BOŞALAN YERLƏRİ KƏDƏR DOLDURUR

ƏBÜLFƏT MƏDƏTOĞLU
62748 | 2015-05-08 16:19

Buyazını qələmə aldığım gün xalqın yaddaşında qanla, göz yaşıyla qalıb. Çünki biz8 mayda Şuşasızlığın 23 illik ayrılıq yoluna çıxmışıq. Doğrudur, indi buna hərəbir prizmadan baxır - kimi deyir Şuşa xəyanətin qurbanı olub… kimi deyir Şuşanısatdılar… kimi deyir Şuşa siyasi oyunların güdazına getdi… kimi deyir Şuşanı qoyubqaçdılar…. Nə isə… Hər kəs öz deyimində, öz fikrində öz prizmasıyla haqlıdır. Ammamən Şuşanı sadəcə olaraq «niyə?» «nə üçün? işğal olunduğunu demək fikrində deyiləm.Ona görə ki, o, bu gün faktiki olaraq işğal altındadır. Oturub o işğalın səbəbləriniçözməkdən, bir-birimizi günahkar çıxarmaqdansa, Şuşaya necə qayıdağacımızı, Şuşanı necə azadedəcəyimizi düşünüb onun yollarını çözməyə ağıl, güc sərf etmək daha doğru olmazmı?Nə isə…

Bəli, belə bir ağrılı gündə yazını yazmağa başlamamışdan öncəağlıma qəribə bir fikir gəlmişdi. İnanın ki, bu fikirdən hələ dan üzünün görünmədiyi,sübh şəfəqlərinin boylanmadığı bir vaxt gəldi ağlıma. İnanın ki, özüm öz ağlımaheyran oldum. Çünki ağlıma gəldi və öz-özümə təkrar etdim ki:

- BOŞ QALAN YERLƏRİDƏRD TUTUR HƏMİŞƏ!

Hə, yəqin düşünəcəksinizki, burda qeyri-adi nə var ki?! Boşalan yerləri kimlərsə tutmalıdı də. Amma tələsməyin,məni qınamağa hələ kifayət qədər vaxtınız var. Çünki söhbət boşalan vəzifələrdəngetmir. Təbii ki, vəzifəni heç vaxt boş saxlamırlar. Ən azından kimsə əvəz edir,təyinat olana qədər. Amma…

Bəli, söhbət ürəkdəngedir, yəni boşalan ürəkdən… atılan, tək edilən ürəkdən!... O ürəkdən ki, səninlənəfəs alır, səninlə yaşayır, səninlə sevinib, səninlə qəmlənir, həyata səninlə baxır,həyatını sənə bağışlayır!.. Bax, o ürək boş qalanda… İndi bildiniz də söhbət nədəngedir. Yəqin ki, ağlıma gələn fikri bu məqamda dəyərləndirərsiniz, ən azındano kəslər dəyərləndirər ki, onlar da mənim düşündüklərimi,mənim yaşadıqlarımı bu və ya digər formada düşünüb yaşayıblar. Elə indi də yaşayırlar.Məhz onlar boş qalan yerin dərdlə, qəmlə, ağrı-acıyla necə dolduğunu hər an, hərdəqiqə hiss edirlər. Mən də hiss edirəm, mən də bütün bu boşluğun içərisində qıvrılıram.Ona görə də bütün fikrim, zikrim, xəyalımözümdən kənarlarda rahatlıq axtarır, ordan mənim özümə tərəf əlini gözlərinə günlükedib baxır… Baxıb görür ki:

Ağlayanım olsa idi

Ölərdim onun xətrinə…

Bələnərdim kipriklərdən–

Ələnən yaşın ətrinə…

Çox çalışdım yuvaquraq

Qoşa gəzək, qoşaduraq…

Alınmadı, yaxın burax–

Ruhumu ruhun çətrinə!..

Bir yarımçıq duaverin

Qulağına – məzaryerin!

Bir də ki, bitməmişşeirin –

Adım olmayan sətrinə…

***

Həyatın bütün dolanbaclarıhəm insan üçündü, həm də bu dolanbacları yaradan elə insanın özüdü. Çünki hansısabir məqsədə, bir mərama çatmaq xətrinə bəzən min variant düşünülür, min xətt çəkilir,min fikir bölüşdürülür və sonda həmin o düşüncələr, çəkilən xətlər öz gerçəkliyiniortaya qoymaq naminə bir axtarışın ipucuolur. Dağdan, dərədən, çöldən, düzdən, daha nə bilim haralardan və hansı səbrlə,hansı təmkinlə, hansı istəklə, özü də gah sürünə-sürünə, gah yüyürə-yüyürə, dahaneçə-neçə üslubda o yol başlanğıc alır… o yol səndən, məndən, ondan başlayır. Vəbeləcə şaxələnir yollar – gah qovuşur, gah paralelləşir, gah da bir-birindən küsmüşuşaqlar kimi hərəsi bir istiqamətə üz tutur. Biz də bu yolları qınayırıq. Onun döngəsini,dolanbacını, enişini-yoxuşunu günahkar sayırıq. Özümüz isə unuduluruq. Yəni gerçəkgünahkar biz ola-ola dilsiz-ağızsız yolları məşhər ayağına çəkirik. Lakin yadımızdançıxır ki, bu yolun başlanğıcı olduğu kimi, sonu da bizimlə tamamlanır. Biz özümüzdənözümüzə qədər yol gedirik. Doğum günümüzdən bitəcək günümüzə qədər. Bir az da obrazlıdesəm, olumdan ölümə kimi!!!

Bunu dərk edəndə,yəni hardan hara qədər olan yolumuzu azacıq da olsa anlayanda onda həyatımızada, çevrəmizə də, yollarımıza da bir az fərqli baxırıq.Onlarda günah axtarmağa o qədər də çox vaxt sərf etmirik. Ümumiyyətlə, bizim ənçox günahkar saydığımız dünyadı, yollardı, taledi və bir də…

Hə, mən günahkarolan başqaları, kimləri, nələri, nəsnələri demirəm. Onları da hərəmiz öz yanaşmamızlatanıyırıq, bilirik, dəyərdəndiririk. Lakin mənim üçün bir günahkar da var. O daağlı özünə tabe edən ürəkdi. Nə qədər ki, ağıl və ürək bir-biriylə dil tapmır, ondaqiymətləndirmək, saf-çürük etmək, hansısa bir uğurlu qərar qəbul etmək nisbətənasan olur. Elə ki, ürək ağılı öz əhatə dairəsinə,öz aurasına daxil edir, onun yaxasını əlinə keçirir, bax onda ruh da, fikir də,qərar da, bütövlükdə mövcud olmaq da son dərəcə kövrək, həzin, istənilən anda qırılıbdağılmaq, parçalanmaq, məhv olmaq kimi bir duruma düşürük. Bir az da dərindən açılasan,bir az da məsələnin mahiyyətinə daha çox işıq salasan, onda məlum olar ki, ürəklə ağıl bir olanda insan özünü daha çox göylərdə sayır. Həyat onunüçün xəyallardan, yuxulardan, arzulardan və bir də sevgidən ibarət bir məkana çevrilir.Orda hər şey məhz kiminsə ilham pərisi dediyi, kiminsə xilaskar mələk hesab etdiyi,kiminsə həy atın mənası kimi dəyərləndirdiyivə kiminsə də özünün yarısı kimi gördüyü bir varlığın diqtəsiylə, istəyiylə «olmaq!»,«qalmaq!» «sevmək!», «qovuşmaq!» kimi daxili bir tələbatın, istəyin işığına bürünmək,nuruna boyanmaq kimi sonsuzluq, genişlik mövcuddur. Deyəsən bu fikirlərim qarışıq,həm də bir az emosiyalarla yükləndi. Amma həqiqətən də ürəklə ağıl qovuşduğu yerdəsevgi hər şeyi üstələyir. Hər iş, hər yanaşma,hər istək məhz o sevginin ya ətrafında, ya kölgəsində, ya da onun tabeçiliyindəolur. Necə deyərlər, burda könüllükdən daha çox tələbat, zərurət boy göstərir. Birmənalışəkildə dərk edirsən ki, ağlın və ürəyin istəyi sənin özünün, ruhunun, cisminin,həyatının ən zəruri ehtiyacıdı. Yəni havasıdı, suyudu!..

İndinin özündə dəmən düşüncələrə, xəyallara dalanda həmin o ürəklə ağıl qovuşan nöqtənin nə qədərhəssas olduğunu bir daha anlayıram. Etiraf edim ki, o həssaslıq əsən mehdən də,bulud arxasında gizlənən günəşin gecikməsindən də incik düşə bilər. Ona görə dədiqqətli olmaq, həm də diqqətli olduğun qədər də özündə yox, onun - sevgininiçərisində olmağın lazımdır ki, yer boş qalmasın, yer boşalmasın…

Mən boşalan yerlərindərdlə, kədərlə daha çox dolduğunu məhz burda bir daha diqqətə təqdim edirəm. Onagörə ki, həmin o dediyim birləşmə nöqtəsi insanın varlığıyla ruhunun bir-birinitərk edənə qədər sarsılmasa, büdrəməsə, onda həmin o cismani təbii qanunla tərketmədən sonra da həmin o böyük və ilahi sevgi yaşayır. Təəssüf ki, biz bəzən bunundərin qatlarına, alt laylarına ya enə bilmirik, ya da enməkdən qorxuruq. Hər halda,bunun hər ikisi dediyim kəsişmə nöqtəsinə zərbədi. Özü də elə bir zərbə ki, onuancaq sazla, sözlə, özü də böyük insanlarındilində ifadə etmək mümkündü. Mən isə:

Son söz tək son damlaqopsun kiprikdən

Ovcunun içini gözünəçək, get

Qapını taybatay buraxıbsakit

Bütün fikirləri özünəçək, get…

Ölmüş bir ürəyi qaldırıbdirilt

Özünlə gəzdirib,özünlə yerit…

İçində ağrını uşaqtək kirit –

Yalançı sevinci üzünəçək, get…

Haqqının yarası sızlasada hey

Yaranı yuxular duzlasada hey

Əllərin qoynundabuzlasa da hey

Yolunu dəyişmə, düzünəçək, get…

Xatirə boğçanı diləgətirmə

Soyumuş, sovulmuşkülə gətirmə…

Ölən sevgilərə pinəgətirmə

Özün öz sevgini sözünəçək, get…

Unutma, Əbülfət olduğunusən

Kədərlə yüklənibdolduğunu sən

Qürubdu – odur ki,solduğunu sən-

Nəsimi sözünün közünəçək, get!..

***

Hər bir yazıda təbiiki, bir məqsəd, məram ifadə olunur. Yəni heç nə elə-belə yaranmadığı kimi, heç biryazı da (hətta ən mənasız yazı da – Ə.M) səbəbsiz qələmə alınmır. Mütləq yazılan yazının arxa qatı, pərdə arxası olur.Orada nəyin dayandığını, nəyin gizlədildiyini isə təbii ki, oxucu hiss edir, oxucugörür. Diqqətli oxucu sözdən söz çəkir və bir-birini çəkən sözlərdən istifadə edibbəzən o pərdənin arxasına keçməyi bacırır. Mənim düşüncəmə görə yazı sahibi o vaxtrahat və xoşbəxt olur ki, onun fikirləri məhz pərdə arxasında dayandığı yerə qədərduyulur, araşdırılır…

Təəssüf ki, bəzənbelə olmur. Necə deyərlər, görünən, göz önündə olan qiymətləndirilir. Bu aldadıcıgözəllik çox vaxt fikri dolaşdırır. Bax, həmin o dolaşıq fikirlər də hərdən arzuolunmayan rəylərin səslənməsinə rəvac verir. Amma bütün bunlara baxmayaraq, yazmaqistəyən, yazmaq bacaran, yazmaqla yaşayan adamlar qələmlərini yerə qoymurlar… Məndə yazmaqla həm özüm yaşayıram, həm də iç dünyamın istəklərini ifadə etməyə çalışıram.Ona görə də mənim bu cür yaşamağımı bir kimsəyə zərəri olmadığını düşünürəm. Ənazından bu həyatda hər kəsin dayandığı bir nöqtə var və o nöqtəni də onun adınaTanrı yazıbdı. Bu yazını pozmaq da, o nöqtəni silmək də müəllifin -Yaradanın əlindədi…

Hə, mən kifayət qədərdüşünüb-daşınandan sonra qələmə aldığım hər bir yazının pərdəarxasını da gizlətməməyəçalışıram. Ona görə ki, bütün gizlinlər də nə vaxtsa faş olur. Yəni zamana ehtiyacıolduğundan onun isti-isti görünməsi əngəllənir. Lakin həmin o ehtiyac duyulan zamanöz yerini tutanda onda ehtiyac sözü də yaddan çıxır və pərdəarxası görünür. Sankitamaşa başlayır, pərdələr qaldırılır…

Hər halda, insanözü öz dünyasını, öz içini hamıdan yaxşı görür və mən də öz içimdə baş-başa qalmağı,öz içimi özümə həm göstərməyi, həm də sevdirməyi heç kimdən gizlətməmişəm. Buradaməqsədim olduğum kimi görünmək arzusu, niyyəti olubdu. Bilmirəm, buna nə qədər nailolmuşam, bu istəyə nə qədər imza atmışam, hər halda bütün yazdıqlarımın heç birindənbu günə qədər imtina etməmişəm. Ən azından ona görə ki, şikəst doğulan övladın davalideyni mənəm. Deməli…

Hə, mən yazının əvvəlində8 mayı xatırlatdım. İndi yazının sonuna gəlib çatmışam. Əgər fikir versəniz ondagörərsiniz ki, bütün yazı boyu söhbət özəl duyğulardan, özəl düşüncələrdən, özəlyanaşmadan getdi. Yəni mən kiminsə haqqını tapdamadan özümün, öz dünyamın nəğməsiniifadə etməyə çalışmışam. Çünki o nəğmənin sifarişçisi də elə özüm olmuşam. Bir haldaki, sifarişçi də özüməm, onda həmin o nəğməninbir ləçəyini də sizin qarşınızda sərgiləyirəm. Buyurun, rəngini, ətrini, dəyər qiymətiniözünüz verin.

Döyülməyən qapınıaçdım,

Keçdi içəri…

Gördü məzar yeridi–

Gördü heçdi içəri!...

Susdu, nə söz, nəheyrət

Nə də göz yaşı oldu…

Gətirdiyi güllərdə

Elə əlində soldu…

Alıb onu içərdən

Ayaqları apardı…

Onu mənə köçürdən

Məni ondan qopardı…

… Hə, bütün hallardanəyəsə hazır olmaq lazımdı deyirlər. Amma mən sevgi barəsində belə düşünmürəm. Çünkisevgi özü gəlir və özü də gedir. Gələndə də qarşısını kəsmək mümkün deyil, gedəndədə saxlamaq. Amma bir şey var ki, boşalan yerləri daha çox kədər doldurur.

Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV