Rusiya vətəndaşı olan Depardye Kann kinofestivalında "Sevgi vadisi" adlı yeni filmini təqdim edib. 

"France Press"in məlumatına görə, aktyor belə deyib. "Cənab Putini mən yaxşı tanıyıram və sevirəm. Mən Rusiyaya çox səfər edirəm". 

O, Ukraynada baş verənlərə də münasibət bildirib. Vəziyyət barədə açıqlamasında deyib ki, əslində baş verənlərdən heç nə anlamır. "Mən də hamı kimi şokdayam. Mən Viktor Yuşşenkonu (Ukraynanın keçmiş prezidenti) yaxşı tanıyırdım. Ukraynalıları da çox sevirəm. Amma münaqişələrin müzakirəsi mənim sahəm deyil. Mən müharibəni sevmirəm. Çünki o ölümlərə səbəb olur". 

Xatırladaq ki, "Sevgi vadisi" filmində Depardye İzabel Yupper ilə baş rolları bölüşüb. Film 68-ci Kann beynəlxalq kinofestivalının əsas proqramına daxildir. 

Fransız aktyor 2013-cü ildən Rusiya pasportu alıb.