adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BAYAT

VAHİD ƏLİFOĞLU
27043 | 2011-06-18 07:59
Bəxtin əlimizdə bənd yeri yoxdu,
   
   Şəkər yeri yoxdu, qənd yeri yoxdu.
   
   Yoxdu, bu dünyanın kənd yeri yoxdu,
   
   Məni, balalarım bağışlayarmı?
   
   
   
   Qəmi xırdalanmış, dərdi dağılmış,
   
   Qolların qəribə gərdi, dağılmış.
   
   Yuvası dağılmış, yurdu dağılmış,
   
   Məni, balalarım bağışlayarmı?
   
   
   
   Daşı daşdan aldım, söküb gətirdim,
   
   Nəyim var, şəlləndim, büküb gətirdim.
   
   Sizi mən çadıra çəkib gətirdim,
   
   Məni, balalarım bağışlayarmı?
   
   
   
   Danışır, dillənir, sözündən qoca,
   
   Mənim körpə balam, gözündən qoca.
   
   Arzusu, istəyi özündən qoca,
   
   Məni, balalarım bağışlayarmı?
   
   
   
   Böyüyüb, boyuna çatmayan balam,
   
   Ev altda, dam altda yatmayan balam.
   
   Ata qazancından dadmayan balam,
   
   Məni, balalarım bağışlayarmı?
   
   
   
   Dırnağı yer didən at görməyibsə,
   
   Çiçək görməyibsə, ot görməyibsə;
   
   Küçük görməyibsə, it görməyibsə,
   
   Məni, balalarım bağışlayarmı?
   
   
   
   Məndən dağ istəyir, yamac istəyir,
   
   Yamacsız çöllərdən əlac istəyir.
   
   Yüyrüyün asmağa ağac istəyir,
   
   Məni, balalarım bağışlayarmı?
   
   
   
   Bilmirəm, boşalan, dolan çəkəcək,
   
   Özüynən baş-başa qalan çəkəcək,
   
   Mənim günahımı balam çəkəcək,
   
   Məni, balalarım bağışlayarmı?
   
   
   
   
   
   ***
   
   Salam, köhnə dostlar, köhnə tanışlar,
   
   Məni qarşılayın, çıxın vağzala.
   
   Gəlirəm, payıma dəhnə tanışlar,
   
   Açın gözünüzü, baxın vağzalag
   
   
   
   Ədalət bağıran haqq şairləri,
   
   Bakı şairləri, xalq şairləri,
   
   Mənim titulum yox, mükafatım yox,
   
   Təltif cədvəlində, başda adım yox.
   
   Mənim şeirlərim daş lələyidi,
   
   Qatır dırnağıdı, quş lələyidig
   
   
   
   Bağlayıb arxını, söküb bəndini,
   
   Atıb obasını, atıb kəndini,
   
   Şələsini tutan köçür Bakıya.
   
   Millət daban alıb qaçır Bakıyag
   
   Bezdim çadırlarda şair olmaqdan,
   
   Bezdimg və ilaxır, şair olmaqdang
   
   
   
   Gəlirəm çiçəkdən, güldən yazmağa,
   
   Torpaqsız bəxtəvər eldən yazmağa.
   
   Mənə bir ev tapın, gecəqonduda,
   
   Xoruz banlayanda, cücəqondudag
   
   Qudurmuş dərdlərin kefin kim görüb,
   
   
   
   Çürümüş mayanın nəfin kim görüb?
   
   Mən kəndçi oğluyam, şəhər şairi,
   
   Buxovlu, cilovlu kəhər şairig
   
   Dağılmış yuvanın çöpün kim görüb?..
   
   
   
   Bas görüm körüyü, dəmirçi qardaş,
   
   Od qoy ocağına, kömürçü qardaş,
   
   Ağır zindanlardan çıxan səs görüm.
   
   Nimdaş pencəyimin yaxası boşdu,
   
   Mənim də yaxama medal kəs, görümg
   
   
   
   Tikanlı şerlər yazmaram daha,
   
   Özümə quyular qazmaram dahag
   
   Çadır şəhərciyi məni bağışla,
   
   Yaz məni günahın, ahın adına.
   
   Beş il çürütdüyün canı bağışla,
   
   Bir-iki şerim var, şahın adınag
   
   Onsuzda düşübdü kölgə qabağa,
   
   Məni də çəkdilər bəlkə qabağag
   
   
   
   g Məni qınamayın, köhnə dostlarım,
   
   Şəhər binaları daş qoruyandı,
   
   Yerə gələn dizlər baş qoruyandıg
   
   Gəlirəm, son haqqa şair olmağa,
   
   Gəlirəm, bu xalqa şair olmağag
   
   
   
   
   
   ***
   
   Xoşbəxtdir dünyanın dərd dilənçisi,
   
   Hansı qapılardan girdik, ilahi.
   
   Çörək dilənçisi, yurd dilənçisi,
   
   Səsi də dilənən gördük, ilahig
   
   
   
   Susun, çadırların dirəyin kəsin,
   
   Satılmış torpağın yasına gəlib.
   
   Armud boğazların çörəyin kəsin,
   
   Armud boğazların səsinə gəlib.
   
   
   
   Üzündən ağalıq zəhmi çəkildi,
   
   Ətli dodağında zəli yalvarır
   
   Allahım, bu kimdən kimə vəkildi,
   
   Yumulub əlləri, dili yalvarırg
   
   
   
   Umma barmağından, umma səsindən,
   
   Bu çadır kişilər, çadır uşaqlar,
   
   Bu çadır arvadlar, çadır gəlinlər,
   
   Yerimir, ağlamır, gülmür, danışmır.
   
   Sən danışan dili bilmir, danışmır,
   
   Çadır arasında çadıra dönür.
   
   Qara maşınların pəncərəsindən,
   
   Çadır şəhərləri kiçik görünürg
   
   
   
   Sısqa çiyinlərə mindirib şələ,
   
   Deyir bağca belə, bağ-bostan belə.
   
   Çadırlar şəkərə, qəndə dönəcək.
   
   Guya öz əliylə verib-seçilsə
   
   Hamı torpağına, kəndə dönəcəkg
   
   
   
   Kimin matəmində zurna çalacaq,
   
   Qiyamət gününün cənnət vəkili.
   
   Çadır parlamentin üzvü olacaq,
   
   Çadırdan seçilən millət vəkilig
   
   
   
   ***
   
   Nədən nə kəsmisən, kəm yaratmısan,
   
   Bizə dərd yazmısan, qəm yaratmısan.
   
   Bütün millətləri sən yaratmısan,
   
   Allah, bu millətin axırı yoxdug
   
   
   
   Bu yeznə bazarı, qayın bazarı,
   
   Ayıya, meymuna oyun bazarı.
   
   Artır it bazarı, qoyun bazarı,
   
   Allah, bu millətin axırı yoxdug
   
   
   
   Yüz yerdən qırılmış gümana gülür,
   
   Əl atır, dəryada samana gülür.
   
   Kişilər geydiyi tumana gülür,
   
   Allah, bu millətin axırı yoxdug
   
   
   
   
   
   Əkinsiz, biçinsiz çöl dilənirsə,
   
   Qarın dilənirsə, əl dilənirsə;
   
   Çadıra bürünüb el dilənirsə,
   
   Allah, bu millətin axırı yoxdug
   
   
   
   Şəkər paylamadın, noğul vermədin,
   
   Baş verdin, içində ağıl vermədin.
   
   Allah bu millətə oğul vermədin,
   
   Allah, bu millətin axırı yoxdug
   
   
   
   Üzəngi basanı, vəlisi burda,
   
   Əhmədi, Məmmədi, Əlisi burdag
   
   Şairi qürbətdə, dəlisi burda,
   
   Allah, bu millətin axırı yoxdug
   
   
   
   Bu yolsuz yollara bəsdi, bağırdım,
   
   Harayım bir titrək səsdi, bağırdımg
   
   Məni öz qılıncım kəsdi, bağırdım,
   
   Allah, bu millətin axırı yoxdug
   
   
   
   gDərdi balalayan, dərdi bitən var,
   
   Göynəyir, ağrıyır yeri çadırda.
   
   Allah, bir millətə iki vətən var,
   
   Biri Bakıdadı, biri çadırdag
   
   
   
   
   
   ***
   
   Günahlar içində sən hələ təksən,
   
   Həya pərdələrin sökən var, bala.
   
