SEVMƏYİ YADIMA SAL

ƏBÜLFƏT MƏDƏTOĞLU
63332 | 2015-05-22 18:12

Dərd, kədər, faciəadamı birləşdirir deyirlər. Buna mən də şübhə etmirəm. Çünki mən də bir Allah bəndəsiolaraq bu adamların içərisində yaşayıram və baş verənlərdən az-çox baş çıxarmağada çalışıram. Səhərin necə açılıb, qaranlığın necə düşməsinə qədər izləmək imkanımda müəyyən qədər var. Evin, ailənin kommunal və sosial problemlərin qaynağında çabalaya-çabalayahərdən bu dünyanın da işlərinə də əl uzadıram, göz yerirəm. Və onda…

Bəli, doğrudan dadərd, kədər, faciə adamları yaxınlaşdıra, qovuşdura bilir. Amma bax elə məqam da, «əmma» da bu məqamdadı. Yəni gözümüzün önündəbir neçə gün öncə baş verən faciə adamları birləşdirdiyi qədər də bir-biriylə üz-üzədə gətirdi. Üstəlik, birləşənlərlə birləşə bilməyənlər, birləşmək istəməyənlər dəcəbhələşdilər, qütbləşdilər… Hər birinində öz arqumenti ortaya çıxdı… Hərə özünü haqlı bildi. Mən indi heç kimi qınamıramvə ümumiyyətlə heç kimi suçlamağa haqqım da yoxdu. Amma adi bir vətəndaş olaraqiçimdən gəlib keçdi ki, özüm-özümdən və özüm həm də ətrafımdan soruşum ki, axı bizniyə beləyik? Məgər bu günə qədər itirdiklərimiz və hələ də geri qaytara bilmədiklərimizbizə dərs olmadı? Biz doğrudanmıbu qədər laqeydik, bu qədər bir-birimizə qarşı biganəyik? Bu qədər bir-birimizitutmaq, qorumaq istəyindən uzağıq? Axı bu millətin tarixində elə məqamlar var ki,onlar milyon illik bir dərs qədər önəmlidi, yadda qalandı. Lakin görünür biz yazıda,sözdə, kitab-dəftərdə özümüzü təqdim etməyi daha yaxşı bacarırıq, nəinki həyatda.Mən bunun səbəblərini təxmin etsəm də, dəqiq bilmirəm. Ancaq bildiyim bir şey varki, biz yaman unutqanıq. Özü də lap dəhşətli dərəcədə unutqanıq…

Bu sonuncu fikrimibir altını cızdığım ifadəylə sizə də xatırlatmaq istəyirəm. Bir anlıq düşünək. Buməmləkətin, bu xalqın ən müqəddəs yeri haradı? Yəqin ki, hamınız razılaşarsınız:

- Şəhidlər Xiyabanı!!!

Amma gəlin görəkçox seyrək hallarda da olsa, orada görüb qarşılaşdığımız məqamlar bizi şoka salmayıbmı?O ziyarətgahda özlərinə, insanlığa yaraşmayan «anlar» yaşayanların kimdən olduğu,nədən törəndiyi və ümumiyyətlə niyə bunların baş verdiyi sizi də düşündürməyibmi?..

Bəli, bu toxunduğumnöqtə bu son hadisədə də bir daha göstərdi ki, içimizdə nə qədər uyğunsuzluqlarvar və biz də bütün bunları bilə-bilə ancaq danışırıq, ancaq yazırıq. Və danışandada, yazanda da öz məntiqimizi, öz həqiqətimizi bayraq edirik. Vallah belə olmaz,heç olmaz! Məntiq də, həqiqət də ən azı toplumun80-90 faizini içini, düşüncəsini, davranışını, əxlaqını, kimliyini ifadə etməlidi.Hələ ki, biz iqtidarlı-müxalifətli, cavanlı-qocalı, böyüklü-kiçikli, bir sözlə, bir azərbaycanlı olaraqcanımızdakı qüsurları çıxarmağa, müalicə etməyə maraq göstərmirik, özümüz-özümüzütəmizləmirik. Elə bil ki, kimisə oturub gözləyirik. Amma kimi?..

Hə, bir az hisslərətoxunan, bir az bəlkə də yazılması, deyilməsi gərək olmayan fikirlərə meyl saldım,meydan verdim. Unutdum ki, görünənkəndə bələdçi lazım deyil. Və unutduğuma görə də özümü qınamadım. Çünki mən də sizlərdənbiriyəm. Belə doğulmuşuq, belə yaşamışıq və hələ ki, belə də yaşayırıq. Bu yaşamınən pik nöqtəsi anlayışdı. Elə ki, anlamağa, bir-birimizi dərk etməyə gücümüz, əqlimizkifayət etdi, bax onda yəqin ki, biz də təkcə hüznlü, faciəli, dərdli günlərdə deyil,elə toyda-bayramda da, sevincli anlarda da, hətta adi günlərdə də bir ola biləcəyikvə bizi heç kim, heç nə ayıra bilməyəcək!..

Deməli, bütün bunlarınfonunda bir düşüncəmi də, bir ağlımdan gəlib keçən işartını da kağıza köçürürəm.Elə bilirəm ki, bu bəlkə də hansısa bir həssas çalara təsir göstərə bildi. Axı bizbir millət olaraq həm də çox çılğınıq. Doğrudur, bunu deyiblər və deyirlər də. Ammamən bu çılğınlığı hələ toplum halında heçharda, heç bir məqamda görüb müşahidə etməmişəm. Yalnız 20 Yanvardan başqa. Ondahamı çılğınlığın üsyan formasına, etiraz formasının daşıyıcısına çevrilmişdi vəhamı da eyni dərəcədə vurub haqqını ortaya qoymağa hazır idi. Elə həmin hazırlıqda işğalçını qorxutdu, onu geri çəkilməyə məcbur etdi. Bütün bunlar mənim o dediyimhəssas nöqtənin şah damarı idi. Elə bir damar ki, ona toxunmaq qeyri-mümkündü. Necədeyərlər, bu məqamda «Toxunma, öldürər!» çağırışı ildırım sürəti ilə ağlımdan gəlibkeçir. Lakin sözün səmtini hissləri üzərinə dəyişəndə onda başa düşürəm ki, yox,bu çağırış da, bu xəbərdarlıq da, bu gerçəklik də hələ hər şey demək deyil. Onagörə ki, biz fərdi şəkildə özümüzü ifadə etməyi daha yaxşı bacarırıq. Mən isə bütünbu dediklərimi elə burda dayandırıb duyğularımın səsini sizə çatdırıram.

Ən nəhəng ağacların

ən şah budaqları

belə

bir gün

boyun əyir

əsən küləyə, yelə…

Ən böyük sevgilərin

istər

ən gözəli olsun

istər

ən çirkini

fərq etməz

günlərin birində

ürəyi verir ələ…

amma

bu gerçəyinsə

nədənini

kimsə bilmir hələ…

***

İndi bir psixolojigərginliyin içərisindəyəm. Nə qədər cəhd etsəm də, ipucu tapa bilmirəm. Sanki qapı-pəncərəniyox, həm də nəfəsliyi bağlayıblar. Elə bil nəzarət altındayam. Özü də ciddi rejimdə.Bircə tavana və döşəməyə baxmaq imkanım var. Əslində tavana və döşəməyə baxmaq indiheç nəyə yaramır. Yəni heç bir əhəmiyyət kəsb etmir. Olsa-olsa tavana baxa-baxadörd divarın arasında gəzsəm, onda ya boynum ağrıyar, ya başım gicəllənər, özümüidarə edə bilməyib divara dəyib yıxılaram. Daha başqa heç nə. Amma bu dörd divarınarasında fikirləşmək imkanım daha böyükdü, daha genişdi. Necə deyərlər, şərait dəvar, vaxt da. İstəyirsən gəzə-gəzə düşün, fikirləş, istəyirsən divarın bir küncünəsığın və başını al ovuclarının içərisinə. Düşün, düşünə bildiyin qədər…

Elə mən də belə edirəm.Sığınıram bir küncə və əllərimlə sıxdığım başımı, əslində isə ürəyimi yükləyirəmfikirlərlə, qayğılarla, çək-çevirlə, saf-çürük etməklə. Elə bilirəm ki, mütləq biryol tapacam. Bu dörd divarın içində çıxmaq üçün yox, özümü öz içimdən çıxarmaq üçün…öz gerçəyimin gerçək olduğunu ortaya qoymaq üçün. Çünki bu qədər də yüklənmək, buqədər də sıxılmaq, bu qədər də göz dağınaçevrilmək, bu qədər də nişangah olmaq mümkün deyil. Axı mütləq bir sonluq var. Mənbu yerdə ölümü nəzərdə tutmuram. O, hər kəs üçündü. Gələndə də kimsədən icazə almır.Amma o mütləq sonluq istənilən işin yekunudu, istənilən səfərin, səyahətin, yazının,oyunun, bir sözlə hərəkətin nöqtəsidi. Sonra digərləri gəlir, növbəti mərhələlərbaşlayır. Bu tamam başqa söhbətdi. Amma mənim indi söylədiyim, indi yazdığım isəhəyatın diqtəsidi… müstəvi üzərində olan reallıqdı. Lap elə götürək ən ali duyğu,ali hiss olan sevgini. Əgər bu sevgi bir tərəflidisə, bu sevginin cavabı yoxdusa,bu sevgi ən azı müəyyən bir impulsla doğulmursa, onda bunun ürəyə nə boyda yük olduğunu,ürəyi nə qədər didib-parçaladığını düşünmüsünüz? Heç ağlınızdan gəlib keçibmi ki,sizin yarı hissəniz, qarşı tərəfiniz hardasa, nə vaxtsa anlamayıb, anlamaq istəməyib… Və yaxud da anlaya-anlaya, bilə-bilə sıxıntıdaburaxıb, yarıyolda qoyub, etinasızlıq göstərib, ya da bir iynə ucu boyda yanlışlığı,günahı, nə bilim diqqətsizliyi az qala dəvəyə, filə çevirib… Və sonra da özü də,sən də həmin o böyük ağırlığın içərisində, altında xışmalanmısınız?

