adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 May 2015 00:05
1996
MƏMLƏKƏT
A- A+

Xəzər və Lənkəran rayon İcra Hakimiyyətləri yoxlandı

Hesablama Palatası (HP) Kollegiyasının növbəti iclası keçirilib.

 

Palatadan verilən məlumata görə, kollegiya iclasında Xəzər rayonu və Lənkəran şəhəri icra hakimiyyətlərinə və tabelikdə olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan, həmçinin Göygöl Mərkəzi Rayon Xəstəxanasına dövlət büdcəsinin yerli xərclərindən ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabatlar müzakirə olunub.

 

Müzakirələr nəticəsində zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

 

Kollegiya iclasında, həmçinin, iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə Audit proqramları təsdiq edilib.