adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 May 2015 17:44
5961
MARAQLI
A- A+

Dünyanın məşhur evyıxanları

Qadınlar – nə qədər zərif, incə məxluqlar olsalar da, əslində hər bir qadının içində qarşısıalınmaz bir məkr yatır. Sadəcə, bəzi qadınların taleyi hər şeyi özü yoluna qoyduğu üçün onlar, necə deyərlər, başlarını aşağı salıb dinc yaşayırlar. Tale ilə barışmaq istəməyən qadınlar isə qollarını çırmalamalı olurlar. Xüsusilə də sevgi və ailə qurmaq məsələsində bu özünü daha qabarıq büruzə verir. Sevdikləri kişini əldə etmək üçün qadın qarşısındakı heç nəyi və heç kimi nəzərə almadan qəddarlaşa bilər. Amma o da var ki, həyat yoldaşını sevən kişini dünyanın ən gözəl qadını belə evindən ayıra bilməz. Qərbdə belə bir deyim var: "Məşuqələr ərləri aparmır, kişilər özləri könüllü gedir”.

Adalet.az dünyanın ən məşhur ailə dağıdan qadınlarını təqdim edir:

Anjelina Coli – gözəllər arasında birinci olan bu xanım, elə evyıxanlar arasında da ilk yerdədir. Bred Pittlə münasibətə başlayanda yaraşıqlı aktyor Cennifer Anistonla evli idi. Məşhur "Mister and Missiz Smit” filmindən sonra aşiq-məşuqun gizli münasibətləri ortaya çıxdı və dünənə qədər xoşbəxt olan Aniston gözüyaşlı qaldı. Bu ayrılıqdan sonra aktrisa uzun müddət psixoloji yardım alıb. Hazırda Coli və Pitt cütlüyü evlidir, 6 uşaqları var.


Culiya Roberts – Hollivud gözəlçəsinin yuva dağıdanların ilk sırasında olduğunu çoxları bilmir. Çəkildiyi "Meksikalı” filmində operator Deniel Moderlə sevgi macərası yaşayır və onun ailəsini dağıtmağa nail olur. Hazırda cütlüyün 3 uşağı var.


Cennifer Lopes – cazibədar latın amerikalının da alnında "evyıxan” damğası var. 2003-cü ildə məşhur müğənni Mark Entoni ilə münasibətləri "alovlanır”. Mark Entoni isə bunun müqabilində 2 uşağını və hamilə arvadını tərk edir. Lopes və Entoni cütlüyünün də 3 uşağı var.


Kameron Dias – hazırda nümunəvi həyat yoldaşı olsa da, 2007-ci ildə məşhur illüziyaçı Kris Enceli yoldan çıxarıb. Hətta Encelin həyat yoldaşı Diası buna görə məhkəməyə də vermişdi.


Albina Canabayeva – "Viaqra” qrupunun solistlərindən olan gözəl xanım məşhur müğənni Valeri Meladzedə eyniadlı dərmanın effektini yarada bilib. Əvvəllər bu münasibət gizli saxlansa da, Canabayevanın oğlu olduqda hər şey gün üzünə çıxdı. Daha doğrusu, Meladze özü oğlunu təqdim elədi. Bəlkə də, Qafqaz kişisinin oğul övladına olan üstün məhəbbətindən irəli gəlirdi. Belə ki, Meladzenin həyat yoldaşından 3 qızı var. 2014-cü ildə isə Valerinin oğul atası olmaq sevinci ikiyə qalxdı. Cütlüyün daha bir oğlu dünyaya gəldi.