adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

... iTDiYi üçüN ETiBARSIZ SAYILIR

MƏZAHİR ƏHMƏDZADƏ
35392 | 2011-06-04 07:32
İndi yox, qabaqlar tez-tez rast gəlirdim bu cür elanlara. Pasport, sürücülük vəsiqəsi, digər vacib sənədlər və daha çox tələbə biletləri, zaçot kitabçaları itərdi. Bəlkə indi də itir, indi də bu cür elanlar olur, lap çox olur, sadəcə mən diqqət yetirmirəm.
   
   Sən Vətənə layiq vətəndaş, övlad olmaq istəyirsən, sən ailənə layiq ata olmaq istəyirsən, sən kollektivinə layiq işçi olmaq istəyirsən, sən dostuna layiq dost olmaq istəyirsəng Bütün bunların nəyi pisdir ki? Əlbəttə, hamısı vacib məsələlərdir. Bəlkə də bütün bunlara layiq olmağın özü ən böyük mənsəblərdən, ən böyük var-dövlətdən də qiymətlidir. Ancaqg
   
   İtki bütün mənalarda və həm də əlamət olaraq pis şeydir. Bu itki sənəd-filan olanda yenə elandan-zaddan verib təzəsini əldə edirsən. Başqa itkilərə, ağır itkilərə isə dözmək, onun yoxluğu ilə barışmaq çətin məsələdir, çox çətin bir işdir. Hər bir insanın ömür yolunda yaşanan məsələlərin bu yazıda xatırlanması indiyədək yazdığım ən kiçik köşəmin nüvəsinə keçid olduğunu da bildirməliyəm.
   
   Həyatın müxtəlif dönəmlərində qazanılan rəğbətlər, sevgilər, hətta pərəstiş səviyyəsində münasibətlər sonda böyük dostluğun təntənəsini ortaya qoyur.
   
   Normalda bu cür münasibətlər insanı ucaldır, xoşbəxt edir, çətinə düşəndə ümidləndirir, məqsədə, arzuya doğru ruhlandırır da. Bu gözəl hisslər, münasibətlər heç zaman birtərəfli doğrula, reallaşa bilməz. Hər kəs üzərinə düşən missiyanı layiqincə yerinə yetirməlidir. Vicdanla, namusla, təmənnasız sevgi və hörmətlə.
   
   Son illər çox yaxın və doğma bir adamdan uzaq düşməkdəyəm. Bizi tanıyanlar, onun ucalmasında xidmətlərimi, əziyyətlərimi bilənlər hərdən də soruşurlar ki, filankəslə nədən bir yerdə görünmürsünüz?
   
   Hər dəfə də söhbətin səmtini dəyişməyə çalışıram. Bəzən də həqiqəti deməmək üçün yalan danışmalı oluram. Əslində bu həqiqət çox sadədir. Heç demə həyatımdakı o adam çoxdan itibmiş.
   
   
   
   

TƏQVİM / ARXİV