FİLLƏR MƏNİM DOSTUMDU

ƏBÜLFƏT MƏDƏTOĞLU
62891 | 2015-05-15 17:39

Görünür yaşla, arxada qalan illərləbağlı deyilən fikirlərin canındakı məqamlar həqiqətə söykənir. Çünki insanyaşlaşdıqca onu torpaq çəkdiyi kimi, xatirələr də çəkir və günün müəyyən hissəsidünənlə, arxada qalan illərlə bağlı olur... Ya kimisə xatırlayırsan, ya hansısahadisəni dilə gətirirsən, ya da dünəndən nümunə söyləyib nəticə çıxarılmasınıistəyirsən...

Təbii ki, bu məqamda, bu yerdəinsan öz düşüncəsinin, dərk etməsinin fövqundə dayana bilir. Anlaya bilir ki,onun dünəni, keçmişi hara bağlıdır və bu günə hardan başlayıb gəlibdi. Nə vaxtki, bu anlayış baş verir, bu bağlılığa ehtiram göstərilir, onda gələcək sənitopa tutmur. Çünki sən keçmişinə güllə atmırsan...

Bəli, neçə gündür ki, birfikri özümlə gəzdirirəm. Bu fikir gecəmin,gündüzümün şərikinə çevrilir. O məşhur əsərlərimizin birində deyildiyi kimi, nəqədər çalışsam da meymunu yadımdan çıxara bilmirəm. Ona görə də istədiyimi, yənio fikrin mənə diktə etdiklərini yazmaqda çətinlik çəkirəm. Bir az da konkretsöyləsəm, bu çətinliyin mayasında mənim necə qəbul olunacağım, yazdıqlarımınnecə qarşılanacağı dayanır. Axı, indiqaşınmayan yerdən qan çıxarmaq, öküzün yanında bala axtarmaq və yaxud da istiaşa soyuq su calamaq çoxlarının peşəsinə çevrilib. Onların çörəyi belə şeylərdənçıxdığına görə, suyu necə deyərlər, üfürə-üfürə içmək, ən vacibi isə öz gözündəkitiri görmək daha önəmlidir. Zənnimcə, bunu görə bilən kəsin heç vaxt başıağrımaz. Bunu günün reallığı kimi qəbul etsək, onda siz də mənimlərazılaşarsınız. O ki, qaldı özümlə gəzdirdiyim fikrə...

Təqribən ilin əvvəlləri idi. Həyatımdaönəmli yeri olan içimdəki adamlardan biri sözarası vurğuladı ki, bizim görüşyerimiz "fillərin qəbiristanlığıdı". Doğrusu, həmin fikrə dərhalreaksiya verə bilmədim. Çünki nə dediyini, nəyə işarə vurduğunu ilk anda fəhmedə bilməmişdim. Üstündən bir xeyli vaxt keçdi, mən öz-özümə hardansa yadımadüşən o sözün, fikrin üzərinə qayıtdım.Sanki kimsə məni silkələdi. Kimsə mənə dedi ki, bu sözün alt qatı var. Ən azındanona görə ki, məmləkətimdə fil adlı bir canlının mövcud olduğunu, hardasa rast gəlindiyininə oxumuşam, nə də eşitmişəm. Ona görə də bir söz adamı kimi həmin o fikrinbaşına ip salıb dalınca getməyə başladım. Və...

Günlərin birində yolumu şəhərimizinməşhur istirahət guşələrindən birinə saldım. Bu da səbəbsiz deyildi. Məhz həmindostumla görüşmək istəyirdim. Əvvəldən də mənə məlum idi ki, həmin istirahətparkı onların səhər-axşam gəzinti yeridi. Yaxınları ilə, doğmaları ilə, həmkarlarıilə həmin parkda gəzir, söhbət edir, arada vaxt tapıb nərd də oynayır, çay da içirlər. Ona görə dəbirbaşa istirahət parkına yollandım. Yanılmamışdım. O, tanışları ilə birlikdəparkda gəzirdi. Yaxınlaşdım, öpüşübgörüşdük, hal-əhval tutduq. Sonra məni yanımdakı insanlara təqdim etdi. Onlarada əl uzatdım... onları da mənə təqdim etdi. Məhz bu təqdimatda ağlımda sankibir şimşək çaxdı. Deyəsən özümlə gəzdirdiyim fikrin hara işarə olunduğunu artıqanlamağa başlamışdım. Çünki...

Bu məqamda mütləq həmin o fikrintəsiri ilə qələmə aldığım misraları təqdim etməliyəm. Çünki yeri və məqamıdı.Oxusanız siz də bu misraların yerinə düşməsi ilə razılaşacaqsınız.

Qış ötəcək, yaz olacaq bilirəm

Fəsillərin düzümüdü bu belə...

Sevgin artıb, azalacaq bilirəm -

Min illərin süzümüdü bu belə!..

Axar varsa axacaqdı nə isə

Alov varsa yaxacaqdı nə isə!..

Hərə bir cür baxacaqdı nə isə -

Bir fikirin çözümüdü bu belə!..

Daş daş ilə çiyindaşdı qoy olsun

Odlanmamış çiyin daşdı, qoyolsun...

Yerin daşdı, göyün daşdı qoy olsun-

Daş ömürün dözümüdü bu belə!...

Bir yarpağın yanağında yüz xalı

Ötür onu bir gözəlin üz xalı...

Heç gəlmədi Əbülfətin düz xalı -

Öz yazısı, öz ömrüdü bu belə!..

***

Dostumun mənə təqdim etdiyi kişilərinhamısı cəmiyyətin tanıdığı adamlardı. Onların arasında nazir müavini vəzifəsinəqədər yüksələn, icra başçısı olan, komitə idarə edən, ən azı "JEK"müdiri vəzifəsindən təqaüdə göndərilən şəxslərə qədər hər kəs var. Buinsanların bir qismi yaşla bağlı vəzifəsinə əlvida deyib, bir qismi yol verdiyinöqsanlara görə, bir qismi də səhhətiylə bağlı... Deməli, bu adamlar məmləkətinmüəyyən zaman kəsiyinin onların nəbzi ilə bərabər döyünməsinə, eləcə də onlarınişarələri ilə müəyyən sahələrin idarə olunmasına qədər çeşidli vəzifələr idarəediblər. Xidməti maşınları da olub, dövlət telefonları da, katibləri də, səlahiyyətləridə... Üstəlik şərəflərinə məclislərdə ayaq üstə badə də qaldırıblar... Onlaryubananda məclis, mərasim öz işinə başlamayıb...Onlar durub getməyincə ziyafəttamamlanmayıb... Hətta onların olduğuyerdə kimsə qərar verə bilməyib...Olsa-olsa müəyyən təkliflər səslənib... Bu daonlara yaxın şəxslərin dilindən...

Hə, yəqin siz də anladınız. İdarəçilikbir şahmat taxtasıdı. Onun üzərində müxtəlif fiqurlar var. Demək, bu adamlar həminşahmatın filləri imiş. İndi bu fillər artıq şahmat taxtası üzərində deyillər.Onların gedişləri dayandırılıb....Onlar əvəzlənib... Və nəticədə onlar bir-birlərinibu istirahət parkında tapıb qalan ömürləriniburda yaşayırlar, burda keçirirlər, burda dünənə, bu günə, sabaha qiymət verirlər.Bu parka gələnlər həmin o fillərdən zaman-zaman qopub ayrılır və onlardan əbədiyyətəyolçuluq edənlər də olur. Məhz bu mənada mən indi dostumun nəyə işarə vurduğunuanladım. Başa düşdüm və gördüm ki, burdakı fillərin sırası necə seyrəlir. Onlaroyunlarını başa vurmuş fillərdi. Ona görə də burdan ancaq son mənziləyollanırlar...

Bəli, bura fillər qəbiristanlığıdı...Amma həm də bura fillərin görüş yeridi... Mən bu iki fikri eyni məqamda dilə gətirirəmvə hər kəs də yaxşı bilir ki, yeganəcanlılardan biri fillərdi ki, ölümlərini öncədən duyur və öz qəbiristanlıqlarınaöz ayaqları ilə gəlir, orda diz çöküb ölümə təslim olurlar...

Qəribə və maraqlı sonluqdu. Şəxsənmən fil ömrü və fil ölümü barəsində düşünəndə həmişə kövrəlirəm, mütəəssiroluram.

Özümdən asılı olmadan bu ömrün özəlliklərinədaxilən bir həsəd hissi keçirirəm. Amma hər kəsin öz ömrü olduğu kimi, öz ölümüdə var. Ona görə də həsəd hissi keçirməyə dəyməz və yaxud da olmaz. Hər halda,mən indi tam səmimiyyətimlə və bir az da dəliqanlılıqla deyə bilərəm ki, fillərmənim dostumdu. Çünki...

Külək belə əssə yarpaq qopacaq-

Üz-gözü xallanıb, həm dəsaralıb...

Ayağım altından torpaq qopacaq

Başım dumanlanıb, nəfəs daralıb -

Vallah yıxılacam mən öz içimdən...

Üşüyən əllərim isti əl gəzir

Göynəyən dodağım öpməyə yanaq...

Təklik göz görəsi canımı əzir

Sınacaq başımda mənim bu çanaq-

Vallah yıxılacam mən öz içimdən...

Sözümü deyirəm gülüş doğurur

Arzum dəfn edilir - səssiz,duasız...

Yazdığım hardasa bəlkə oxunur-

Özümsə ortada evsiz, yuvasız-

Vallah yıxılacam mən öz içimdən...

Qurduğum xəyaldan asılıb hər gün

Tamarzı qalıram addım səsinə...

Oyuncaq sandığın mənasız ömrün -

Sən çətin çatasan son nəfəsinə-

Vallah yıxılacam mən öz içimdən...

***

Bu yazını bilgisayara diktə edərkənağlıma belə bir fikir gəldi ki, görəsən insan öz sonunu, xüsusilə səlahiyyətsahibi olan Allah bəndəsi səlahiyyətinin bitəcəyi gündən sonrakı məqamı heçdüşünürmü? Ümumiyyətlə, bu barədə nə isə ağlından, ürəyindən keçirirmi? Vəyaxud ona məhz həmin o səlahiyyətdən sonrakını xatırladana qarşısındakınaçımxıranda, sayqısızlıq göstərəndə sonra üz-üzə necə gələcəyini, necəqarşılaşacağını, ona hansı münasibətin göstəriləcəyini bir anlıq da olsa kinolenti kimi, günün gerçəyi kimi gözünün önünə gətirirmi?.. Ola bilsin ki, mənimvurğuladığım bu suallar, qabartdığım bu məqam ritorik xarakter daşıdı, kiməsəistehza bəxş etdi, kimsə məni bu məntiqə görə qınadı... Mən bütün bunları təbiiqəbul edirəm. Çünki mənim suallarımın cavabı bu gün üçün havadan asılı qalıb.Elə bir boşluqdadı ki, onu hamı görür, amma ona heç kim toxuna bilmir. Bunun dasəbəbi həmin o səlahiyyətdədi, orda axtarılmalıdı. Nə qədər ki, səlahiyyət var,o cavabı heç kim ortaya qoya bilməz. Kimsə də cəhd edib ortaya qoysa, xoş üzlə,xoş sözlə qarşılanmaz. Ən çox da yarınanlar, yaltaqlananlar, dəsmal gəzdirənlərtərəfindən...

Bax, bütün bu sual-cavabın, bütünbu düşüncənin, bütün bu gerçəkliyin içərisində bir orta nöqtə var. Ona mərkəz dədemək olar, dayaq nöqtəsi də!.. Amma burada adın əhəmiyyəti yoxdu. Yəni ad hərşeyi həll eləmir. Əsas məsələ odur ki, onöqtə var. Bu nöqtə səlahiyyətin bitdiyi yerdi. Ordan sonra yeni sətirbaşlayır. Bax, bu sətrin necə başlayacağı o nöqtəyə qədər bəlli olmalıdı, müəyyənləşməlidi.Çox təəssüf ki, çoxları nəinki o nöqtəyəqədər, hətta o nöqtəni bir xeyli keçəndən sonra da özlərini, öz kimliklərini,öz yerlərini olduğu kimi etiraf edə bilmirlər. Təbii ki, bunun ağrısını, bununtəpkilərini onlar özləri daha çox yaşayır, amma bu, arzu olunan deyil.Doğrudur, bəzən deyirlər ki, əkdiyini biçərsən. Amma bir insanlıq deyilənanlayış da, məqam da var. Kimsə ya bilərəkdən, ya səhvən gərəksiz, lazımsız,ehtiyac duyulmayan, ümumiyyətlə faydası olmayan bir nəsnəni əkibsə, onu da biçməsinərazı olmaq, göz yummaq heç də doğruolmaz. Çünki o, artıq əkəndə öz günahını işlədibdi. Heç olmasa biçəndə onayardım göstərmək, onu doğruya, gərəkliyə tərəf çəkmək Allaha da xoş gedər, bəndəyədə. Nə bilim, bu mənim özəl düşücəm vəözəl yanaşmamdı. Heç vaxt arzu etməmişəm ki, kimsə etdiyi günahın cəzasınıartıqlaması ilə çəksin. Sadəcə, içimdən gəlib keçib ki, kaş günahkar günahınıanlasın. Məncə bu, kifayət edər. O ki, qaldı fillər məsələsinə...

Bəli, mən bu yazınıyekunlaşdırarkən hardansa yadıma gənclik illərimizin, daha doğrusu, sovet dönəminin"bərk gedən" hind filmləri duşdu. O məşhur hind filmləri arasındamaraqla izlədiyimiz bir bədii film də var idi. Yəqin ki, baxmısınız, izləmisiniz.Film belə adlanır:

- "Fillər mənimdostumdu!"

Doğurdan da bu gün fillər mənimdostumdu və mən onlarla həmin o istirahət parkında gəzəndə həm yoldaş kimi, həmqəzet işçisi kimi söhbətlərini dinləyib maraqlı xatirələrinə qulaq asıb neçə-neçəmətləbi yenidən anlayıram, yenidən sanki bir həyat dərsi keçirəm, bir məktəboxuyuram. Və görürəm ki, insanların böyük əksəriyyəti həm ətrafı görür, həm dəözlərini. Məncə bu, çox böyük və müsbət bir haldı. Deməli, həyatın, dahadoğrusu, səlahiyyətin bitdiyi nöqtədən sonra başlayan həyatın maraqlı,oxunaqlı, öyrənməli səhifələri də var. Bunu sadəcə oxumaq lazımdı. Lap sadəcəbu oxumağı istəmək, arzulamaq lazımdı. Onda fillərlə dost olduğuma görə siz mənidə başa düşəcəksiniz.

Əbülfət Mədətoğlu

TƏQVİM / ARXİV