adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 May 2015 15:48
7535
SİYASƏT
A- A+

“FHN icazə versə, yanmış binanın təmirinə başlanılacaq”

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abıtalıbov Azadlıq prospektində yanmış binanın təmir işlərinə başlanılacağını deyib.

Modern.az saytı xəbər verir ki, H.Abutalıbov Fövqəladə Hallar Nazirliyinin (FHN) hazırda binanı müayinə etdiyini bildirib. İndi bina ilə bağlı yekun rəyi FHN verəcək. Əgər nazirlik binanın dayanıqlılığı ilə bağlı müsbət rəy versə, o zaman təmir işləri başlayacaq: "Əgər heç bir problem olmasa, bu həftənin şənbə günündən təmir işlərinə başlayacağıq".

Merin sözlərinə görə, bina tam təmir olunandan sonra sakinlər evlərinə köçə biləcəklər. Mebel, mətbəx əşyaları və digər avadanlıqlarla da təmin ediləcəklər.