adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 May 2015 18:06
4065
MARAQLI
A- A+

Türkiyədə kondisionerli tabutlar hazırlanıb

Dünyasını dəyişənlər üçün havaların necə keçəcəyinin o qədər də önəmi yoxdur.

Bununla belə, Türkiyədə bir şirkət ölülər üçün kondisionerli tabutlar istehsal edib. Çorum  şəhərində açıq havada ictimaiyyətə təqdim  olunan tabutlar ilk dəqiqədə insanların marağına səbəb olub.

Kimi kondisionerli tabutlara kənardan baxıb, kimi də  həmin tabuta uzanaraq içəridə havanın necə olduğunu öyrənməyə çalışıb. Bu tabutları çox bəyənənlərdən bəziləri indidən vəsiyyət edib bu tabutda dəfn olunmağı arzulayanlar da var.

Sakinlər bu tabutlara bir az da ironiya ilə yanaşsa da, istehsalçı şirkət heç də bu məhsulları ölülərin rahatlığı üçün nəzərdə tutmayıb. Məqsəd dünyasını dəyişən insanların yaxınlarının rahatlığını təmin etməkdir. Morq olmayan bölgələrdə, bu tabutlar sayəsində dəfni bir neçə gün ləngitmək mümkün olacaq.

Amma kondisionerli tabutun içi nə qədər soyuq olsa da, qiyməti bir o qədər əl yandırır. 3250 lirədən satışa çıxarılan tabutları almaq morqun olmadığı ucqar kəndlərdə yoxsul ailələr üçün əlçatmaz ola bilər.(atv.az)