adalet.az header logo
  • Bakı 11°C
22 May 2015 16:42
2876
GÜNDƏM
A- A+

Azərbaycan və Rusiya Xəzərdə ilk dəfə birgə təlim keçirəcək

Bu barədə Rusiyanın Cənub hərbi dairəsi açıqlama yayıb

Xəzər dənizində ilk dəfə olaraq Rusiya və Azərbaycan hərbi gəmilərinin iştirakı ilə birgə təlimlər keçiriləcək.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Cənub hərbi dairəsi açıqlama yayıb.

Hərbi dairədən bildirilib ki, təlimlərdə onlarla gəmi və digər vasitələr iştirak edəcək: "İki ölkə hərbi nümayəndələri arasında məsləhətləşmələr zamanı qərara alınıb ki, 2015-ci ilin sentyabrında "Xəzər dənizində iqtisadi fəaliyyət obyektlərinin müdafiəsi üzrə birgə fəaliyyət” mövzusunda təlimlər keçirilsin”.

Təlimlərdə Rusiyanın Xəzər flotiliyası və Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin gəmiləri arasında Xəzər dənizində gəmiçiliyin və beynəlxalq dəniz fəaliyyətinin təhlükəsizliyinin təmin olunması, dəniz və hava hədəflərinə birgə artilleriya atəşləri, qəzaya uğramış gəmiyə yardım göstərilməsi və digər vəzifələrin yerinə yetirilməsi sınaqdan keçiriləcək.