adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 May 2015 14:37
34357
AVTOMABİL
A- A+

Azərbaycana gətirilən avtomobillərin sayında azalma var

 Bu ilin yanvar-aprel aylarında Azərbaycana 12 890 ədəd avtomobil idxal olunub.

Adalet.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 842 avtomobil və ya 2,1 dəfə azdır.
 
Belə ki, ölkəyə gətirilən avtomobillərin 303 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 11 740 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 645 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 112 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.