adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 May 2015 11:48
4072
ƏDƏBİYYAT
A- A+

Xalq şairi Fikrət Qocanın əsərlərindən ibarət səkkizcildlik hazırlanır

Azəbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın sovet dövründə nəşr edilmiş, habelə onun son illər yazdığı əsərlərindən ibarət səkkizcildliyi çapa hazırlanır.

Artıq 6 cildin hazır olduğunu bildirib. Qeyd edib ki, kitablarda roman və povestləri də yer alacaq, "Taleyin ağır taleyi” romanı isə bu günlərdə çapdan çıxacaq. Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən, 1990-cı il hadisələrinin, zorla sürükləndiyimiz müharibə ağrılarının əks olunduğu "Təkərlər geri fırlanır”, "Yaralı çiçəklər” və "Rəssam düşünür” əsərləri də səkkizcildliyə daxil ediləcək.

Müasir ədəbiyyatımızda sözlərinə ən çox mahnı bəstələnən şair, bəlkə də 150-dən çox mahnı mətninin müəllifi olan Fikrət Qoca öz müdrikliyi və həyatsevərliyi ilə həmişə oxucuların sevimlisi olub. "Anacan, dostum evlənir” , "Bakı”, "Günay”, "Gəl, ey səhər”, "Çiçək tapa bilmədim”, "Gecə yaman uzundur”, "Payız gəldi” və digər nəğmələri dillər əzbərinə çevrilib.

Bu günədək şair "Qağayı”, "Hamıya borcluyam”, "Dənizdə ay çiməndə”, "Od gəlini”, "Yatmadığım gecələrdə”, "Günlərin bir günü”, "Gül ömrü”, "İnsan xasiyyəti”, "Ömürdən səhifələr”, "Mavi dünyanın adamları”, "Seçilmiş əsərləri”, "Eldən-elə, dildən-dilə”, "Sükutun səsi” və digər kitablarını oxucuların ixtiyarına verib.