adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

SAXTAKARLAR VƏ UTOPiSTLƏR

SEYFƏDDİN ALTAYLI
48887 | 2011-04-23 07:56
Dünya hamımızın ortaq evidir, insan evini nə cür qoruyursa dünyanı da elə qorumalıdır. Ailə üzvləri arasındakı ünsiyyət nədirsə dünyadakı millətlər və dövlətlər arasındakı davranışlar da elə olmalıdır. Tanrı bütün səmavi dinlərdə insanlara tolerantlığı, bir-birini sevməyi, bir-birinə əl tutmağı, daha düzü insan olmağı buyurub ancaq hardadır!
   
   Nisan ayının iyirmi dördü yaxınlaşır və erməniləri öz maraqlarına vasitə eliyən dövlətlər hər il olduğu kimi yenə 1915-ci il hadisələrini boyatlamış plov kimi soyuducudan çıxardıb kürədə qızdırıb sürütdüyüb qabağımıza qoyacaqlar.
   
   Erməniləri öz mənafeləri istiqamətində maşa kimi işlədənlərin başını bir vaxtlar İngiltərə ilə Fransa çəkirdi ancaq daha bayrağı ABŞ təhvil alıbdır.
   
   "Biz, Türkləri Avropadan qovmaq üçün Birinci Dünya Müharibəsini çıxardıq" deyən ABŞ prezidenti Rooseveltin hiss etdikləri, məqsədi və fikirləri, ardınca taxta çıxan ABŞ-ın bütün rəhbərlərində öz əksini tapıb. 24 nisan günü yaxınlaşdıqca dünyanın dörd bir küncünə səpələnmiş ermənilər, yenə müəyyən dövlətlərin xod verməsiylə küçələrə axışıb, böyük meydanlara doluşub özlərinə öyrədilən oyunu onların qaydasınca oynamağa başlayacaqlar. Şübhəsiz ki, ən böyük tamaşalar ABŞ və Fransa başda getmək şərtilə qərbdə öz əksini tapacaqdı.
   
   1915-ci il hadisələrini biz türklər çıxarmadıq. O vaxtlar Anadolu kəndlərinə basqın verib müdafiəsiz uşaqları, qocaları, qadınları hətta heyvanları belə qətlə yetirənlər, ABŞ, İngiltərə, Fransa, Rusiya kimi ölkələrin qışqırtdığı üsyankar ermənilərdi. İngiltərə və Fransa, Osmanlı dövləti ilə çarpışır və Osmanlı torpaqlarını bu iki imperialist dövlət öz caynağına keçirmək istəyirdi. Bunu korlar karlar, lallar da bilir. Bu dövlətlərin xüsusi xidmət orqanları, ermənilərin yaratdığı hadisələri, erməni canilərinin kütləvi şəkildə qətlə yetirdiyi məsum insanlarımızı qərb dünyasına, sanki biz erməniləri qırmışıq kimi ötürürdülər. Adının qabağına "tarixşünas alim" sifəti əlavə edilmiş Arnold Toynbəə adlı ingilis saxtakar, bu cür təbliğatı yeridən İngiltərə məxfi təşkilatının içindən, təbliğat maşınının nə cür işlədiləcəyini çox yaxşı bilənlərdən özəl olaraq seçilmiş qrupun başında dayanırdı. Onların qərb mətbuatına ötürdükləri məlumatlar da hazırladıqları başdan ayağa böhtanla dolu olan "Mavi Kitab" da bu qrupun əsəridir. Toynbəənin başını çəkdiyi dezinformasiya qrupunun yeritdiyi təbliğat mexanizminin ekiztayına 1990-cı illərdə də şahid olduq. Ermənilər Qarabağda və Xocalı Soyqırımında vəhşicəsinə qətlə yetirdikləri Azərbaycanlı soydaşlarımızın fotosunu Avropalılara, "görürsünüzmü Azərbaycan türkləri bizi bu cür qırır" deyə sırımağa cəhd etmədilər?!
   
   Bəli, Osmanlı dövləti süqut etdi və İngiltərə, ABŞ, Fransa, İtaliya, Yunanıstan kimi ölkələr gəlib ölkəmizi işğal etdilər. İşğal başlayar-başlamaz da İngiltərənin planı və cəhdləriylə dırnaqarası soyqırım nağılının baş aktyorları kimi qəbul edilən Osmanlı idarəçiləri birbəbir tutulub Malta adasına sürülüb zindanlara salındılar. İşğalçılar illər uzunu axtarsalar da o vaxt Osmanlı idarəçilərinin günahkar olduğunu, yəni soyqırım üçün nəsə etdiklərini sübuta yetirəcək heç nə tapa bilmədilər. Yüz ilə yaxın bir vaxtdır ki, bizim soyqırım törətdiyimiz iddia edilir ancaq bunu irəli sürənlər bir dənə də dəlil tapılıb araya gətirə bilməyib. Olmayan şeyi hardan tapacaqlar ki?! Anadolu Türklüyü tanrının seçdiyi özəl şəxsiyyət olan Atatürkün öncüllüyündə işğalçılara layiq olduğu cavabı verdi və onların hamısını müqəddəs vətənimizdən yovşan süpürgəsilə kürüyüb bayıra tulladı. Malta adasına sürgün edilən və zindana salınanlar ittiham olunduqları cinayət barədə bir dənə də dəlil tapıla bilmədiyindən azadlığa buraxıldılar. Yəni Maltaya dırnaqarası soyqırımın baş aktyorları kimi sürülənlərin buraxılması, ən başda İngiltərənin, ABŞ-ın, Fransa və digərlərinin saxtakarlığını sübut edirdi.
   
   O günlərdən üzübəri dil-dilə verilib xorla oxunan dırnaqarası soyqırım nağılı, artıq yaratdığı pornoqrafiya əsərləri ilə dünyada şöhrət qazanmış, tez-tez televiziya ekranlarında özünü göstərən Kim Kardaşyan kimi məlum qadınlar və seçki vaxtı erməni diasporasından maddi köməklik alan ABŞ-lı siyasətçilər vasitəsiylə yeridilir.
   
   Ötən günlərdə ABŞ konqresində, 24 nisandan əvvəl bir anım mərasimi təşkil olundu. Həmin mərasimdə ABŞ-ın iyirmidən çox konqres üzvü iştirak etdi. Mərasim iştirakçıları Obamadan və Türk hökümətindən 1915-ci il hadisələrinin "soyqırım" kimi qəbul edilməsi yönündəki erməni iddialarını əhatə edən bir layihənin konqresdə qəbul edilməsini və təsdiqlənməsini tələb etdilər. Konqresdə erməni lobisinin rəhbərliyini yeridən Demokratlar Partiyasının Kaliforniadan seçilmiş millətvəkili Adam Schiff mərasimdəki çıxışında dedi: "Prezident Obamaya 24 nisan günü edəcəyi çıxışda 1915-ci il hadisələrinin "soyqırım" olduğunu dilə gətirməsini tələb edən bir məktub yolladıq".
   
   Biz Türkləri töhmət altında qoymaq istəyən ancaq əlində bir dənə belə dəlili olmayan ey insanlar, ey dövlətlər, ey siyasətçilər sizlər saxtakar deyil, onun lap dal ayağısınız.
   
   Hər insanın olduğu kimi millətlərin də xəyalları vardır, bu da adi hesab olunur, ancaq ütopiyanın bataqlığında mıxlanıb qalmaq həzəyandan, axmaqlıqdan savayı heç nə deyildir; ermənilərinki isə ütopiyadan da o yanadır.
   
   Məçidlərin, kilsələrin, havraların Allahın evi olduğunu hamımız bilirik. İnsanlar buralara gedib ibadət edir və Allahdan günah işləyibsə bağışlanması üçün əfv, savabları üçün də mükafat, bir xəstəliyi, ya da borcu vardırsa onlardan yaxa qurtarmaq, həsrətini çəkdiyi, intizarında olduğu biri vardırsa ona qovuşmaq üçün əllərini Güneyli qardaşlarımız demişkən göyə qovzayıb dua edər, yeganə hökm sahibi olan Allaha yalvarar. Ermənilər isə kilsələrdən və dindən ancaq Türk düşmənçiliyi üçün istifadə edirlər. Erməni kilsələri dırnaqarası soyqırımın doxsan altıncı ilini yadetmə ayinləri təşkil edir. İnsanlığın dostluğa, barışığa dəvət edilməsi vacib olan Tanrının evində, bir millətə qarşı duyulan nifrət öz əksini tapır. Dünya Kilsələr Birliyi Şurası və Avropa Kilsələr Konfransının başkatibləri tərəfindən Pasxa Bayramı ilə dırnaqarası erməni soyqırımını yadetmə günlərinin eyni günlərə təsadüf etməsindən asılı ortaq bir bəyanat yayılıb. Həmin bəyanatda Dünya Kilsələr Birliyi Şurası və Avropa Kilsələr Konfransına üzv kilsələrə, edəcəkləri dualarda və 2011-ci ildə yolluyacaqları Pasxa mesajlarında erməni soyqırımının yad edilməsi barədə çağırış ediblər.
   
   Buyurun qərbin keşişlərinin, din adamlarının sülhə, insanlar arasındakı dostluğa və dünyadakı əmin-amanlığa qarşı götürdükləri addıma nəzər salın və papağınızı qabağınıza qoyub bir dəfə yox min dəfə fikirləşin!
   
   Amerikadakı ermənilərdən təşkil tapan rock musiqi qrupu "Systəm of a Down" Californiada; "Cənab Prezident verdiyiniz sözə əməl edin, ədaləti gətirib ermənilərin ovcuna qoyun" şüarıyla etiraz nümayişi təşkil edir. İsveçrədə dırnaqarası soyqırımın 96-cı illiyi səbəbiylə diasporadakı erməni gənclərinin iştirakıyla "Doqquzuncu Erməni İdman Oyunları" təşkil edilir. Dünyanın dörd bir küncündə səhnəyə qoyulan tamaşalarda, sərgilərdə, konfranslarda nəcib millətimiz ittiham olunur.
   
   Musiqi də, idman da, din də, kilsələr də ermənilər üçün Türk düşmənçiliyi yolunda istifadə olunan sadəcə olaraq əşyalardan ibarətdilər.
   
   Dünyada ermənilərə oxşayan, hərəkətləri, inamları, fəaliyyətləri bənzəyən özgə bir millət var?
   
   Allah sizə biraz ağıl versin ay yazıq millət, vallah deyəcək ayrı söz tapa bilmirəm.

TƏQVİM / ARXİV