QARABAĞDA KƏSİŞƏN YOL

ƏBÜLFƏT MƏDƏTOĞLU
61239 | 2015-05-13 18:30

Sözü və özü üst-üstədüşən insan

Hər bir insan kimihər bir yazı da doğulur, dünyaya gəlir və bu gəliş təbii ki, içdən, ruhdan, ən vacibiisə səmimiyyətdən maya tutanda onun qarşısını kəsmək, onu görməmək mümkünsüz olur.Belə ki, bütün yazı-pozu adamlarının qələmlə, dəftərlə təması təbii ki, ya zərurətdən,ya daxili hayqırtıdan, narahatlıqdan, ya hansısa bir məqsəddən pərvəriş tapır. Yəniyazı adamı masa arxasına keçib həmin o bəlli istəklərin hansısa birinin diqtəsini sözə çevirir. Amma hərdən də elə istəklər,elə narahatlıqlar, elə məram və məqsədlər olur ki, onu yalnız özün üçün, özünündörd divarının içərisi üçün saxlamaq həm faydalı, həm də normal sayıla bilər. Çünki insanlar kimihəmin o çoxlu və fərqli məqsədlər də həmişə və hər yerdə nə faydalı olmur, nə dəbir önəm kəsb etmir. Olsa-olsa o yazanın, yəni istəyini ortaya qoyanın hansısa birməqsədə çatmasına xidmət edir. Bu isə sonda təmənnanı, nəfsi qabardır…

Şükürlər olsun ki,onu tanıdığım gündən mən təmənna və nəfs anlayışının bu insandan nə qədər uzaq olduğunudərhal hiss etdim. Anladım ki, şəxsən ilk dəfə gördüyüm bu insanın bir amalı, birməqsədi var. O da içərisindəki böyük sevgiyə, yəni sırasında olduğu bir bütövlüyünyoluna, andına bağlılıq, dönməzlikdi. Amma buna qədər isə…

Bəli, mən bir sözadamı, bir mətbuat işçisi olaraq onun ölkədə tirajlanan yazılı mediada ara-sıraimzasına rast gəlmişdim. Etiraf edim ki, hansı bölgəni təmsil etdiyini nə kimdənsəeşitmişdim, nə də buna maraq göstərmişdim. Sadəcə, bir oxucu kimi həmişə izlədiyimədəbi orqanlarda, gündəlik mətbuatda onun şeirlərini görəndə bir oxucu marağı iləgözdən keçirmişdim. Ürəyimə yatanlar da olmuşdu, diqqətimdə qalmayanlar da. Səmimietiraf edim ki, onun daha çox torpaqla, insanla, xüsusilə Qarabağla bağlı yazılarımənə daha doğma gəlmişdi. Görünür, ataların məşhur bir deyimi «qan çəkir, torpaqçəkir» müdrik kəlamı elə-belə, təsadüfdənsöylənilməyib. Onun gerçək təsdiqini mən özümdə, daha doğrusu, onun mətbuatda görünənimzasına, yazısına sevgidə, maraqda bir daha gördüm, inandım. Bu inam da, sevgidə bizim yollarımızı kəsişdirdi. Öncə yanaşı, paralel gedən bu yollar elə Qarabağda,ikimizin də ağrılarımızın, sevinc və həsrətimizin ünvanında qovuşdu, üst-üstə düşdü.Məhz həmin gündən ona bağlılığım, ona bir ziyalı kimi, əqidəsinə sadiq bir insan kimi marağım artdı.Təbii ki, bu sevgi də, bu maraq da özümdən asılı olmadan məni onu öyrənməyə, onuniç dünyasını görməyə, tanımağa həvəsləndirdi… və gördüm də, tanıdım da…

Yerigəlmişkən, bir etiraf da edim. Çünki bu etiraf zəruridi və onu dilə gətirməsəm, həqiqəti bütünlüklə yazmışolmaram. Bu etirafın da mayasında yenə bir doğma insan dayanır. Daha konkret desəm,məni barəsində yazmağa başladığım və artıq iç dünyamın adamlarından olan Tahir Rzailə görüşdürən, qarşılaşdıran, bir süfrə arxasında əyləşməyə şərait yaradan «Ədalət»intəsisiçisi, millət vəkili, dəyərli yazıçımız Aqil Abbas oldu. Məhz onun sayəsindəilk dəfə 1994-cü ildə Ağcabədidə Tahir Rza ilə görüşdük. Rayonda tədbir keçirilirdi.Bu tədbirə dəvət almış Aqil Abbas məni də özü ilə birlikdə həmin mərasimə aparmışdı.İcra hakimiyyəti binasınının qarşısında xeyli adam toplaşmışdı.Özünəməxsus istiqanlılığı olan Aqil müəllim maşından düşən kimi hər kəslə çox mehribancasınagörüşüb öpüşdü. Mən də qonaq olduğum üçün sakitcə ilk dəfə gördüyüm bu adamlaraəl uzatdım. Aqil Abbas toplaşanlar arasında gözündə eynək olan bir nəfərlə qucaqlaşıböpüşdü və sonra geri çevrilib mənə dedi:

- Yəqin Tahir müəllimitanıyırsan?

Doğrusu, sualdançaşsam da özümü sındırmadım. Elə etika xatirinə:

-Tanıyıram! – dedim.

Ammaürəyimdə fikirləşdim ki, çöhrəsi mənə tanış gələn bu adamı mən harda görmüşəm. Vəbirdən də xatırladım. «525-ci qəzet» də! Hə, bu o idi -Tahir Rza! – Demək görüşümüzbu günə, bu yerə aid imiş və gəlib burda da görüşdük…

Həyattəbii ki, bir günlə, bir görüşlə bitmir və yaxud da bir gündən, bir görüşdən ibarətdeyil. Tahir müəllimlə Ağcabədidə ilk ayaqüstü görüşümüz sonra öz axarına düşdü.Mən onun aftoqrafla bağışladığım kitablarını oxudum. Mətbuatdakı yazılarını dahayaxından izləməyə başladım. Tam səmimiyyətimlə deyim ki, bunu məqsədli edirdim.İstəyirdim ki, şeirlərindəki, yazılarındakı Tahir Rza ilə həyatdakı Tahir Rzanınmüqayisəsini özüm üçün aparım və əlimi ürəyimin üstünə qoyub and da içə bilərəmki, bu məqsədli müqayisə sonda Tahir müəllimin qələbəsi ilə yekunlaşdı. Çünki o,yazılarında, şeirlərində olan Tahir Rza idi. Onu mən həyatda başqa cür görə bilmədim.Nə qədər cəhd etsəm də, tapa bilmədiyim fərq məni inandırdı ki, bu dünyada, bu məmləkətdə,bu mühitdə göründüyü kimi olan, olduğu kimi görünən insanlar var imiş. Onlardanbiri də Tahir Rza idi!..

Hərdəfə onunla görüşəndə, telefonla danışanda mən öz-özümə müəyyən suallar verirəm.Əslində bu suallar mənim yazı adamı, mətbuat adamı olmağımdan qaynaqlanır. Çünkimən dəyişməzlik, bütövlük xəstəsiyəm, onun sorağındayam, onun ardınca günlərlə,aylarla gəzib dolaşmaqdan yorulmuram. Və tanıdığım, yavaş-yavaş iç dünyama qəbuletdiyim adamların həyatını öyrənmək, onların keçdiyi yola nəzər salmaq və bu prosesdənortaya çıxan sualların hər birinin cavabını tapmaq məni düşündürdüyü qədər də özünəcəlb edir. O vaxt sevinirəm ki, sualların cavabı gördüyüm gerçəkliklə qoşalaşır. Yəni şübhəyə, hətta gümana da yer qalmır.Necə ki, mən Tahir Rzanın sovet dönəmindəki həyat yolunu, hansı çətinliklərdən keçdiyini,xeyirxah insanların yardımı ilə öz kimliyini sübut etmək qabiliyyətini onu tanıyanlardanöyrənəndə öz-özümə qərar verdim ki, əqidəsinə,inamına və nəhayət halal soykökünə söykənib ayaqda durmağı bacaranlar təsadüfi küləklərdənyıxıla bilməzlər. Onlar müəyyən sarsıntı, əsəb gərginliyi yaşaya bilərlər, ammaəyilməzlər, sınmazlar. Üstəlik, onlar arzulamadıqları, özləri layiq bilmədikləriyerdə heç vaxt dayanmazlar, oturmazlar. Çünki bu adamların mənlik və əqidə çəkilərivar. Üstəlik, bu adamlar keçdikləri ömür yolunda özlərinin də dedikləri kimi, görə-görə,öyrənə-öyrənə sədləri, sərhədləri yarıblar. Qarşılarındakı məqsəd inama, əqidəyə,halallığa xidmət olubdu. Bunun da barını, bəhrəsini Tanrı verib. Elə Tahir Rzayaverdiyi kimi…

