Allah-Təala hər hansı insanı yaradanda əvvəlcə onun alın yazısını müəyyənləşdirir və sonra da ona ömür verir. O ömrün nə vaxt bitməsi və insanın dünyasını dəyişməsi Ulu Yaradanın ixtiyarındadır. Heç bir insan nə vaxt dünyasını dəyişəcəyini yəqin edə bilməz. Ən azından ona görə ki, insan Allah deyil...
Deyirlər ki, hər hansı alqış adamın ömrünü uzadır. Yəni bir adam işıqlı, nurlu və əltutan insandırsa, yaxşı əməlinə görə çoxları ona alqış deyir. Eyni zamanda, elə adamlar var ki, ömrü boyu ev yıxmaqdan, pislik etməkdən, kiminsə çörəyinə bais olmaqdan əl çəkmir. Belələrinə isə həddindən çox qarğış edilir. Deyilir ki, Allah filan mərdiməzarın evini yıxsın, başına daş salsın. Bu iki fərqli münasibətlərdə çox qəribə təzadlar yaşanır. Heç kim deyə bilməz ki, filankəs ona görə çox yaşayır ki, onun ömrünü uzadan insanların alqışlarıdır və eləcə də heç kim onu da deyə bilməz ki, bəhmənkəsə qarğış olundu və qarğış onu tutdu, o da dünyasını dəyişdi...
Bəzən görürsən ki, hər hansı insan Allahın əmri ilə dünyasını dəyişirsə, yaxud da avtomobil qəzası zamanı həlak olursa, həmin insana düşmən münasibət bəsləyən başqa bir adam bu ölümdən sevinir və təsəlli tapır. Çox qəribədir, insan da insanın ölümündən və dünyasını dəyişməyindən təsəlli taparmı?! Amma görünür, bu cür ölümlərdən təsəlli tapanlar, sevinənlər var. Onlar sevinirlər ki, xoşlamadıqları, ya da loru dildə demiş olsaq, onların düşmənləri rəhmətə getdi, bununla da həmin adam qisasını aldı.
Belə bir rəvayət var. Günlərin birində bir-biri ilə düşmənçilik edən adamlardan digəri öz əcəli ilə rəhmətə gedir. Onun rəhmətə getməsini ilk növbədə digərinə düşmənçilik bəsləyən kişinin oğlu eşidir. O sevinə-sevinə və qaça-qaça gəlib atasına deyir ki, bəs sənin düşmənin var idi, o öldü. Uşaq bir neçə dəfə sevincindən atılıb-düşür və deyir ki, tay atamın düşməni olmayacaq. Uşağın hərəkətlərinə diqqətlə fikir verən kişi ondan soruşur:
- O düşmənimizi sən vurub öldürün?!
Uşaq:
- Yox ata, həmin adam öz əcəli ilə ölüb...
Kişi diqqətlə uşağına baxır və deyir:
- Əgər düşmənimizi sən öldürsəydin buna sevinməyə dəyərdi. Öz əcəli ilə ölübsə, ay oğul, ona heç vaxt sevinmək olmaz. Çünki o ölüm günlərin birində mənim də qapımı döyə bilər və evimizdən birini aparar...
Atasının sözləri uşağı bərk tutur və uşaq yenidən atasına deyir:
- Axı sən onunla qan düşməni idin?!..
Ata:
- Sənə dedim, bu ölümün o birisinə heç bir dəxli yoxdur. Qulağında sırğa kimi yaxşı-yaxşı yadda saxla. Hətta düşmənin də ölümünə sevinmək olmaz...
Beləcə, insanlar hər şeyi yaxşı-yaxşı dərk etməli, duymalı və fikirləşməlidilər. Fikirləşməlidilər ki, Allah-Təalanın verdiyi ömrü əgər Ulu Yaradan özü bəndəsindən alırsa, bunun üçün heç vaxt həmin adam düşmən olsa belə, sevinmək olmaz. Və bir də insan ölümünün heç vaxt başqası üçün təsəlli ola biləcəyini təsəvvür etmək çox ağlasığmaz bir işdir. Əgər bir adam dünyasını dəyişirsə və haqqın dərgahına qovuşursa, buna görə insan nə üçün təsəlli tapmalı və sevinməlidir?! Qardaşlar, qohumlar, insanlar heç vaxt insan ölümünə sevinmək olmaz. Ona sevinənləri heç də yaxşı şey gözləmir!!!
***
Həmişə Avropa və Dünya çempionatları üzrə keçirilən futbol yarışlarına böyük maraqla baxmışam. Başqa sözlə demiş olsam, futbola baxanda və gözəl oyuna tamaşa edəndə dincəlmişəm. Dünyanın ən güclü klublarından olan "Barselona"nın, "Real Madrid"in, "Mançester Yunayted"in, "Çelsi"nin, "Livelpul"un... oyunlarını maraqla izləmişəm. Bu dəfə Füzuliyə, doğma kəndimiz Böyük Bəhmənliyə gedəndə elə evə təzə çatmışdım, dedilər ki, futbol stadionunda möhtəşəm oyun gedir. Burda Böyük Öndən Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri start götürüb. Evimizin yanında olan stadionda uşaq vaxtı o qədər top qovmuşuq ki. Vaqif Bəhmənli, Şirxan Adıgözəlov. Həsən Əliyev, İldırım Məmmədov, Mehman Məmmədov... komandamızın yaxşı futbolçularından idi. İndi onlar hərəsi bir yerdə mövqe tutub, hörmət qazanıblar... Nə isə. Stadiona getdim gərgin futbolun şahidi oldum. Hətta ağsaqqal adamlar Böyük Bəhmənli ilə Kərimbəyli kəndlərinin futbol komandalarının görüşünə elə maraqla baxırdılar ki, sanki "Real Madrid"lə "Barselona" oynayırdı. Kənd futbolçuları isə özünəməxsus oyun göstərmək istəyir, hücuma keçir və topu qapıya vurmağa çalışırdılar. Düzdür, böyük futbolun ləzzətini bu görüşdə almaq olmurdu. Amma bu oyunda da özünəməxsus bir özəllik var idi. 90 dəqiqə çəkən görüş heç-heçə - 2:2 oldu.
Futbolçular isə lap yorulub əldən düşmüşdülər. Oyunu idarə edən hakimlərin təcrübəsiz olmasına baxmayaraq, hər şey sakitliklə başa çatmışdı. Müğənni, bəstəkar və şair Məmmədhəsən Bəhmənli isə sevinə-sevinə deyirdi ki, nə yaxşı bu dəfə bizimkilər kərimbəylilərə uduzmadı. Özü də futbola baxanda ləzzət aldıq. Sanki bizim uşaqlar da avropalılar kimi oynamaq istəyir, texnika göstərir və sürətli oyuna üstünlük verirdilər.
Mənim bibim oğlu Tehran Süleymanov isə 50 ilə yaxındır futbolun içindədir. Elə çox vaxt onu Bəhmənli futbol komandasının məşqçisi kimi tanıyırlar. Çünki Tehran futbola bağlı adamdır. Yaşı 60-ı haqlasa da, elə bil ki, cavan uşaq məhəbbəti ilə futbola böyük maraq göstərir. Füzuli rayon İdman Komitəsinin sədri Adil Ələsgərovla da yarış keçirilən stadionda tanış olduq. Adil müəllim deyir ki, mən səni yaxşı tanıyıram. Milli Məclisə seçkilər keçiriləndə sən Aqil Abbasın vəkili idin. Üstəlik də xeyirdə-şərdə tez-tez görürəm səni. Vaqif Bəhmənli də sənin haqqında çox şey danışıb. Bir sözlə, mən səni çoxdan tanıyıram. Bu qısa söhbətdən sonra Adil müəllim Füzulidə idmanın inkişafı ilə bağlı görülən işlərdən danışır. Deyir əvvəllər bizdə "Ərgünəş" futbol komandası olub. Sonradan o komanda dağıldı və futbolçular hərəsi bir yana getdi. İndi ölkənin məşhur futbol klublarında 20-ə yaxın Füzulidən olan futbolçu oynayır. Sadəcə olaraq, bizə yaxşı bir sponsor lazımdır ki, Füzulinin yeni komandasını yaradaq və ölkə birinciliyində çıxış edək. İnanın, bizdə o qədər istedadlı futbolçular var ki! Sadəcə olaraq, onları tapmaq, onlarla işləmək və bu uşaqları böyük futbola gətirmək lazımdır. Sponsor olarsa, dediyim məsələləri həll etmək su içmək kimi bir şeydi. Böyük Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turnirində rayonun 12-i komandası iştirak edir. Bunların arasında Böyük Bəhmənlinin, Kərimbəylinin, Horadiz şəhərinin, Mahmudlu-1-in futbol komandaları daha yaxşı oyun göstərirlər. Ümumiyyətlə, bu cür turnirlərin təşkil edilməsi ölkədə idmanın inkişafına təkan verir, gənclərin sağlam həyat tərzi sürməsinə əlverişli şərait yaradır. Bundan gözəl nə ola bilər?!
***
Mən yazılarımda dəfələrlə insanların bir-birinə etibarsızlığı ilə bağlı məsələlərə toxunmuşam. Bir daha bir fikri xüsusilə vurğulamışam ki, insanın xoş günü, firavan həyatı olduğu kimi, çətin anları, ağır məqamları da var. Etibarlı dostlar, sədaqətli insanlar xoş gündə olduğu kimi, ağır anlarda da dostunun yanında olur, ona dayaq durur və bir sözlə, həmin adamın dərddən boğulmasına imkan vermir. Bu cür çətin anlarda insanın bir xoş sözə, bir xoş təsəlliyə, bir mehriban münasibətə və ən nəhayət, dost sədaqətinə böyük ehtiyacı var. Elə ki, bu ehtiyac, bu qayğı kim tərəfindənsə həyata keçirilirsə, bax onda həmin insan həyata yenidən qayıdır və dostuna bir daha minnətdarlıq edir.
Bu yaxınlarda bir insanla tanış oldum. Onu da mənimlə çoxdan tanıdığım dostlarımdan biri tanış elədi. Təsadüfən çay içirdik və həmin adam da gəlib çıxdı ora. Sonra söz sözü gətirdi, söhbət söhbəti, həmin adamın ürəyi açıldı və qəlbindəkiləri çay süfrəsi arxasında bizə danışmağa başladı. Dedi ki, mən həmişə qarnımı deyil, adımı güdmüşəm və özümü də dost-tanışın yanında sadə aparmışam. Elə vaxt olub ki, pulumu balta kəsməyib, böyük imkanlarım olub, imkansız dostları axtarıb tapmışam və bacardığım köməyi etmişəm. Mənim yanımda heç kim yeməkxanada, restoranda çörək yeyəndə, çay içəndə əlini cibinə salmağa qoymamışam. Heç kimin xəbəri olmadan yeməkxananın arxa qapısına keçib süfrəmizə nə gətirilibsə hamısının haqq-hesabını vermişəm.
Elə oldu ki, ticarətlə məşğul olduğum üçün arada bankrota düşdüm. Yəni pullarım əlimdən çıxdı və müflisləşdim. Həmin vaxtı da özümü qərib hiss edirdim. Gedib çayxanada otururdum, yeməkxanada əyləşirdim, həmişə də ətrafıma yığışan dostların biri mənim yanıma gəlmirdilər. Onlar kənar stolda əyləşir, deyib-gülür, mənim isə içimi dərd yeyirdi. Elə olurdu ki, həftədə bir-iki dəfə həmin çayxanaya gedirdim və dostlarımı da orda görürdüm. Biri yaxınlaşıb demirdi ki, niyə qanın belə qaradı, niyə dilxorsan?! Bunlar cəhənnəmə, adicə çay içində biri gəlib stolumda əyləşmirdi...
Günlərin birində yavaş-yavaş özümə gəlməyə başladım, ticarət işlərini qurdum və yenidən pul qazandım. Ancaq bundan dostlarımın xəbəri yox idi. Yenə gördüm ki, həmişə oturub-durduğumuz və çörək yediyimiz yeməkxanada onlar bir yerə yığışıblar. Mən də tək stolda əyləşmişdim. Həmin dostlardan birini zorla stoluma dəvət elədim. Gəlmək istəmirdi. Təkidlərimdən sonra mənə yaxınlaşdı. Özümü saxlaya bilməyib dişimin dibindən çıxanları həmin dosta dedim. Dedim ki, illərlə çörək kəsmişik, dostluq eləmişik, çətinə düşdüyümə görə biriniz mənə yaxınlaşmadınız, məni tək qoydunuz. Amma mən heç kimin qarşısında əyilmədim və qürurumu qorudum. Sizə görə kişilik də, namus da, qeyrət də puldan asılıdı. Əgər kişiklik, namus, qeyrət, pul ilə ölçülürsə, nə qədər desəniz yenə pulum var. Əlimi pencəyimin döş cibinə salıb ordan bir paçka yüzlük dollar çıxardım və həmin pulu stolun üstünə çırpıb dedim:
- Kişilik budur?! Əgər kişilik budursa, tay mənim heç kimə sözüm yoxdur...
Pulu görən kimi dostumun gözləri işıldadı. Kənar stolda əyləşən köhnə dostların da gözləri parıldadı və hamısı bir ağızdan dedi: "Şaka yaşayır. Şaka yaşayır...". Onlar yenidən mənim stolumun ətrafına yığışdılar. Öpüşün biri bir qəpik olmuşdu. O öpürdü, bu öpürdü. Bilirdilər ki, yeyib-içməklərinin pulunu verəcəyəm. Xidmətçini çağırıb onların nə qədər yeyib-içdiyini soruşdum. Xidmətçi dedi ki, 8 nəfərdilər. Kabab da yeyiblər, araq da içiblər, soyuq qəlyanaltıdan da istifadə ediblər. Hamısı bir yerdə 150 manat eləyir. Onların pulunu ödəyib yeməkxanadan çıxdım. Həmin uşaqlar isə arı şirəyə gələn kimi dalımca düşdülər...