Doğurdan da bu sadə,amma hamımızın qarşılaşdığı, hamımızın yaşadığımız bir durumdu. Yəni insan olaraq,Allah bəndəsi olaraq hisslərimizi, duyğularımızı bu və ya digər formada ifadə etməkhaqqımızdı. O yerə qədər ki, başqasında özünə qarşı nifrət görməyəsən, nifrət oyatmayasan,nifrət yaratmayasan. Əgər sadəcə bir insan kimi, bir duyğusal adam kimi gülün, çiçəyin,ağacın, hər hansı bir canlının fərqini görüb gözəlliyinə münasibət ifadə edə bilirsənsə,bunun sonda əsəb yaratması hansı anlama gəlib çıxır? Niyə bu anlam mütləq ürək ağrıtmalıdı?Daha doğrusu, ürək parçalamalıdı? Heç bunu da bilmirəm. Bircə onu bilirəm ki:

Ən ağır daş, ağıryük

Həmişə mənə düşüb…

Uzaq-yaxın yollarım–

Dumana, çənə düşüb!..

Əsən küləklər belə

Sığal çəkməyib telə…

Ömrü vermişəm yelə–

Ürəyim sənə düşüb!..

Aradakı sədd-divar

Hər istəyin səddivar…

Dərdimin də qəddivar-

Düz tutmaq mənə düşüb!...

***

Bu yazı ilk nöqtəsindən bax, indi oxuduğunuz ana qədər biraz kədər, bir az nostalji, bir az duyğusal, bir az da psixoloji gərginlik üzərindəkağıza köçürülüb. Daha doğrusu, bilgisayara diqtə olunubdu. Ola bilsin ki, hardasamüəyyən bir uğyunsuzluq da var və siz də bunu görürsünüz. Mən heç bir irada təkzibvermək fikrində deyiləm. Amma bircə onu tam səmimiyyətimlə bildirmək istəyirəm ki,həqiqətən də insan, elə şəxsən mənim özüm hərdən elə durumlara, elə situasiyalaradüşürəm ki, onu da mənə olumla-ölümün heç bir fərqi məlum olmur, görünmür. Necədeyərlər, özümün mövcudluğum özümə yük olur. Həmin an hətta «əlvida» demədən dəgöz yummağa, çıxıb getməyə hazır oluram. Bunun bəlkə də bir dəlilik əlaməti də var.Amma yenə tam səmimiyyətimlə deyim ki, nəqədər dərdli-dəlioluram, olum öziçimi, öz dünyamı o için, o dünyanın sahibindən başqa kimsəyə nə aça bilirəm, nəbağışlaya bilirəm, nə də miras qoyub gedirəm. Bildiyim odur ki, bu içimin də, bu dünyanın da layihəsi belə çəkilib,belə yazılıb. O həmişə qayğılı, həmişə kədərli, həmişə ağrılı-acılı və həmişə dəkirpikləri nəmli olmalıdı!..

Bu etirafdan sonramən dəyərli oxucularımı yaratdığım sıxıcı, yorucu və son dərəcə ağır olan bu auradançıxarmaq məqsədilə bir gerçəyi dilə gətirirəm. Daha doğrusu, o gerçəyi mən misralaraçevirmişəm, hələ xeyli bundan əvvəl. Çünki həmin gerçək həm də bugünkü oxuduğunuzyazının adı ilə bağlıdı. Bax, bu ada, bugerçəyə şeirin öz misraları üzərindən baxmağın yəqin ki, siz də əleyhinəolmazsınız. Onu da deyim ki, bu şeir həm də bir zarafatdı.

Hər sözün əvvəlində

ya da sonunda

təkrar olur-

zaman-zaman:

- yadıma sal –

tapşırığı…

kommunalı ödəməyi,

evə çörək,

qənd almağı,

yolu bazardan salmağı

kimə isə

zəng etməyi

xəstə dosta

baş çəkməyi,

xeyir-şərdən,

mərasimdən qalmamağı

lap kəsəsi –

durumumu mənə anlat!

həyatımı yadıma sal

bütün bunlar zərurətdi…

amma çözə bilmirəmki,

axı səndə nə adətdi

bir dəfə də

demirsən ki,

canım,

səni sevməyi də

yadıma sal!..

Hə, bilmirəm qarşınızdakıgünahımı, yəni sizi bir az sıxıntılı aurada saxladığımı mənə bağışlayacaqsınız,yoxsa yox. Amma mən tam əminliklə və səmimiyyətlə deyirəm ki, heç olmasa bircə dəfəsosial, kommunal nə varsa hamısını unudub duyğularımızı, ürəyimizi yada salaq, bir-birimizəxatırladaq. Onda anlaşmaq, anlayışlı olmaq, iki candakı bir ürəyi yaşatmaq məncəçətin olmayacaq. Sadəcə, sevməyi unutmayın! Sevməyi, sevilməyi bir-birinizə, eləmənə də xatırladın!


TƏQVİM / ARXİV