adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ÖLÜM UÇURUMU

BABƏK YUSİFOĞLU
49335 | 2015-05-18 18:14

Onlarkönüllü olaraq seçdikləri qorxunc səfərə on nəfər yola düşmüşdülər. Çəkinmədən,tərəddütsüz... Qarşıdakı yolları aşıb keçməyin asan başa gəlməyəcəyini, hər cürəngəllərin, müxtəlif maneələrin boy verəcəyini, önlərinə keçilməz sədlərinçıxacağını bilsələr də.

Sözvermişdilər ki, məqsədlərinə çatmaq üçün əllərindən gələn hər şeyi edəcəklər.Nəyin bahasına oursa-olsun, nə özlərini, nə də onların bacaracaqlarınainananları, yaxınlarını, doğmalarını "bacarmadılar" peşimançılığınauğratmayacaqdılar. Axı gənc, inadcıl idilər, qarşıda hələ onları nə qədərsınaqlar gözləyirdi...

Ammaonlarıdan heç biri bilmirdi ki, başladıqları bu səyahət dillərdə dastanaçevriləcək, həm də insanlıq üçün çözülməsi mümkün olmayan bir tapmayacaçevriləcək, on illər boyu üzərində baş sındırılsa da həqiqəti özündə əksetdirən bir məntiqi cavab tapılmayacaq. Hər şey ortada olsa belə yarım əsrlikmüəmma elə müəmma olaraq qalacaq.

Onlaron nəfər yola düşmüşdülər, amma heyətdən bircəciyi geri döndüyü üçün hər şeydoqquzunun başına gəldi...

Bilmirəm,bu haqda eşitmisinizmi? Mən məşhur Dyatlov qrupunun yürüşündən bəhsedirəm...

(Əvvəliqəzetin 5 may sayında)

                                            ÖLDÜRÜLMÜŞDÜLƏRMİ?..

Xeyli təcrübəyə malik xizəkçilər niyə çadırda və ya tonqal qalayıb ətrafındatoplaşmamışlar. Halbuki soyuqdan, şaxtadan qorunmaq üçün onların bütünimkanları olmuşdu. Çadırın divarları nədən bir neçə yerdən kəsilmişdi? Özü dəən maraqlısı da bu idi ki, cadıriçəridən bıçaqlarla kəsilmişdi.Təsadüfən qarşılaşdıqları və ya pusqu qurularaq hansısa kriminal adamlartərəfindən öldürüldüyü də ağılabatan görünmürdü. Nə çadırda, nə də ətrafdadava-dalaş, müqavimət, qan izləri yox idi. Hətta xizəkçilərin şəxsi əşyalarına,ərzaq ehtiyatlarına toxunulmamışdı da.

Ənçox üzərində dayanılan versiyalardan biri dəbu idi ki, onların öz aralarında dərin bir mübahisə baş vermiş, sonraisə olay ölümlərlə müşayət olunmuşdu. Lakin kiçik bir təhlil həmin fikri absurd hala gətirməyə kifayət edirdi. Çünki ilk aşkarlanan cəsədlərlə təxminən birneçə ay sonra tapılan sonrakı meyitlər bir-birindən bir neçə yüz metr aralıdaidi. Belə çıxırdı ki, ölümcül çarpışma fərqli yerlərdə getmiş və sağ qalanolmamışdı. Onda ölümünə gedən çarpışmadan sonra meyitlərin heç birində hərhansı zərbə izinin aşkarlanmaması necə başa düşülməlidi?

Yerliovçular tərəfindən öldürüldüyü variantı da ilk dövrlər xeyli müzakirələrə səbəbolsa da gerçəkləri əks etdirmirdi. Çünki ovçuların vaz keçməsi inandırıcıgörünməyən əşyalara, isti geyimlərə toxunulmamışdı. Belə bir versiya dadanışılırdı ki, onlar bilinməyən səbəblərə görə, xüsusi xidmət orqanları əməkdaşlarıtərəfindən öldürülüb. Onda təbii bir sual ortalığa çıxır: xüsusi xidmət orqanınınəməkdaşları doqquz nəfəri öldürəndən sonra cəsədləri niyə eləcə ortalıqdaburaxaraq çıxıb gediblər. Halbuki onlar geridə heç bir iz buraxmamaq üçün hərşey edə bilərdilər. Xüsusi xidmətorqanlarının əməkdaşları ən azı macəra axtarışına çıxan məsuliyyətysiz gənclər deyillər axı...

                                                  HƏQİQƏT GÖRÜNMÜRDÜ

Bəziləridə söyləyirdi ki, yürüşçülər qar uçqunu altında qaldıqları üçün donaraq həlakolmuşlar. Əvvəla, belə bir uçqununbaş verdiyini göstərən heç bir fakt gözədəymirdi, ikincisi də uçqun altında qalan iki şəxs o vurhavurda paltarlarınıniyə tam şəkildə soyunmuşdular ki?Yaxud, tam isti geyimdə ilan Zinaida ayağındakı valenkaları niyəçıxarmışdı? Bütün bunların bir məntiqivar idimi?

Bununla yanaşı çılpaq halda tapılmış yürüşçülər eləən doğru grünən bir başqa versiyanı da mənasızlaşdırırdı. Belə ki, bəzilərininfikrinə görə xizəkçilər çadırda olduqları zaman həmin ərazidə tektoiniktəkanlar olmuş və dərin təlaşadüşən adamlar çadırı kəsərək tələsik çölə qaçmış və orada donaraq ölmüşlər.

Ondada sual olunur: əynində isti paltarlar olan bir neçə xizəkçi ehtimal edilən həmin tektonik təkanlardansonra sakitcə yoldaşlarına nə üçün köməketməyiblər? Yaxud niyə geriyə qayıtmayıblar?Axı hər kəs bilir ki, zəlzələ ən qısa müddətdə baş verən təbiifəlakətlərdən biridir. Və hər şey onlar üçün yaxşı bitəndən, qorxu və həyəcan çəkiləndən sonra geyimli xizəkçilərində oturub öz ölümlərini gözləməsi heçinandırıcı deyil. Lap belə olsa da sağ qalanlardostlarının ikisini niyə cılpaqsoyundursunlar ki?..

Hamınınhansısa qidadan zəhərləndiklərini və ya hansısa vəhşi heyvanın hücumuna məruzqalmalarını düşünmək də doğrudeyildi. Çünki həm faciənin ümumimənzərəsi, həm də aparılan məhkəmə-tibbi ekspertizasının təhqiqi bunlarıbüsbütün inkar edir. Elə isə bu doqquzgənc yürüşçünün ölümünə nə səbəb olmuşdu? Onlarniyə qəribə vəziyyətdə həyatlarıyla vidalaşmışdılar?

Yerigəlmişkən, onu da vurğulamaq vacibdir ki, diqqətli araşdırmalardan sonra rəsmisənədlərdə dyatlovçuların doqquzunun da donvurmadan öldükləri yazılıb. Məhz ölümün səbəbikimi. Amma niyə? Qarlı-şaxtalı Uraldağlarına yürüşə çıxan təcrübəli adamların şaxtadan, soyuqdan qorunmaları üçünbütün imkanları, isti paltarları, kifayət qədər ərzaqları, tonqal qalamaq üçünhər şeyləri olduğu halda onlar niyə donaraq ölməli idilər ki? Hələ üstəlikqurduqları etibarlı çadırın içərisindədaldalanmaq da mümkünkən…

                                 SAĞ QALANYEGANƏ DOSTDAN MƏDƏT

Təhqiqatqrupu ən son anda dyatlovçulardan ayrılaraq geriyə dönən, Yuriy Yudini də buişə cəlb edərək onun vasitəsiylə hansısa ipucu tapacağına ümid edirdi. LakinYuriy Yefimoviç dostlarından ayrılarkən onların əhval-ruhiyəsinin əla olduğunu, hər birinin sağlam düşüncəyləyürüşə qatıldığını söylədi.

Ekspertlər,ən müxtəlif sahələrin mütəxəssisləri, yüksək təcrübəyə malik alpnistlər bumüəmmanı çözə bilmədi. Hələ də"Dyatlovçular tapmacası” sirr olaraq qalır. Həmin vaxt bəziləri yürüşçülərin yad planetlilər tərəfindən məhvedildiklərini söyləsələr də sovet düşüncə tərzibunları qəti olaraq rədd etdi. İdeoloji prinsiplər bu qənaətlərə yolverə bilməzdi.

Əlbəttə,yad planetlilər haqqında Yer insanının çox şey bilməməsi, davranışları,fəaliyyət prinsipləri barədə məlumatsızlığı belə bir qənaətiformalaşdırırdı. Başqa nədüşünmək olardı ki? Amma faciə məkanındayad, qeyri-adi izlərə, kənar, fərqli görünən elementlərə də təsadüf edilməmişdi...

                                           DOQQUZ NƏFƏRİ UDANUÇURUM

Doqquzinsan həyatını udan Uralın həmin uçurumuna«Dyatlov uçrumu» adı verildi.Əslində isə bu adın düzəlişə ehtiyacı vardı. Çünki həmin yerdə təkcə İqor Dyatlov deyil, 9 nəfər həyatını itirmişdi. Bəlkə də həmin yer eləölüm uçurumu adlandırılsaydı daha düzgün, daha ədalətli olardı. Və qeyd edimki, çoxları elə sövq-təbii şəkildə oranı "Ölüm uçurumu” adlandırır.

Bütünişlər başa çatdıqdan sonra partiya (kommunist partiyası) və hökumət yürüşdəhəlak olanların təttənəli dəfnini öz üzərinə götürmüşdü. İlk təklif beləolmuşdu ki, onlar həlak olduqları ərazidə torpağa tapşırılsınlar və orada birmemorial tikilsin. Lakin dytalovçuların valideynləri, doğmaları bu fikrə qətietiraz etdikləri üçün onları Sverdlovskda dəfn etdilər: səkiz nəfəriMixailovsk, birini isə valideynlərininyanında İvanovsk qəbiristanlığında. Beləcə faciəli bir daşatana çevrilərək uzunzaman dillərdə dolaşan bu sirli hadisə sonluğuna çatdı.

P.S.Ölənlərin şəxsiyyətini ilktəsdiqləyən, əşyalarını tanıyan, təsadüf ucbatından qrupdan ayrılaraq sağ qalan Yuriy Yudin isə uzunillər "Polyus” turist klubun sədrivəzifəsində çalışdı. Və 2013-cü il,aprelin 27-də dünyasını dəyişdi. Özünün vəsiyyətinə görə, onu daMixayılovsk qəbiristanlığında, dostlarının yanında dəfn etdilər.

[email protected]

babekyusifoglu.blogspot.com


TƏQVİM / ARXİV