adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 May 2015 15:24
205733
MODA
A- A+

Azərbaycanda ilk rəsmi Moda Həftəsi keçiriləcək

Mayın 11-14 tarixlərində Flame Towers otelində ilk rəsmi Azərbaycan Moda Həftəsi keçiriləcək. Dörd gün ərzində Azərbaycan və beynəlxalq moda sənayesi istedadlarının adları ilə müxtəlif nümayişlər, təqdimatlar, sərgilər və tədbirlər keçiriləcək. 


Moda həftəsinin əsas hədəfi Azərbaycanda böyüyən moda sənayesinin populyarlaşdırılması və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün uyğun şərtlərin yaradılmasıdır. Yeri dizaynerlərlə bərabər, burada Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, eləcə də Fransa və İtaliya kimi xarici ölkələrdən dizaynerlər iştirak edəcək.

Tədbirdə xarici moda sənayesi ekspertləri, o cümlədən, ən böyük pərakəndə moda şəbəkələrinin və mağazalarının bayerləri, yerli və xarici jurnalların təmsilçiləri iştirak edəcək.