adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

TOFİQ ABDİN
23916 | 2012-11-24 12:57
(Hörmətli oxucular! İki həftəlik proyektimizə ara veririk. Əməkdaşımız, sevimli yazarımız Oqtay Salamovun vaxtsız dünyasını dəyişməsi nədəniylə olan bir şeydir bu. Unudulmaz Oqtay Salamov haqqında ikinci yazımızı sizə təqdim edirik)

YAZAR OQTAY

SALAMOVUN SƏSSİZ ÜSYANLARINDAN

BİRİ - 2



...Bəlkə də dəfələrlə ələ alınan, bir çox jurnalist və yazar tərəfindən işlənən bir mövzu, Oqtayın yazar baxışı ilə tamamilə fərqli və iç acıları ilə dolu.Yazı belə adlanır:

ARTMALI KOMMUNALIN NƏYİDİR?

Bəri başdan deyim ki, Oqtay Salamovun çox ləziz bir yazı üslubu vardı ki, mən bilən Oqtay müəllim yazını yazmırdı, onu klavyeyəyə danışırdı və klavye həmin danışığı birbaşa içinə alırdı, ekrana axırdı. Bunu ona görə deyirəm ki, Oqtayın yazıları çox asanlıqla oxunurdu. Çox axıcı bir üslubla, bəzən çox dağıdıcı bir davranışla yazını ələ alırdı və bütün bu məqamları yazının içinə necə yerləşdirirdisə dağıdıcılıq da, axıcılıq da, ləzizlik də həmin yazının içində çox oxunaqlı bir üsluba qovuşub oxucunu özünə çəkirdi.

Oqtay Salamovun yazılarının bu qədər insani və bu qədər ağrılı olmasının bir ucu məncə onun sənət dünyasından jurnalistikaya gəlməsiydi. Burada bir yanlışlığım varsa, məni əfv etsinlər və mən bu qənaətdəyəm ki, Azərbaycan jurnalistikasında ən gözəl qələm sahibləri məhz başqa sahələrdən gələnlərdir və jurnalistika fakültəsi yaranandan bəri özünü doğrultmayan qələm sahibləri verməkdədi bu məmləkətə. ( istisnalar yox deyil!!!!).Oqtayın yazılarındakı dinamikada və şirinlikdə onun insani keyfiyyətlərinin rolu az deyildi. Bu kənardan bir müşahidənin sonucudur, onunla işləyənlər onu daha yaxşı bilmiş olarlar. Bu yazı üslubu təkcə Oqtayın sənət haqqında yazılarında deyil, ümumiyyətlə bütün yazılarında diqqəti çəkirdi. Mən hər zaman onun yazılarının içində fırlanıb ürəkaçan bir fikrin və deyimin olduğunu tapırdım və onun toxunduğu məsələlər BU KAR DÜNYANIN qulaqlarından yan keçsə də, bir təəssüf və etirazın o yazıların içində olduğu qaçınılmaz olurdu.

Yaşamın ən xırda məsələlərindən (ən böyük şeylər də məhz elə bu xırdalıqlardan başlanır) yazanda belə Oqtay müəllim həqiqətən çox axıcı bir dilə sahibdi və axıcı bir uslübda düşünürdü ki, istər-istəməz bu qənaətə gəlirdin ki, o yazını məhz özü-özüylə danışaraq yazır. Bu da çağdaş yazı tərzində ən vacib şərtlərdən biridir. Rəhmətlik şair İsa İsmayılzadə mənim yazılarım haqqında danışanda bir fikir söyləmişdi: Mən Tofiqin yazılarında onun səsini eşidirəm.

Mənim üçün çox böyük dəyər idi bu.

Və məhz Oqtay müəllim də heç zaman akademikliyə can atmır və bu da onun yazılarının üstünlüyünü saxlayırdı.

Məni bu sətirləri yazmağa, özü də kədər dolu bir ovqatla yazmağa məcbur edən,vəzifə borcu və yazı yazmaq iştahı deyil. Heç şübhəsiz Oqtayın haqqında danışdığım yazısı bir çoxuna adi görünə bilər. Bunun belə olacağına mən tam əminəm. Amma mənim içimin səsi olaraq bu yazı adiliyin yüksək nöqtədən ifadəsiydi ki, həmin yazıya mənim çox xırda bir qeydim var: təəssüf ki, bu yazı elə bir məqamda yazıldı ki, həmin məqamlarda haqlı-haqsız bir nazirin ünvanına fikirlər baş alıb gedirdi. Burada başqa yol da yoxdu, çünki Oqtay Salamovun da yazısı məhz ona müraciətlə yazılmışdı.

Yazıdan sitat: "Deyəsən, nəsə iy duyublar, iqtisadi inkişaf naziri Heydər Babayev son günlər jurnalistlərin mövzu qəhrəmanına çevrilib. Gah onun istefa ərizəsi yazdığını deyirlər, gah biznesini Azərbaycandan kənara çıxardığını yazırlar, gah onu da sələfinin aqibəti gözlədiyini proqnozlaşdırırlar; bir sözlə, Heydər müəllim hərtərəfli müzakirə obyektinə çevrilib. AMMA MƏNİM O KİŞİYƏ İQTİSADİ İNKİŞAF NAZİRİ KİMİ HEÇ BİR QEYDİM, İRADIM YOXDUR, MƏNİM İQTİSADİYYATIMIN İNKİŞAFI AQİL ABBASDAN DAHA ÇOX ASILIDIR, O DA HƏLƏ İNKİŞAF ELƏMƏMƏYƏ SÖZ VERİB". ( Ayrıntı bizimdi).

Poetik jurnalistika buna deyirlər.

Yazı budur!

Ancaq bunu anlamaq çox zor, atam oğlu qardaşım!!!!!!!!!!!

Oqtay Salamov davam edir: "Heydər Babayev həm də Tarif (qiymət) Şurasının sədridir və qiymətlərin rəsmi artımı onun imzası ilə təsdiqlənir. Bu dəfə də Şura sədri kommunal xidmətlərin qiymət artımının qaçılmazlığından danışıb. Siz məni qınamayın, nə qədər beynimi zorlayıram, bizdə "kommunal xidmət" anlayışının nə olduğunu başa düşə bilmirəm ki, bilmirəm. Məni lap anlamaz sayıb barmaq hesabı başa salmaq üçün deyə bilərsiniz ki, əgər tualetinə su gəlirsə, sonra da unitazdan axıb gedirsə, liftin işləyirsə, qazın gəlirsə, blokunda işıq yanırsa... bunlar hamısı kommunal xidmətdir. Bəli, bunların hamısı bizdə də var və bu kommunal xidməti mən özüm-özümə, ailəmə göstərirəm. Yəni turbanın da pulunu özüm verirəm, ustanın da pulunu özüm verirəm, lampanı da özüm alıram, zibil maşınına, liftin təmirinə pul yığımında fəal iştirak da eləyirəm. Allah və JEK şahiddir ki, evpulunu da verirəm. Birinci, evimi hələlik yıxmadığı ilə, ikinci isə pulu ödədiyim haqda verdiyi qəbzlərlə bunu təsdiq eləyir. Yaxşı, siz hansı xidmətin qiymətini artırmaq istəyirsiniz? Ümumiyyətlə, məndən evpulunu nədən ötrü alırsınız? Sənəddə nə yazmısınız bilmirəm, amma barmağınızı qatlayın görək, damın təmirində bir çöpünüz olub, blokun təmirində bir qram emusiyanız, boyanız olub, liftin mühərrikini dəyişəndə bir ustanız dəstək verib, ya bir qəpik pul xərcləmisiniz? Suyu qrafiklə verdiyiniz üçün məcbur olub cibimin pulu ilə dama bak quraşdıranda, evimi təmir eləyəndə məndən pul istəyirsiniz. Təmirdən sonra yaranmış zibili daşımaq üçün özüm zibildaşıyanlara əlavə pul verirəm... Siz məndən hansı xidmətin pulunu istəyirsiniz?"

SİTAT BİTİR!

Dəhşətli dərəcədə çox haqlı bir sualdır (amma bura bir ədaləti əlavə edim: bir ölkənin naziri bu işlərlə məşğul olmamalıdır. Bunu Oqtay müəllim də bilir.) Və bu sualın cavabını axtaran Oqtay Salamovun içindəki ağrını mən öz ağrım kimi hiss edirəm və bir ona təəssüf edirəm ki, bir millət olaraq biz hələ də bu çox kiçik, amma millət üçün çox dəyərli məsələlərlə məşğuluq və bu minvalla dünya millətləri sıralarına can atırıq.

Təəssüf... Çox təəssüf... Gözəl qələm sahibi və çox incə məqamlar üstündə yazılar yazan Oqtay Salamovun bu yazı üçün sərf elədiyi anlara yazığım gəlir və özümə də yazığım gəlir. Düşünürəm ki, ilahi nə zaman, axı nə zaman biz millət olacayıq və nə zaman bizim içimiz bu cür xırda tullantılardan qurtaracaq. Bunun nə zaman olacağını bilmirəm! Ən dəhşətlisi biz nəvələrimiz üçün arzuladığımız bir məmləkətin onda birini də qoyub gedə bilməyəcəyik.

YAZAR OQTAY SALAMOVUN YAZILARDAN ALINTILAR

"CİNSSİZLƏR"

Söhbət faktiki olaraq cinsi bilinməyənlərdən gedir

Ədalət qəzeti. Tarix 20.09.2010

Ötən həftə bizim saytların birində "Azərbyacanda 35 nəfər cinsini dəyişmək istəyib" -ARAŞDIRMA yazısını oxudum. Düzünü deyim ki, münasibət bildirməyə çətinlik çəkirəm. Cinsiyyətin dəyişdirilməsi problemi dünyada olan işdir, Azərbaycanın da dünyanın bir hissəsi olması istər-istəməz bu əməliyyatların burada da keçirilməsini qaçılmaz edir. Amma Azərbaycanda ibnələrin həyasızlığı, cinsi azlıqların tərbiyəsizliyi, xalq arasında müsbət qarşılanmaması, kişilik-qadınlıq məqamlarının qiymətləndirilməsi müzakirə açılmasını tələb edir.

Mən bilmirəm Hollandiyada cinsini dəyişdirmək istəyənlərin kişi-qadın nisbəti necədir. Əslində mən bu adamların kişi və qadın nisbəti deyəndə nəyi nəzərdə tutduğumu heç özüm də bilmirəm. Belələrinin xəstə olub-olmamasını da deyə bilmərəm, amma belələrinin ibnəliyi, həyasızlığı birmənalı olaraq adamda ikrah yaradır.

Son illərdə estetik-plastik əməliyyatların bir növü olan cinsiyyətin dəyişdirilməsi bu gün Azərbaycanda da geniş vüsət almaqdadır. Daha doğrusu artıq bu əməliyyatlar bizdə adi hala çevrilmişdir.

Deyir, kimisində anadangəlmə, kimisində sonradan əmələ gəlmiş cins dəyişmək istəyi vaxt keçdikcə, özünü büruzə verir. Anadangəlmə xəstəlik kimi olan bu halın Allahın yaratdığı cinsdə saxlanması məncə daha münasibdir. Yəni, ancaq Hermes və Afroditanın oğlu olan. Qermofraditin adını daşıyan xəstəlik zamanı cərrahiyyə əməliyyatı aparılaraq ikili cinsiyyətin birini ləğv etmək başadüşüləndir. Amma sonradan əmələ gəlmiş (daha doğrusu əmələ gətirilmiş) nə Allaha xoş gələn işdir, nə də bəndəyə. Amma sən saydığını say, gör onlar nəyi sayırlar...

***

RUHUN ŞAD OLSUN, UNUDULMAZ YAZAR VƏ DOST OQTAY SALAMOV!

Tofiq [email protected]

TƏQVİM / ARXİV