Onunlayolyoldaşı olmuşam. Müdriklərimiz deyib ki, qardaşı da yolyoldaşlığında daha yaxındantanımaq mümkündü. Mən Tahir müəllimlə etdiyim yolyoldaşlıqlarında onun təkcə aidolduğu bölgəni, təkcə Qarabağın tarixini, mədəni, ictimai həyatını, üstəlik bu coğrafiyanınişıqlı adamlarını necə yaxından tanıdığını, onların bir çoxuyla təmasını, həttamənim həsəd apardığım yaxınlıqlarını, doğmalıqlarını öyrəndikcə təkcə bilgi əldə etmirdim, həm də işıqlı bir insanlayaxınlaşdığımı, onun çevrəsinə daxil olduğumu anlayıb sevinir və bundan daxilənləzzət alırdım. Axı köklü-köməcli insanları, onların həyatını, şahidin, işitarkçının,təmasda olanın dilindən eşitmək özü şahidə çevrilmək deməkdi. Bax bu mənada mənTahir Rza ilə istər ədəbiyyatdan, istər konkret insanlardan, istər bugünkü durumdanvə xüsusilə ictimai müstəvidə olan mənzərələrdən söhbət edəndə həm onun məsələlərəmünasibəti, həm mühakimələri, həm mütaliəsi məni doğrudan-doğruya xoş ovqat üzərindəkökləyirdi. Nə yolun yorğunluğu, nə mənasız telefon zəngləri, nə də bəzən bir-birimizinfikrini yarıda kəsib etdiyimiz müdaxilələr məni bu xoş ovqatdan qoparıb ayıra bilmirdi.Üstəlik iç dünyama köçən bu insanın ailəyə, övladlara münasibəti, öz adı və ailəadını cəmiyyətdə tənzimlənən bir şəkildə qorumaq məharəti mənə son dərəcə peşəkarlıqdiqtə edirdi. Yəni birmənalı şəkildə görürdüm və duyurdum ki, Tahir Rza nə özünü,nə övladlarını, nə ailəsini, nə ətrafını kimdənsə üstün tutmur və yaxud da üstüntutulmasına imkan vermirdi. Xüsusilə övladların, nəvələrin cəmiyyət üçün yararlıolması onu daha çox düşündürürdü. Bax, mən onları görüb, duyub, şahidi olduqca TahirRzanın şeirlərini ikinci dəfə, üçüncü dəfə oxusam da orda şair fantaziyasını yox,şairin həyatını, qələmə söylədiklərini bir daha izləmiş oluram…

Bəli,biz təkcə Ağcabədidə, Ağdamda, Xocavəndə,ümumiyyətlə Qarabağda deyil, Bakıda da, lap elə aran bölgələrimzdə də görüşüb söhbətləşəndə,məclisdə qarşılaşanda mən bir rahatlıq hissi yaşayıram. Könlümdən keçənləri deyəbiləcəyim, özümü rahat hiss edəcəyim bir insanın, bir şairin, bir ziyalının yanındaolduğuma güvəncim artır. Bilirəm ki, bu münasibətlər və onun mənə göstərdiyi diqqətbugünün, dünənin bəhrəsi, barı deyil. Bu, əslində ruhu bir yerdən qidalanan, birbulaqdan su içən insanların gec-tez kəsişən yolları üçün yazılmış taledi. Biz dəo taleni yaşayırıq. Necə ki, Tahir müəllim öz elində, obasında sevilir, sayqı iləqarşılanır. O da öz növbəsində öz elinə, obasına sevgisini həm yazır, həm də içindəgöstərir!..

Mən1995-ci ildən bu günə şəxsən tanıdığım, amma son 5 ildə özüm üçün kəşf etdiyim insanlarınsırasında onun yeri fərqlidi. Bu fərq də ondan ibarətdi ki, o, özü və sözü ilə birlikdəmənim içimdə olan adamların yanındadı. Bu yeri ona mən ayırmamışam, mən verməmişəm,bəyənsə də, bəyənməsə də, bu yer onun halal haqqıdı. Düşünürəm ki, içimdəki, ürəyimdəkiyerin digər sahibləri kimi Tahir Rza da nə vaxtsa bu yerə, bu iç dünyama görə narahatlıqhissi keçirməyəcək. Və zaman mənli-mənsiz bu dünyanın, yəni mənim özümün olan obalaca dünyanın mükafatını məhz həmin insanlara görə verəcək. Deməli, mən ürəyiminhər kəsə açılmayan bu qapısını elə Allahın lütfü və yazısıyla açıb içəri keçənlərüçün nə qədər borclu olduğumu dərk edə-edə onlar barəsində yazdıqlarımda da heçnəyi boyalı, bəzəkli təqdim etmirəm, pafosdan, reklamdan yararlanmıram. Çünki onlar bir topa işıqdılar. İşığı isəgörmək lazımdı.

Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV