ONUN YERİ ÜRƏKDİSƏ…

ƏBÜLFƏT MƏDƏTOĞLU
65675 | 2015-05-06 17:56

Onu unuda bilmirəm.Elə bil ki, hər an gözümün önündə dayanır və özünəməxsus təbəssümüylə məni təsirdairəsinə alır və həmin səslə də deyir:

- Əbili, bəlkə Salyandabalıq yeyib qayıdaq?

Onun sözünü eşidər-eşitməzsaata baxırdım. Hələnahara bir saat var. Amma bunu ona demirdim. Özü yenə həmin o təbəssümlə vermədiyim,demədiyim sözün davamını söyləyirdi:

-Bilirəm, nahara bir saat var, yəni saat on ikidi. Biz də burdan tərpənsək, elə naharaSalyana çatacağıq. Kürün üstündə adama bir balıq yeyək, sonra da bir saata üzü geriqayıdıb gələrik işimizin üstünə…

Beləxasiyyəti var idi onun. Ayda azı üç dəfə telefonuma zəng vurardı. «Salam», «xoşgördük»dən sonra məni Salyana balıq yeməyə dəvət edərdi. Mən də artıq onun təklifinəəməlli-başlı vərdiş etmişdim, alışmışdım. Və ömür yolunda böyük haqqı olan bu insanınsözünün qarşısında söz demək çətin olduğundan məmnuniyyətlə razılaşırdım. Deyirlərki, susmaq razılıq əlamətidi. Telefonda bir anlıq susmağımı gözləyib fikrini davametdirərdi:

-Düş nəşriyyatın qarşısına, artıq mən çatıram.

Tez-tələsikiş otağımın qapısını bağlayıb qarşıma ilk çıxan həmkarlarımdan birinə bir-iki saataqayıdıram deyib, binanın qarşısına düşdüm. Onun xidməti maşınıdayandı yanımda. Oturdum arxada onunla yanaşı. Maşını öncə Bayıl bazarına sürdürdü.Orda illərdi tanıdığı bir nəfərdən mütləq sumax alardı və hər dəfə də mənə deyərdi:

- Əbili, sumax lazımolanda gəlib bu kişidən alarsan. Özü də halaldı, satdığı sumax da halaldı. İçinəheç nə qatmır. Düzdü, bir az baha satır, amma halal mal satır.

Aradabir yüngül bazarlıqda edirdi. Soruşurdum ki, bu nəyə lazımdı? Deyirdi ki, ürəyim istəyir. Birdən uşaqlarınyanında (həmişə çörək yediyimiz yerdə onu ən doğma adamları kimi qarşılayırdılarvə Əlican müəllimə «dayı» deyə müraciət edirdilər. O da öz növbəsində həmin ünvandaçalışanlara «bacıoğlu» deyirdi – Ə.M.) olmaz, əziyyət çəkib ora-bura qaçıb axtararlar.Yaxşısı budur özümüzlə aparaq…

Bakıdan Salyana,daha doğrusu, Kürün üstündəki yeməkxanaya çatana qədər söhbət edərdi, özü də o qədərtəmkinli, o qədər həlim bir səslə danışardı ki, vaxtın necə keçdiyini, mənzil başınanecə gəlib çatdığımı hiss etməzdim. Çox qəribədir ki, onun danışdığı bütün mövzulardaha çox öz həyatıydı, öz gördükləriydi, özünün iştirak etdiyi, şahidi olduğu məqamlardı.İstər hakimiyyətdə olanlardan danışsın, istər dünyadan gedənlərdən, istər söz-sənətadamlarından, istərsə də ailədən, uşaqdan. Mən az qala onun bütün tərcümeyi-halınıöyrənmişdim. Elə o da mənim əlifbamı çox gözəl bilirdi. Hətta bir dəfə sözarasıbizim evin xanımına dedi:

- Əbili mənlə birlikdəolanda siz narahat olmayın. Çünki biz nə kiməsə quyu qazmırıq, nə kiminsə qeybətinietmirik. Biz özümüzdən, işimizdən, bir də arzularımızdan danışırıq. Aradabir onubadələrlə də şirinləşdiririk…

Bəli, mən yazımıngirişinə daxil etdiyim və artıq sizin də oxuduğunuz bu bir parçanı qəsdən önə keçirdim.İstədim ki, nədən, kimdən və hansı ovqatla yazdığımı az-çox hiss edəsiniz. Ammabir gerçək də var ki, mən Əlican Əliyevin həmin o isti münasibətini qazanmaq üçünbir xeyli illər xərcləmişdim, bir xeyli yol gəlmişdim. İndi qayıdıram həmin o illərə,həmin o yolun əvvəlinə…

… Dəqiq yadımdadı.1980-ci ilin noyabr ayı idi. Mən tez-tez nəşriyyatlara gedir, şair və yazıçı dostlarla görüşür, onlarla həmsöhbət olurdum. Bir dəfə rəhmətlikNüsrət Kəsəmənli ilə əvvəlcədən vədələşdiyimiz üçün «Gənclik» nəşriyyatının qarşısındagörüşdük. Məqsədimiz nəşriyyatda işləyən dostumuz Çingiz Əlioğlunu da götürüb şəhərdənbir kənara sıxmaq idi. Nədənsə Çingiz müəllim bir az yubanmışdı. Bu vaxt maşından düşüb ağır, ləngərli yerişiylə nəşriyyatatərəf (bura həm də «Azərnəşr» idi – Ə.M.) gələn bir nəfər diqqətimi çəkdi. Ona diqqətlə baxdığımı görən Nüsrət Kəsəmənli:

- Əlican müəllimitanıyırsan? – deyə soruşdu.

Artıq girişə yaxınlaşan,necə deyərlər, bizim bərabərliyimizə çatan Əlican müəllimə yaxınlaşıb ona əl uzatdı.Çox mehriban görüşdülər. Sonra məni təqdim etdi. Əlican müəllim ona tərəf uzatdığıməli bərk-bərk sıxıb bir müddət ovcunda saxlayıb Nüsrət Kəsəmənliyə:

- Bu cavan oğlanda əgər sizin dostunuzdusa, deməli, mütləq mənim də dostum olacaq!

Bəli, Əlican müəllimNüsrət Kəsəmənli ilə bir qədər söhbətləşib zarafatlaşandan sonra içəri daxil oldu.Onun bizdən uzaqlaşan addım səsinin hələ eşidildiyi andaca Nüsrət Kəsəmənlidən soruşdum:

- Çox istiqanlı kişidi.Amma onunla indiyə qədər qarşılaşmamışam.

Nüsrət KəsəmənliƏlican müəllim haqqında mənim hələ də yadımda qalan bircə cümlə söylədi:

- Kişi adamdı. Sözününyerini bilir, xeyirxahlığını kimsədən əsirgəmir. Özü də sayılıb-seçilən bir kişininkürəkənidi. Zəhmətkeş adamdılar.

Bəli, məhz həmino gündən sonra mən «Azərnəşr»in binasında «Gənclik» nəşriyyatında onunla qarşılaşandaartıq birbaşa yaxınlaşır, hal-xoş edir və bəzən də dəvətini qəbul edib iş otağınada daxil olurdum. Açıq şəkildə hiss edirdim ki, məni bir az da artıq özünə yaxınlaşdırır,öz çevrəsinə daxil edir. Düzünü deyim ki, ucqar bir kənddən kolxozçu ailəsindənçıxıb gəlib Bakıda təzə-təzə çabalamağa başladığım həmin o illərdə bu cür insanlardan səmimiyyət görmək, onlarınçevrəsində olmaq əslində çox böyük uğur, qazanc idi. Ən azından ona görə ki, istənilənbir şəxsi sayılıb-seçilən, nüfuzlu bir adamın ətrafında görəndə bizim milli mentalitetimizəuyğun olaraq həmin o şəxs barəsində fikir də formalaşır. Hətta bəzən səni həmino sayılan insanın, o vəzifə sahibinin yaxını kimi də qəbul edib fərqli bir ehtiramda göstərirlər. Bax, bu mənada Əlican müəlliminƏliyev və üstəlik də mənim soyadımın da Əliyev olması elə bil ki, bizi sanki çox-çoxuzaq illərdə artıq doğmalaşdırmışdı, bir soyadın daşıyıcısına çevirmişdi. Bax, xırdabir detal indi adını çəkmək istəmədiyim və o vaxtlar nəşriyyatlarda özlərindən başqakimsəni görmək istəməyən məmurlaşmış yazarların diqqətindən yayınmamışdı. Düşünmüşdülərki, mən Əlican müəllimlə qan qohumuyam. Amma zaman göstərdi ki, biz qohumdan da artıq doğmayıq.

Hə, günlərin birindəsözarası Əlican müəllim məndən soruşdu ki, niyə yazılarını kitab halında çap olunmaqüçün təqdim etmirsən? Onun bu mesajı mənibir balaca silkələdi. Düşündüm ki, yəqin hardansa eşidib. Xəbəri var ki, «Yazıçı»nəşriyyatına kitab təqdim etmişəm. Amma susub fikrini davam etdirməməsi məni şübhəiçərisində buraxsa da, özümü o yerə qoymayıb dedim:

- Əlican müəllim,hazırlayıram. Görək qəbul etsələr, «Gənclik» nəşriyyatına təqdim edəcəm.

Gülümsədi və eləo təbəssümlə də dedi:

- Kitab təqdim etməyindənxəbərim var. Hətta tematik plandan da çıxardıqlarını bilirəm. Gərək əvvəl mənləməsləhətləşəydin. Nə isə. Yəqin istəməmisən ki, dosta əziyyət verəsən. Amma ruhdandüşmə, hazırla kitabını…

Mən onun artıq hərşeyi bildiyinə iynə ucu boyda da şübhə etmədən nə deyəcəyimi, necə bəraət alacağımıdüşünə-düşünə susub durdum. O, yerindən qalxıb mənə yaxınlaşdı və «gedək, naharedək» dedi.

Günahkar uşaq kimisakitcə onunla birlikdə otaqdan çıxdıq və həyətdə gözləyən maşına əyləşib Bayıltərəfə getdik. Bu gün də yolu o istiqamətə düşəndə həmin o yeməkxananı gözlərimaxtarır. Kənardan şəxsi ev təsiri bağışlayan həmin yeməkxana kiçik olsa da, çoxsəliqəli və həm də təmiz, keyfiyyətli yeməkləriylə seçilirdi. Əlican müəllimi buradaməxsusi qonaq kimi qarşılayır, az qala bütün personal onun qulluğunda dayanırdı.Mən Əlican müəllimi nahar fasiləsində daha çox dostlarıyla, sayılan-seçilən adamlarlanahara getdiyini bilirdim. Amma bu gün ilk dəfə naharı mənimlə birlikdə edirdi.Həmin o gündən başlayaraq bizim birgə naharlarımız, birgə ziyafətlərimiz bir növüstart götürdü… amma bunlar təkcə yeyib-içmək, günü xoş keçirmək məqsədi daşımırdı.Əksinə, həmin o süfrə arxasında mən onu daha yaxından tanıyır, onun yaşantılarını,onun qayğılarını, onun məqsəd və məramını vərəq-vərəq oxuyurdum. Görürdüm ki, buenlikürək, ucaboylu, həm görkəmcə, həm daxilən çox ağır, sanballı bir kişi necəkövrək bir ürəyin sahibidi, necə incə duyğuları öz içində cilalayıb qoruyub saxlayır.Anlayırdım ki, onun təkcə aid olduğu ailə, içərisində olduğu mühit yox, həm də onunözü bir inamın, bir əqidənin layiqli əsgəridi,zabitidi. Üstəlik də o əqidə, o inanc onun həyat eşqidi. İnanın ki, tam səmimiyyətimlədeyirəm, mən Əlican Əliyevdə gördüyüm inancı, inamı, sədaqəti başqa bir kimsədəgörüb hiss etməmişəm. Bu insanın bütün varlığında Azərbaycanın ən böyük şəxsiyyətinə,ən böyük insanına təkcə dəlicəsinə yox, həm də müdrikcəsinə bir sevgi hakim idi.O, hər addımını, hər sözünü məhz o inama, o etiqada, o əqidəyə, xidmətə yönəldirdi.Bir dəfə də olsun mən onun dilindən bir umacaq, bir təmənna eşitmədim, duymadım.Nə edirdisə ürəklə, özü də böyük ürəklə edirdi.

Əlican Əliyev mənimhəyatımda həm də digər dostlarımla sıx təmasına görə də xüsusi yer tuturdu. Rəhmətlikjurnalist Pərviz Əliyev, çox dəyərli naşir Qoşqar İsmayıl oğlu Qarayev, eləcə dəmətbuat aləmindən kənarda olan digər dostlarım mənim Əlican müəllimlə bağlılığımıhər gün daha da möhkəmləndirir, daha da cilalayırdılar. Bax, bu doğmalıq artdıqcamən onun içindəki ailəsi ilə bağlı sızıltılardan da xəbər tuturdum. Nəvəsi üçüntitrəyən ürəyinin səsini də eşidirdim. Xüsusi olaraq xanımı ilə telefon bağlantısızamanı həmin o əl boyda qızcığazı necə təlaşla soruşduğunu, onun istəkləri üçüncanından keçməyə hazır olduğunu ovcumun içi kimi oxuyurdum. Başa düşürdüm ki, ƏlicanƏliyev ailəsinə, xanımına, qızına, oğluna, nəvəsinə nə qədər bağlıdı, onlarla necənəfəs alır. Üstəlik oğlunun müalicəsi zamanı onun bir ata kimi yaşadıqları, xəstəxananıbir an da olsun tərk etməməsi, daha nələr, nələr… Bütün bunlar hamısı təkcə yaddaşımayazılmır, həm də ürəyimə, varlığıma hopurdu. Beləcə…

Günlərin birində,özü də səhər-səhər eşitdiyi xəbər məni sarsıtdı. Telefonuma zəng gəldi. Tanımadığımnömrə idi. Açdım. Danışan şəxs bircə kəlmə dedi:

- Əlican müəllimdünyasını dəyişdi. Bəlkə onun barəsində…

Ardını demədi. Özünüdə təqdim etmədi. Hiss etdim ki, bu sözləri deyən adam da kövrəlib, danışa bilmir. Mən həmin günü həmişə müsahibə götürdüyüm, hansısabir mövzuya münasibətini öyrəndiyim, zəng vurub fikirlərini soruşduğum Əlican Əliyevbarəsində vida sözü yazdım. İndinin özündədə mən onun barəsində nə isə yazmaq istəyəndə keçmiş zamanda yaza bilmirəm. Ammaneyləyim ki, bu həyatın qaçılmaz qanunudu və o vaxtsız ölüm, bu amansız əcəl özhökmünü verdi. Mən bir dost ağrısını, bir xeyirxah insanın diqqətini indi ancaqöz içimdə daşımağa, xatırlamağa məhkumam…

Bir dəfə telefonuma Azad müəllim zəng vurdu. Əlican müəllimbarəsində danışdıq. Mən bu insanın da Əlican müəllimə olan sevgisini, böyük ehtiramınıo söhbətdə təkrar duyub yaşadım. Bu məqamı elə-belə xatırlatmıram. İstəyirəm ki, bu yazını oxuyan hər kəs bilsinki, mənim üçün dünyasını dəyişən dost yoxdu. Çünki dostun yeri ürəkdədisə, deməli,o ürək döyündükcə o dost da elə orada yaşayacaq.Bax, bu mənada mən barəsində ancaq müəyyən qeydləri diqqətə çatdırdığım Əlican Əliyevmənim ürəyimdə, yəni özünün haqq etdiyi yerdə bu gün də yaşayır.

Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV