SƏMİMİYYƏTİ VƏ ÖZÜNÜ YAZMAĞIN ANATOMİYASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
61475 | 2015-05-20 18:56

Qarşımdakı təqviməbaxıram. İki gün qalıb. Amma bu iki günə qədər mən uzun bir yol keçib gəlmişəm.Az qala bir igidin ömrü qədər, bəlkə də çox. Amma zarafat deyil, 1981-ci ilin payızındanbaşlanan həmin o yol döngələri, dolamaları arxada qoyub gəlib çıxıb zamanımıza.Özü də  gəlişi də maraqlı olub, o yolunyolçuluğu da. Şəxsən mən artıq uzunluğunu, yəni yaşını xatırlatdığım bu yoldazaman-zaman dayanıb fikirləşmişəm: nəyi necə edəcəyimi, sözümü, fikrimi necəçatdıracağımı, hətta onun mənə olan münasibətinə layiq olub-olmadığımı da...

Dövlət universitetinintələbəsi idim. Tələbə olana qədər də o dövrün mətbu orqanları ilə əlaqəsaxlayırdım, yazılarımı, şeirlərimi göndərirdim. Çap olanı olurdu, standart, yənihər kəsə eyni formada verilən cavablar da. İndi də hərdən o sözbəsöz əzbərlədiyimcavabları xatırlayıb gülümsəyirəm. Görünür bu da zamanın bir yanaşması idi.Bütün qəzetlər ona məktub göndərən oxucuya, təbii ki, şeirinin, məqaləsinin çapolunmasını istəyən oxucuya bax belə cavab yazırdı:

- Sizin göndərdiyiniz məktublatanış oldum. Ancaq  redaksiyanın tələbləriniödəmədiyi üçün çap edə bilməyəcəyik. Sizə yeni uğurlar arzu edirik...…

Və təbii ki, sonda daya şöbə müdirinin, ya da məsul katibin imzası. Bu məktublardan mən də almışam.Əvvəldə dediyim kimi çap olunmayan yazılarıma görə, bunu bilərəkdənxatırladıram. Çünki indi barəsində yazdığım və iç dünyamda məhz həmin tarixdənqeydiyyata düşən Vaqif Bəhmənli həyatımda özəl yeri olan, özəl təsiri olan sözadamlarından, şəxsiyyətlərdən biridir...…

Təbii ki, mən Vaqif Bəhmənliniöncə mətbuatdan tanımışam. Məndən dörd yaş böyük olan Vaqif Bəhmənlinin ovaxtlar çap olunan şeirləri və ümumiyyətlə o dövrün ədəbi mühiti mənə məlumidi. Çünki mən də o mühitə daxil olmağa çalışırdım və bu səbəbdən də az qalaölkədə nəşr olunan bütün bədii nümunələri arayıb, axtarıb, tapıb oxuyurdum.Amma heç vaxt onunla yaxınlaşacağımı, onunla doğmalaşacağımı düşünməmişdim. Onagörə də bu doğmalığa, bu yaxınlaşmaya səbəbkar olan bir insana (mən onu halal vəmüqəddəs Kişi saymışam - Ə.M.) yəni mərhum Nəriman Zeynalova  bütün ömrüm boyu duaçıyam. Belə ki,universitetdə həyatıma daxil olan tələbə yoldaşlarım mənim üçün çox önəmlidi. Məhzhəmin tələbə yoldaşlarımdan biri Nəriman müəllimin oğlu idi. Artıq bir-birimizəqaynayıb qarışmışdıq. Günlərin birində həmin tələbə yoldaşım bildirdi ki, evdəatama sənin barəndə danışmışam. Gözləyəcək, yazılarını apar, şəxsən özünə təqdimet.

Doğrusu, içimdə həmsevinc, həm də tərəddüd hissi baş qaldırdı. Elə həmin o hisslərin aurasında üztutdum "Sovet kəndi" qəzetinə. Redaksiyanın qapısını döydüm və başredaktorun katibəsinə kimliyimi, hardan gəldiyimi söylədim. Bir neçə dəqiqədənsonra məni içəri dəvət etdilər. O nurlu insan oturduğu yerdən qalxıb əlini mənətərəf uzatdı. Tam səmimiyyətlə deyim ki, bu, həyatımda mənə tərəf uzanmış ən müqəddəs, ən xeyirxah, ən isti əllərdənbiri idi. Ona qədər mənə "Təşviqatçı" jurnalının baş redaktorunun əlinisıxmaq nəsib  olmuşdu. Bu dəfə isə NərimanZeynalovla əl görüşürdüm.

Göstərdiyi yerdə əyləşdim.Bir az dərslərimi soruşdu, ailə vəziyyətimlə maraqlandı... Sonra katibəyə dediki, Vaqif Bəhmənlini çağır. Bir azdan Vaqif müəllim içəri daxil oldu. Mən ilk dəfəşəklindən tanıdığım Vaqif Bəhmənli ilə baş redaktor Nəriman Zeynalovun otağındaəl verib görüşdüm. Nəriman müəllim bircə kəlmə söz dedi:

- Oğlumun tələbəyoldaşıdı, sənin də həmyerlindi. Yazılarına bax, uyğun bilsən, bu oğlana həmişəkömək et!

Məhz o tapşırıqdan, odoğmalıqdan sonra Vaqif Bəhmənliylə bir növü yaradıcılıq əlaqələri başlandı.Şeirlərim də çap olundu, hətta redaksiyanın tapşırığı ilə yazdığım yazılar da.Tələbə üçün aldığı qonorarın necə bir şirinlik, necə göydəndüşmə olduğunu yəqinyazı-pozu adamları bilir. Mənə bu şirinliyi bəxş edənlərdən biri də məhz VaqifBəhmənli idi.

Aylar, illər bir-birini əvəz edirdi. Artıq Vaqif Bəhmənli ilə o qədərdoğmalaşmışdım ki, günlərin birində onu ərklə Tuğa dəvət etdim - yəni kəndimizə,ata evimizə. Söz verdi və sözünə də əməl etdi. Yay tətilinə getmişdim, bir də  gördüm ki, qonşumun uşağı məni səsləyir. Çəpərdənboylandım və onların yanında Vaqif Bəhmənlini, Umud Rəhimoğlunu və eləcə də  orda tanış olduğum digər insanlarıgördüm.  Məhz həmin an bir daha inandımki, Vaqif müəllim necə deyərlər, sözünün ağasıdı. Təbii ki, kənd yerində Bakırestoranlarının süfrəsini açmaq mümkün deyil. Biz sadəcə olaraq kasıbınolanından, bir tikə çörək kəsdik, bir stəkan çay içdik. Və burada həmin məqamıtəkrar vurğulamağımın əsas mahiyyəti məhz sözünə sahib çıxmaqdı. Baxma, bir tələbənin,özü də ucqar dağ kəndində yaşayan tələbənin ata ocağına Bakıdan sayılan-seçilənqonağın gəlməsi özü-özlüyündə az qala bir hadisə idi, özü də böyük hadisə. Ovaxta qədər bu evdə Seyran Səxavət, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, NadirCabbarov, Hüseyn Arif, Əhəd Muxtar, Tofiq Bayram və daha kimlər, kimlərolubdu...…

Tələbəlik illəri davam edir və mənim də həyatımda Vaqif Bəhmənlininyeri, mənə əl uzadıb dayaq durmaq kimi görünən, amma əslində isə məhz əlimdəntutub irəliyə aparması heç kimin duymadığı, hiss etmədiyi bir axarla gedirdi. Məhzo axarın içərsinidə yazılarımın da, şeirlərimin də püxtələşdiyi, özüm üçün hərgün hiss olunur, görünür və mən də bundan ruhlanaraq özümdə bir cəsarət tapıbVaqif müəllimdən işıq üzü görəcək növbəti kitabıma ön sözü yazmağı xahişetdim.  Amma bu gün, bu yazıda etirafedim ki, mən o xahişi edəndən sonra daxilən özümü silkələdim. Mənə elə gəldi ki, bu ricamda tələsmişəm. Ola bilsinki, Vaqif müəllim hardasa özü-özünü məcbur edib nəyinsə xatirinə mənə razılıqverdi. Həmin hissi də Vaqif Bəhmənlinin mənə təqdim etdiyi  və alıb oxuduğum ana qədər içimdə daşıdım. Təqribənbir həftə - on gün sonra Vaqif müəllim ona təqdim etdiyim "Nişanə"kitabımın əl yazısı ilə birlikdə mənə özünün ön sözünü də verdi. Öz yanındautandığımdan, sıxıldığımdan açıb baxmadım. Otaqdan dəhlizə çıxan kimi əlimdəkiqovluğu açdım və elə pəncərənin önündəcə Vaqif müəllimin yazdığı ön sözünbaşlığını oxudum. Vaqif Bəhmənli yazmışdı:

- NAMUSLU SÖZÜNNİŞANƏSİ!

Bəli, bu, Vaqif Bəhmənlininmənə həm də xeyir-duası idi. Mən həmin o xeyir-duanı bu gün də üzərimdə hissedirəm. Çünki namuslu sözün məsuliyyəti dağdan ağırdı!..

Artıq arxada qalan buillərdə mən Vaqif Bəhmənlinin həm oxucusu, həm yaxını, həm də həmkarı kimi onudaha yaxından izləyə bilmişəm. Demək olar ki, həm o illərin, həm də bu zamanındövrü mətbuatında çap olunan bütün publisist yazılarını, xüsusilə Azərbaycan təbiətiilə, Ceyrançöl qoruğu ilə bağlı, həmçinin Azərbaycanın qabaqcıl əmək adamlarıilə bağlı silsilə yazılarını sevə-sevə oxumuşam və bu gün də oxuyuram.

Mənim kitab rəfimdəVaqif Bəhmənlinin şeir çələngləri xüsusi bir yer tutur. Mən bu şeirlərin içərisində  səmimiyyətin və bir də özünü yazmağın az qalaanatomiyasını görmüşəm və indi də görürəm. Çünki Vaqif müəllim özünün ağıruşaqlığından qaynaqlanıb ana, baba sevgisiylə cilalanan həyatının bütün nöqtələrini  özü kimi, öz halallığı kimi, öz rahat, həzin,həm də bir az adamı kövrəldən səsi və nəfəsi ilə misralara çevirib. Oxuyandapafosu yox, gerçəyi görürsən. Öz uşaqlığında yaşadığını bu gün ona təkraryaşadan nəvəsinin timsalında  izləyəndəbir ömrün kompleksi gəlib durur göz önündə. Zənnimcə bu, Vaqif Bəhmənli ilə mənimkimi oxucu arasında bir işıq yandırır - izahsız, lüğətsiz bir işıq. Üzbəüzoturub dinləyirsən. Vaqif Bəhmənli danışır. Elə efirdə də eyni bir mənzərədi.Vaqif Bəhmənli qonağı olduğu bütün verilişlərdə özündən, öz həyatından, öziçindən danışır. Bu da elə hər şey deməkdi. Zənnimcə, şairlə oxucunun dostolması üçün bu ən yaxşı üsul, ən yaxşı ölçü göstəricisidi.

Mən Vaqif Bəhmənlininson illərdə işıq üzü görən bir kitabını demək olar ki, hər gün oxuyuram.Kitabın adı "Hamı"dı. Mən "Hamı"da məni, səni, bizi, onu,onları, hamımızı gördüm və bu gördüklərimin hamısı bu gün də yanımdadı.Ətrafımda, qarşımda, sözümdə, söhbətimdə, yazılarımda, bir sözlə, içdünyamdadı. Onları mənim iç dünyama tuşlayan insan da təbii ki, məhz mənim içdünyamda oturub onları qarşılayır. Bu qarşılayan da Vaqif Bəhmənlidi. Mən dəVaqif Bəhmənlini qarşılayıram, özü də böyük ürəklə. Çünki iki gündən sonraVaqif müəllim bu dünyamıza 60 yaşlı bir Kişi kimi qədəm qoyacaq. Deməli, bu 60yaşdan 34-ü mənim payıma düşür. Çünki 34-nün müəyyən anlarında mən də olmuşam.Yəqin ki, o 34-ün mən yaşayan hissəsində problem olmayıb. Elə həmin o problemsiz,yəni hər şeyin yerli-yerində olduğu zamana ayrılan vaxta görə Vaqif müəllimə təşəkküredirəm. Üstəlik, 60 yaşın mübarək olsun! - deyirəm. Həm bir oxucu kimi, həm dəiç dünyamın adamları sırasında öz yeri olan bir Kişi kimi.

P.S. Mən "İçimdəolan adamlar" silsiləmdə həyatımın həm də müxtəlif anlarını qeydə alıram,diqqətə çatdırıram. Düşünürəm ki, bu həm də bir mənəvi borcdu. Amma Vaqif müəlliminadına yazdığım bu yazı heç də onun yubileyi ilə, doğum günü ilə bağlıdüşünülmüş, əvvəldən hazırlanmış yazı deyil. Bu, sadəcə bir təsadüfdü. YəniVaqif müəllimlə bağlı olan yazım məhz bu tarixə təyin olunubmuş. Özü də bütünyazıları, yəni qismətləri, alın yazılarını, həyat yazılarını yazan o Uca varlıqtərəfindən. O Uca olan  heç vaxtyaxşıları unutmasın və inanıram ki, unutmur! 

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV