adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Müharibə bitsə də

VAQİF YUSİFLİ
48264 | 2015-05-08 01:20
Böyük Vətən müharibəsi bitdi. "Yazılsın tarixə bir qızıl xətlə, 45-ji ilin 9 may günü" (S.Vurğun). Amma müharibənin vurduğu yaralar yüz minlərlə insanın ürəyindən çəkilmədi. Dağıdılmış şəhərlər, viran olmuş kəndlər çox keçmədən öz əvvəlki görkəminə qaytarıldı, dünya yenidən rahat nəfəs aldı, amma anaların gözləri hələ də yollara dikili qalmışdı.
Müharibə mövzusu o qanlı savaşlar bitəndən sonra da poeziyamızın gündəmindən düşmədi. Xüsusilə, uşaqlığı müharibə illərinə təsadüf edən, az yaşında məhrumiyyətlərlə üzləşən javan şairlərin yaradıjılığında boy göstərdi. 1941-ji ildə doğulan Ələkbər Salahzadı iyirmi bir il keçəndən sonra "Boy" şeirini yazdı və bu şeir müharibə illərində ağır ehtiyaj içində yaşayan, ataların, anaların kədərini gözlərindən oxuyan bir gənjin mənəvi əzablarını əks etdirirdi. Şeir belə başlayır ki, şair küçədən bölük-bölük qızların, oğlanların keçdiyini görür, "bir ölkənin qayğısına bürünərək böyüyənlərin" sevinjinə qoşulur. Amma birdən şeirin axarı dəyişir, şair ötən günləri-uşaqlıq illərini yada salır:

Biz baxırıq heyran-heyran,
biz baxırıq sözlü-sözlü.
Yaşımızdan geri qalan
boyumuzdan
utanırıq gizli-gizli.
Yaşımızı danırıq biz,
sonra isə dediyimiz yalana da-
yanırıq biz.
Ujalmamış binalara,
balasının boy-buxunu
gözlərindən qoparılmış analara-
yanırıq biz.
Neçə-neçə nişanlının toyuna da, o illərdə doğulmamış uşaqların boyuna da.
Əsgər kimi jəbhələrdə ayaq döyən dünyamıza, dörd ilini birjə yerdə ayaq döyən dünyamıza yanırıq biz.
Bu təəssüf hissləri təbii idi. Uşaqlıq və ilk gənjlik illərinin xoş saatlarını yaşamamışdı Ələkbər yaşlı gənjlik.
Belə əhval-ruhiyyə Ələkbər Salahzadənin yaşıdı İsa İsmayılzadənin şeirlərində də nəzərə çarpır.O da 1941-ji ildə doğulmuşdu. Sonralar "1941" adlı şeirində yazajaqdı: "Mənim doğulduğum il naməlum bir əsgərin adı, ünvanı oldu. Mənim doğulduğum il- səngərlər də doğuldu, tüstülər də doğuldu". Onun "Oyunjaqsız uşaqlığım" şeiri ilə Ələkbərin "Boy" şeiri ilə səsləşir. Bunu anjaq müharibə illərin uşağı deyə bilər ki: "Mənim oyunjağım olmayıb heç vaxt. Sevinj oyunjağım olmayıb heç vaxt".
İsa İsmayılzadənin "Güllələr demədi" şeiri müharibə illəri uşaqlarının xatirə salnaməsidir,-desək, yanılmarıq. Şeir uşaq dünyasının müharibə ilə ilgili ən kövrək məqamlarını əks etdirir. Uşaqlar özlərindən yaşlılara yalvarırlar ki, "qulançar yığmağa, moruq dərməyə" onları da aparsınlar, amma "Hələ uşaqsınız..nə yaşınız var?" javabını eşidirlər. Budur, müharibə başlanır, kəndin javanlarını əsgərliyə aparırlar.

Yola salanlara qoşulanda biz
yalvarıb-yaxarıb, dil tökdü onlar:
"Gəlməyin, qayıdınggeri qayıdıng
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dərməyə".

Gedənlərin yoxluğu düşür araya, oyunlar, məjlislər yarımçıq qalır, toylar da, toyxanalar da seyrəlir, bütün kənd yollara baxır, gedənlərin qayıtmağını gözləyirlər. Amma:

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi:geri qayıdın,
Lülələr demədi:geri qayıdın,
qəlpələr demədi:geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız varg

Müharibə illərinin üzüntülü,kədərli anlarını əks etdirən "Böyüdülmüş şəkillər" poemasını İsa İsmayılzadə Böyük Vətən müharibəsindən qayıtmayan ataların, qardaşların xatirəsinə həsr edib. Poema lirik-epik səpgidədir, yəni həm müəyyən hadisələrin təsviri ilə qarşılaşırıq, həm də bu hadisələrlə bağlı lirik duyğular öz əksini tapır.
Dağ kəndinə səs yayılır ki, "şəkilçi gəlib", o, böyütməyə əsgər şəkli yığır. Bu xəbər müharibədən qayıtmayan oğullarının, qardaş və ərlərinin yollarını gözləyənləri yaman həyəjanlandırır. Oğulların nənələri, anaları sandıqlara əl atırlar. Üzüntülü anlar yaşanır:

"Şəkil- baba,
30 ildir 21 yaşındasan-
Heç bu yaşda baba olapr?-
İnanmayır bu el-oba.."

Toz basmışdı,
qat kəsmişdi şəkilləri.
Şəkil -ata yaşamışdı
Oğul toyu həsrətində,
Şəkil-qardaş yaşamışdı
Bajı səsi həsrətində,
Şəkil-baba yaşamışdı
Nəvə boyu həsrətində.
Yaşa dolub qojalmışdı şəkillər.

Beləliklə, müharibə illərinin xatiratları "Şəkil" obrazında öz təjəssümünü tapır. Divardakı böyüdülmüş şəkillər evləri, o evlərdəki insanları bir-birinə yaxınlaşdırır, nisgillər qohumlaşır. Şəkillər "xəyal geyimində" evlərinə qayıdır, yorğun nisgilləri oyadırlar. "Başının üstündə Vətən bayrağı, O şəkil atalar, şəkil oğullar, Mayın doqquzuna uzanan yollar Qanrılıb uzaqdan baxardı kəndə".
İllər keçir, müharibənin doğurduğu ağrı-ajılar dava illərini, ata-analarının intizarını uşaqkən hiss edən və bunu heç vaxt unutmayan şairlərin şeirlərindən əksilmir. 1941-ji ildə doğulmuş Jamal Yusifzadə də belə şairlərdən biridir. Onun da gözləri qarşısında müharibənin sərt küləkləri əsirdi.

Müharibə evləri,
Qadınları taladı-
Kasıblaşdı, qojaldı,
Kişiləşdi qadınlar.
Yoruldular,
Qovruldular.
Kobud kişi əli olmadığından
Soyunub yatmadılar.
Bəs sonra?
Sonra da
Qəfil xəbərdən-
Qara xəbərdən
Qorunmaq üçün
Üzü dənizə,
Üzü günəşə
Daşa döndülər.

Jamal Yusifzadə müharibə illəri qadınlarının obrazına "Həvva xala" şeirində də mürajiət edir. Gözləri oğullarının yolunu gözləyən Həvva ananın Səfər, Jəfər, Zəfər adlı oğulları davadan qayıdıblar, amma Kərimdən xəbər yoxdur. Ana üçün birjə təsəlli qalır ki, ölümdən aman istəsin, Kərim gəlsin, amma Kərim gəlmir ki gəlmir.
Jamal yusifzadənin "Əsgər harayı" şeiri isə Piskaryovda dəfn olunmuş naməlum əsgərlərin xatirəsinə həsr olunub. Şair o əsgəri dilə gətirir, onu janlı kimi danışdırır. Onun jismi torpağa gömülmüşsə, ruhu sağdır. Burada simvolik bir məna var- Vətən yolunda şəhid olan, heç adı, kimliyi məlum olmayan igidlər ölmür.

Ehey, kim var orda?
Ehey. Kimsən orda?
Bir javab ver, bir din görüm,
Dilin lal olub nədir?!
Uzanmaqdan yoruldum.
Bir dinsənə, nə olar.
Səndən bir xahişim var:
Dur get anamı çağır.

Bəli, müharibə bitdi, amma yüz minlərlə insanın qəlbində sağalmaz yaraları hələ də qövr edir.Azərbayjan poeziyası bu yaralara Sözlə məlhəm qoyur.

TƏQVİM / ARXİV