adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
19 May 2015 16:08
3346
ƏDƏBİYYAT
A- A+

Xalq şairi Rəsul Rzanın xatirəsi yad edildi

Mayın 19-da XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri - Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı Rəsul Rzanın anadan olmasının 105 illiyi ilə əlaqədar böyük şairin xatirəsi ehtiramla yad edilib, Fəxri xiyabandakı məzarı önünə tər çiçəklər düzülüb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq şairi Fikrət Qoca Rəsul Rzanın həyat və yaradıcılığından danışıb, onun poeziyasının həmişəyaşar olduğunu bildirib.

Mərasim iştirakçıları böyük şairin ilk növbədə, poeziyada özünəməxsus məktəb yaratdığını vurğulayıblar. Onun fədakarlığı və böyük qayğısı sayəsində 60-cılar nəslinin ədəbi mühitdə öz sözlərini deyən aparıcı simalar kimi yetişdiklərini söyləyiblər.

Həmin ədəbi mühitin yetirmələrindən olan Yusif Həsənbəy ustadının gənclərə qayğısından, xeyirxahlığı, vacib məsləhətləri ilə hər zaman onların yanında olmasından, bir insan kimi təvazökarlığından söhbət açıb.

Sonda Xalq yazıçısının oğlu Anar mərasim iştirakçılarına atasının xatirəsini yad etdiklərinə görə təşəkkürünü bildirib.