   Nə qədər, nə qədər yuxarı çəksən,
   
   Şalvarı aşağı çəkən var, balag
   
   
   
   Hər dərdin başında oyun durursa,
   
   İtlərə, qurdlara ət doğulmusan.
   
   Tale paltarları soyundurursa,
   
   Yaxşı ki, sən elə lüt doğulmusang
   
   
   
   Çadırda lüt gəzən çadır uşağı,
   
   Allahın parçası, paltarı hanı?
   
   Dalınca it gəzən çadır uşağı,
   
   Əyninin köynəyi, şalvarı hanı?..
   
   
   
   Qurtuldu millətlər köhnə yamaqdan,
   
   Adımız, sanımız qurtardı daha.
   
   Bezmişdik ilantək qabıqlamaqdan,
   
   Şalvardan canımız qurtardı dahag
   
   
   
   Yıxıldı dağların daşı papaqsız,
   
   Ha tuta əlində şalvar dayanmaz.
   
   Əlləri silahsız, başı papaqsız,
   
   Kişinin belində şalvar dayanmazg
   
   
   
   Götür, əllərinin daşına dönüm,
   
   Bəy baban, xan əmin taxtdan düşübdü.
   
   Əyninə şalvar gey, başına dönüm,
   
   Bizim şalvarımız çoxdan düşübdüg
   
   
   
   Çörək tapacaqmı nalbəndlər, çətin,
   
   Atsız nala baxıb güləcək, bala.
   
   Biz şalvar geymirik, bu məmləkətin,
   
   Dərzisi acından öləcək, balag
   
   
   
   
   
   ***
   
   Bir payız boylanır yollardan mənə,
   
   Haray yox əlcəkli əllərdən mənə.
   
   Ömrə yazmadığım illərdən mənə,
   
   Nə qaldı xatirə, bilmədim, ancaqg
   
   
   
   Bu tale sazında sim görünmədi,
   
   Kim qaçdı gizləndi, kim görünmədi?
   
   Yumdum gözlərimi, qəm görünmədi,
   
   Rəngini itirə bilmədim ancaqg
   
   
   
   Hanı ərk eləyən, döyən qapımı,
   
   Üstündə ehtiyac halal adımın.
   
   Tozuna udqundum qismət atımın,
   
   Özünə yetirə bilmədim, ancaqg
   
   
   
   İnandım, əlimi əydim əlinə,
   
   Haqqımı borc kimi saydım əlinə.
   
   Ağac kəsənlərin döydüm əlinə,
   
   Bir pöhrə bitirə bilmədim, ancaqg
   
   
   
   Dözmək asan deyil dözümə qədər,
   
    Qovruldum özümdən özümə qədər.
   
   Dərdimi qaldırdım dizimə qədər,
   
   Çiynimə götürə bilmədim, ancaqg
   
   
   
   
   
   ***
   
   Hansı sevinclərin batan yeridi,
   
   Bu dərdin, əzabın, qəmin əvvəli.
   
   Təsəlli gəlişim kimi kiridir,
   
   Mən kimin sonuyam, kimin əvvəlig
   
   
   
   Niyyət qoruğuna, bar çəpərinə,
   
   Oğru tamahların ləkəsi düşüb.
   
   Baxdığım pəncərə pərdələrinə,
   
   İçərdən kiminsə kölgəsi düşübg
   
   
   
   Nə vaxtsa gözləri od olanların,
   
   İşığı azalır, eh çıraq kimi.
   
   Başımın üstündə aldananların,
   
   Güzəşti yellənir, ağ bayraq kimig
   
   
   
   Alması tökülmüş, tamı dadılmış,
   
   Deyilmiş nağıllar mənimki deyil.
   
   Birinci addımı çoxdan atılmış,
   
   Bu yollar, cığırlar mənimki deyil.
   
   
   
   Uzaq harayçısı yaxın harayın,
   
   Adlayan adlayar, qalar körpülər.
   
   Niyə inanmadım, bulannlıq çayın,
   
   Üstəndə olurmuş halal körpülərg
   
   
   
   Ətəkdən yapışan kol arasında,
   
   Çiçəyi dərilmiş yamaclar qalar.
   
   Çox barı kal dərmiş qol arasında,
   
   Axırda meyvəsiz ağaclar qalar...g
   
   
   
   

TƏQVİM / ARXİV