Mübarək, Qəddafi və bahalaşan yumurta barədə düşüncələr
Məhəllədəki marketdə satıcı işləyən qonşu oğlan nisyə dəftərini hirslə piştaxtanın üstünə çırpdı. "Belə də iş olar? Xərci borcunu ödəmir. Bir yanda da yumurtanı bahalaşdırdılar. Firmaya demişəm, sabahdan yumurta gətirməsin" - deyib qəzəblə üzümə baxdı. Guya yumurtanı mən bahalaşdırmışam. Sonra nə fikirləşdisə üzünün ifadəsi dəyişdi:
- Bəy, sən bilərsən, Mübarəkin pulu çoxdu, yoxsa Qəddafinin?
Marketdən evə qədər yolu xeyli fikirləşdim. Evə çatınca yumurta ala bilməməyimin izahını qısa və konkret vermək lazımdı. Vəziyyət mən gözlədiyimdən yaxşı alındı. Bu yerdə yaşlı oxuculardan üzr istəyib deyim ki, uşaqların anası ərzaq torbasına tərəf heç gözünün ucu ilə də baxmadı. Salamdan sonra birbaşa mətləbə keçdi:
- Qəddafidən təzə nə xəbər var? Hələ istefa verməyib?
Yaşlı oxuculardan bir daha üzr istəyərək deyim ki, sorğu-sual növbəsi balacalara çatdı.
- Doğrudan Qəddafi məscidi partladıb?
- Düzdü ki, Liviya prezidentinin bir oğlu müxalifətə keçib?
Qonşu qadın həmişə olduğu kimi əlindəki qara "Beloçka" tumunu masanın üstünə boşaltdı:
- Allah Qəddafinin belini qırsın. Camaatı qırğına verdi. Hüsnü Mübarək ondan insaflı imiş. Sakitcə gedib oturdu xarabasında.
Qonşu oğlan hay-küylə içəri keçdi:
- Qəddafini kukla kimi qızlar mühafizə edir. Ona heç bir zaval yoxdu. Zalım qızları şəkildilər, şəkil...
Əvvəllər belə deyildi. Bir neçə həftə öncə söz-söhbətlərin mövzusu tamam fərqli idi.
Marketdəki satıcı oğlan təzə dolmağa başlayan nisyə dəftərinə nəsə yaza-yaza soruşurdu:
- Bəy, sən bilərsən Aygün Kazımova neçə dəfə əməliyyat olunub? Düzdü ki, Nura 3 dəfə ərdə olub? Rəqsanə doğrudan ağır xəstədi, yoxsa yenə kiməsə atmaq istəyir?
Evə çatan kimi xanım yemək, yanında da isti çay qulluğumda dururdu. Sabahkı işlərimlə də ilgilənirdi:
- Sabah toplantınız varsa təzə köynək ütüləyim.
Cocuqlar bir-birlərinə aman vermirdilər:
- Ata, sabah məktəbə süpürgə pulu aparmasam...
- Ata, təmir pulunu sinifdə hamıdan yığıblar. Bircə mən qalmışam...
Sonra da 21 saylı məktəbə həsr olunan ən yeni hiti xorla oxuyurdular:
Məktəb olub dəlixana,
Zöhrə açıb çayxana,
Fərrux deyir meyxana...
Qonşu qadın "Beloçka" tumunu masanın üzərinə boşaldıb deyirdi:
- "Yapraq Dökümü"ndən sonra heç bir diziyə baxa bilmirəm. "Fatmagülün suçu nə?" maraqsız bir şeydi. Birinci seriyadan bilinir ki, baldızı Müqəddəs yazıq Fatmagülün axırına çıxacaq.
Qonşu oğlanın hay-küyü qulaq batırırdı:
- Qaqa, Elarizdən xəbərin var? Başına tük əkdirib. Görsən gülməyin gələr. Heç yaraşmır. Elə bil Səməd Səmədov ariya oxuyur.
Tək bizim evdə, məhəlləmizdə deyil ki... Son vaxtlar bütün dünyanın gündəmi dəyişib. Ərəb dünyasındakı diktatorlar hər yerdə söz-söhbət mövzusudular. Televizoru açan kimi Tunisin devrilmiş prezidenti Ben Əlidən danışırlar. Qəzeti açmağa peşmansan. Mübarək səhifədən sənə tərəf boylanır. İnternetə girirsən Qəddafinin qızı, gəlini poz verirlər.
Evdə, işdə, mətbəxdə, məktəbdə, avtobusda, BMT Təhlükəsizlik Şurasında, ATƏT-də, GUAM-da, doğum evində, şadlıq evində hamı ərəb ölkələrində baş verən hadisələrdən danışır.
Yaxşı ki, diktatorlar varmış. Yoxsa Aygün Kazımovanın, Nuranın, Rəqsanənin, Elarizin, Səməd Səmədovun əlində qalmışdıq. Novruz bayramı ərəfəsində yumurtanın bahalaşması da bizə bir dərd olacaqdı. Cibimizdəki sonuncu qəpiyi də məktəbə süpürgə alınması üçün verəcəkdik.
Yazıya nöqtə qoymağa hazırlaşanda mobil telefonuma zəng gəldi. Ekranda əsgərlik yoldaşımın adını görüncə narahat oldum. Xasiyyətinə bələdəm, elə-belə zəng eləməz. Görən yenə nə bəd xəbər var. Sonuncu dəfə ötən il zəng edib Aygünün Namiq Qaraçuxurludan ayrıldığını ağlaya-ağlaya xəbər vermişdi. "Yes" düyməsini basan kimi dostumun səsi kabineti bürüdü:
- Qəddafidən sonra növbə kimindi?